Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə6/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   2   3   4   5   6   7   8   9   ...   52

14
Çalışmaların çoxluğu müəllimə seçim imkanı verir, diferensial yanaşma tətbiq 
etməyə şərait yaradır.  Digər  tərəfdən, eyni  istiqamətli  çalışmaların müxtəlif 
qruplar tərəfindən yerinə yetirilməsi şagirdlərin müstəqil tədqiqat aparmalarını, 
ədəbi  dilimizin  normalarının  müxtəlif  imkan  və  yollarla  mənimsənilməsini 
nəzərdə  tutur,  sinifdə  yarış  əhvalı-ruhiyyəsi  yaradır,  şagirdləri  fəallaşdırır. 
Praktik dil bilgisi olan, eləcə də  təlimdə mənimsəmə  səviyyəsi yüksək olan  
şagirdlərin  ehtiyaclarının  ödənməsi,  onların  təlimə  marağının  artırılması 
baxımından  da  çalışmaların  sayının  çoxluğu  narahatlıq  doğurmaqdansa, 
təqdir olunmalıdır. Tutaq ki, hər hansı bir paraqrafda sözlərin məna imkanları 
üzərində  iş  aparmaq  üçün  4-5  çalışma  verilmişdir.    Bu  çalışmalar    çətinlik 
dərəcəsinə görə qruplaşdırılmalı və şagirdlərin səviyyəsi nəzərə alınaraq on-
lara təklif edilməlidir. Bu,  səviyyəyə görə qruplar  təşkil etməyə də imkan 
verir. Ola bilər ki, müəllim bu çalışmalardan məsləhət bildiyi   hər hansını fərdi 
qaydada şagirdlərə təklif etsin. Odur ki, hər hansı bir sinifdə dərslikdəki bu 
və ya digər çalışmanın  yerinə yetirilməməsi hələ bu çalışmaların lazımsızlığı 
anlamına gəlməməlidir.
Mətndəki  cümlələr  və  abzaslar  arasındakı  əlaqələri  müəyyənləşdirmək 
bacarığının formalaşması məqsədilə dərslikdə istər mətnlər, istərsə də atalar 
sözləri və tapmacalar əsasında şagirdlər üçün maraqlı çalışmalar hazırlanmışdır. 
Bu çalışmalarda şagirdlərin əvvəlki siniflərdən öyrəndikləri atalar sözləri və 
tapmacaların  hissələri  qəsdən  qarışdırılır  və  şagirdlərdən  məzmunca  uyğun 
hissələri əlaqələndirməklə verilmiş atalar sözləri və tapmacaların ilkin şəklini 
bərpa etmək tələb olunur. Bu tipli çalışmalar vasitəsilə şagirdlərdə müvafiq 
bacarıqlar inkişaf etdirilməklə yanaşı, eyni zamanda təlimdə varislik təmin olu-
nur. Belə ki, atalar sözləri və tapmacalar üzərində müəyyən tapşırıqları yerinə 
yetirməklə    şagirdlərdə    həm  məntiqi  təfəkkürün  inkişafına  şərait  yaradılır, 
həm  də  onların  nitqi  hazır  dil  materialları  ilə  zənginləşdirilir,  öyrəndikləri 
atalar sözləri və məsəllərin unudulmasının qarşısı alınır. 8-ci sinifdə hissələri 
bir-biri ilə qarışdırılmış ayrı-ayrı atalar sözlərinin tapılması hissələr arasında 
əlaqələri müəyyənləşdirmək bacarığının inkişafına şərait yaratmaqla bərabər, 
atalar sözlərinin şagirdlərin nitqinə daxil olmasını asanlaşdırır.
Şagirdlərdə haqqında danışılan bacarıqların formalaşdırılması məqsədilə 
mətnlərin  tərkibinə  başqa  bir  mətndən  hissə  daxil  edilməsi  və  ya  mətnin 
özünün  hər  hansı  bir  hissəsinin  yerinin  dəyişdirilməsi  metodundan  istifadə 
olunmuşdur. Şeirlərdə isə oxunan şeirin müəyyən bir parçası çalışma mətni 
kimi istifadə olunmuş və həmin parçanın şeirdəki yerinin müəyyənləşdirilməsi 
tələb olunmuşdur. 
