Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə4/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   2   3   4   5   6   7   8   9   ...   52

10
seçilməsində isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
Strategiyası”nda vurğulanan tələblərdən birinə (iqtisadi inkişaf məqsədlərinə 
xidmət  edən  bilik  və  bacarıqları,  səriştəni  aşılayan  məzmuna  malik)  əməl 
olunmasına səy göstərilmişdir.  Bununla yanaşı, bədii parçaların seçilməsində 
şəxsiyyətin hərtərəfli formalaşdırılmasına müsbət təsiri ola biləcək şeir, tap-
maca, hekayə, mətn və s. üstünlük verilmişdir.
Dərslikdəki  təlim  materialları  üzərində  şagirdlərin  məqsədyönlü  işini 
təşkil  etmək  üçün  ilk  növbədə  dərsliyin  metodik  sistemi  ilə  tanışlıq  tələb 
olunur  ki,  burada  onlardan  bəziləri  üzərində  dayanmağı  və  müəllimlərin 
diqqətinə  çatdırmağı    məqsədəuyğun  hesab  edirik.  Dərsliklə  tanışlıq  forzas 
səhifəsindən  başlamalıdır.  Burada    bütün  dərslik  boyu  istifadə  olunan  şərti 
işarələr yerləşdirilmişdir. Mühüm əhəmiyyət kəsb etdiyindən müəllim, birin-
ci  növbədə,  şagirdlər  həmin  işarələrlə    tanış    etməli,    onların  mahiyyətinin 
qavranılmasına diqqət yetirməlidir.  
Dərslikdə bu işarələrdən ən çox sistemli şəkildə istifadə olunanı mətndəki 
sözlərin  üzərində  qoyulan  ulduz  (*)  işarəsidir.  Bu  işarədən  dərslik  boyu  
tələffüzü  üzərində  iş  aparılması  nəzərdə  tutulan  sözləri  fərqləndirmək  üçün 
istifadə olunmuşdur. Belə ki, artıq şagirdlər əvvəlki siniflərdə sözlərin və söz 
formalarının tələffüzü ilə əlaqədar müəyyən orfoepik qaydalarla tanış olmuş, 
onlarla    həmin  qaydaların    möhkəmləndirilməsi  istiqamətində  praktik  işlər 
aparılmışdır. Öyrənilmiş qaydalarla əlaqədar  bacarıqların  vərdişə çevrilməsi 
üçün bu istiqamətdə fasiləsiz işlər aparılmalı, bu işlər bir dərs olsa belə, diqqətdən 
kənarda  qalmamalıdır.  Odur  ki,  tələffüz  çalışmaları  dərslikdə  konkret  mətn 
və ya şeirlə, yaxud da hər hansı bir çalışma mətni ilə məhdudlaşdırılmamış, 
dərsliyin metodik sistemində qırmızı xətt kimi keçərək  oxu üçün nəzərdə tu-
tulan bütün tədris materiallarında öz əksini tapmışdır. Yalnız xüsusi məqsəd, 
yəni  bu  və  ya  digər  qaydanın  möhkəmləndirilməsi  üçün  dərslikdə  üzərində 
ulduz işarəsi qoyulmuş sözlər əsasında çalışma mətni tərtib edilmişdir. Qalan 
bütün hallarda üzərində ulduz işarəsi qoyulmuş sözlərin düzgün tələffüzü üzrə 
zəruri  vərdişlərin  formalaşdırılması  istiqamətində  dərsliyin  imkanlarından 
səmərəli  istifadə  məsələsi    müəllimin  öhdəsinə  buraxılmışdır.  Ona  görə  də 
dərs  ilinin  əvvəlində  müəllim  bu  işarənin  mahiyyətinin  şagirdlər  tərəfindən 
düzgün qavranılmasına, ona şüurlu münasibətin formalaşmasına nail olmalıdır. 
Təcrübələr  göstərir  ki,  dərsliyin  elmi-metodik  sistemi  bir  çox  hallarda 
müəllimin özü tərəfindən dərk edilmədiyindən, dərslərin qarşısında qoyulan 
metodik prinsiplərə də əməl olunmur və  nəticədə qarşıya qoyulmuş məqsədlər 
reallaşdırılmamış qalır.