Dərslikdə qeyd olunan yeni tipli xeyli rəngarəng çalışmalar verilmişdir 
ki, bu çalışmalar üzərində düzgün təşkil olunmuş işlər nəzərdə tutulmuş təlim 
nəticələrinin reallaşdırılmasını təmin etməyə şərait yaradacaqdır.
Çap üçün deyil


15
Dərslikdə  atalar  sözlərindən  müxtəlif  bacarıqların  formalaşdırılması 
istiqamətində  istifadə  olunmuşdur.  “Atalar  sözü  –  ağlın  gözü”  rubrikası 
şagirdləri yeni-yeni atalar sözləri ilə tanış etmək məqsədi daşıyır. Ancaq bu 
rubrikada verilən atalar sözlərindən həm də mətnin ideyasının açılması, ya-
xud  bu və ya digər qrammatik materialın izahı məqsədilə də istifadə olunur 
ki,  nəticədə  bir  material  müxtəlif  bacarıqların  formalaşdırılmasına  xidmət 
göstərmiş olur.
Atalar sözləri üzərində hər hansı bir tapşırığı yerinə yetirərkən şagirdlər  
yeni-yeni atalar sözləri ilə tanış olur, dilimizin bu zəngin sərvətinə yiyələnir, 
yeri gələndə onlardan nitqlərində istifadə edir, bəzi hallarda isə bildikləri atalar 
sözlərində yol verilmiş səhvləri aşkara çıxarır, onları aradan qaldırmaqla atalar 
sözlərinin ilkin formalarını bərpa edir, bir hissəsi buraxılmış atalar sözlərini 
tapıb  səsləndirirlər.    Bunları  hər  hansı  tapmaca  və  ya  aforizm  barəsində  də 
demək olar. 
Dərsliyin  metodik  sistemində  diqqəti  cəlb  edən  cəhətlərdən    biri  də 
“Hikmət  xəzinəsindən”  rubrikasıdır.  Bu  rubrikada  verilən  aforizmlər  daha 
çox əxlaqi səciyyə daşıyır, şagirdlərin həyata hazırlanmasına, onların mənəvi 
tərbiyəsinə  xidmət  edir,    tərbiyəvi  iş  aparmağa  vəsilə  olur.  Bu  aforizmlər  
üzərində aparılan müzakirə və debatlar  şagirdlərin  şifahi  nitq bacarıqlarına 
yiyələnmələrinə,  sərbəst  fikir  mübadiləsi  etmələrinə  əhəmiyyətli  kömək  
göstərir. Aforizmlərdən həmçinin qrammatik materialların mənimsənilməsində 
də bir vasitə kimi istifadə olunmuşdur. 
“Bunları bilirsinizmi?” rubrikası ədəbi dilin qrammatik, orfoqrafik, or-
foepik normaları ilə şagirdləri tanış etmək və müvafiq  dil hadisələrinə onların 
diqqətini cəlb etmək vəzifəsini yerinə yetirir. Şagirdlər  rubrikada təqdim olu-
nan məlumatlarla tanış olur, onların dil hadisələrinə  praktik tətbiqi üzərində 
işləyir,  nəticədə  nəzərdə  tutulmuş  təlim  nəticələrinin    formalaşdırılmasına 
nail olunur.   Bütün bunlarla yanaşı, 6 və 7-ci siniflərdə əsas nitq hissələri ilə 
bağlı şagirdlərin əldə etdikləri məlumatlar şagirdlərin yaş və bilik səviyyələri 
nəzərə  alınaraq  bir  qədər  də  təkmilləşdirilir.  Belə  ki,  dilə  praktik  bələdlik 
imkanlarının məhdudluğu 6  və 7-ci siniflərdə bəzi qrammatik kateqoriyalar 
barədə şagirdlərə məlumat verilməsini çətinləşdirdiyindən həmin materiallarla 
tanışlıq, söz və ifadələrin sintaktik vəzifələrinin müəyyənləşdirilməsi üzərində 
iş isə 8-ci sinifdə həyata keçirilmişdir.
Çalışma  növlərindən  biri  kimi,  sualların  mətnin  məzmununu  əks 
etdirmədiyinin əsaslandırılmasına həsr olunmuş tapşırıqların yerinə yetirilməsi 
şagirdlərin  marağına  səbəb  olur,  onlarda  fikirlərini  fakt  və  hadisələrlə 
əsaslandırmaq  bacarığını