Qeyd  etməyi  lazım  bilirik  ki,  mətn  və  şeirlərdə    ulduz  işarəsi  ilə 
fərqləndirilmiş sözlərdən müxtəlif istiqamətli tələffüz çalışmaları kimi istifadə 
oluna bilər (dərslikdə belə çalışma nümunələri verilmişdir). Belə ki, eyni bir 
Çap üçün deyil


11
mətndə  ulduz  işarəsi  ilə  fərqləndirilmiş  sözlər  müxtəlif  tələffüz  qaydalarını 
özündə  ehtiva  edə  bilər.  Bu  da  müəllimə  fərqli  tələffüz  qaydalarının  prak-
tik tətbiqi istiqamətində  qruplarla iş təşkil  etməyə imkan yaradır. Tələffüz 
xüsusiyyətləri baxımından eyni olan sözləri qruplaşdırmaqla şagirdlər onlar 
arasında oxşarlığı müşahidə edir, onlara aid əlavə misallar söyləməklə fikirlərini 
əsaslandırır  və  beləliklə,  onlarda  düzgün  tələffüz  bacarığı  möhkəmlənərək 
vərdişə çevrilir. Ola bilər ki, müəllim həmin dərsdə  bu sözlərdən yalnız bir 
qrupu  üzərində  şagirdləri  işlətməyi  məqsədəuyğun  hesab  etsin  və  ona  görə 
də diqqəti məhz həmin sözlərə yönəltsin. Bütün hallarda unutmaq olmaz ki, 
düzgün  tələffüz  bacarığının  formalaşdırılması  uzun  sürən  bir  prosesdir  və 
onu  konkret  çalışmalarla  həyata  keçirmək  mümkün  deyil.  Hər  bir  mətndə 
yazılışı və tələffüzü arasında müəyyən fərqlər olan sözlərin xüsusi işarə ilə 
fərqləndirilməsi, digər tərəfdən, oxu prosesində siqnal rolu oynayır. Belə ki,  
şərti işarə şagirdlərin göz yaddaşına təsir edir, onların nəzərini cəlb etməklə həm 
də diqqətlərini fəallaşdırır, həmin sözlərin orfoepik normalar əsasında düzgün 
tələffüzünə  şüurlu  münasibətin  formalaşmasına  xidmət  göstərir.  Nəticədə 
oxu prosesində yanlış tələffüz ehtimalı məhdudlaşır ki, bu da müəyyən qədər 
şagirdlərin tələffüzündə orfoepik normaların pozulması hallarının dərin  kök 
salmasının qarşısını alır. Nitq mədəniyyətini isə düzgün tələffüz bacarığı ol-
madan təsəvvür etmək çətindir.
Məlumdur ki, sinifdəki şagirdlərin hamısının təlim göstəriciləri və dilə 
praktik bələdlik səviyyəsi eyni deyildir. Bu səbəbdən  çalışmalarda qoyulan 
tapşırıqların yerinə yetirilməsi də hamı tərəfindən eyni sürətlə baş vermir. Bu 
boşluğu  aradan  qaldırmaq və  təlim göstəricisi daha  yüksək  olan  şagirdlərin 
tələbatını ödəmək məqsədilə bəzən dərslikdəki bir çalışma mətni üzərində iki, 
bəzən hətta üç istiqamətdə işlərin aparılması nəzərdə tutulur. Belə ki, ayrıca 
götürülmüş  bir  şagird,  yaxud  hər  hansı  bir  qrup  təqdim  edilmiş  çalışmaya 
qoyulmuş əsas tapşırığı yerinə yetirdikdən sonra qalan vaxt ərzində qoyulmuş 
ikinci  tapşırıq  üzərində  işləyir  ki,  bu  da  vaxt  itkisinin  qarşısını  almış  olur, 
şagirdlərin fəallaşdırılmasına şərait yaradır.
Bəzən isə çalışma mətni dil materialı ilə zəngin olduğundan həmin mətn 
üzərində 2-ci, bəzən hətta 3-cü tapşırığın yerinə yetirilməsi zərurəti qarşıya 
çıxır. Bu zaman tapşırıq eyni dil faktı üzərində icra olunduğundan 2-ci, 3-cü 
tapşırıq  köməkçi  işarə  ilə  fərqləndirilir,  yeni  nömrədən  istifadəyə  ehtiyac 
duyulmur. 
Tapşırıqların  yerinə  yetirilməsi,  qeyd  olunduğu  kimi,  heç  də  sinifdəki 
bütün şagirdlər üçün zəruri hesab edilməyə bilər. Təhsil səviyyəsi yüksək olan 
şagirdlər isə bu tipli tapşırıqları maraqla yerinə yetirir, onlarda  yarış əhvali-
ruhiyyəsi yaranmış olur.
Deməli, fərqləndirmə işarəsi ilə vaxtında tanışlıq şagirdlərin öz işlərini 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə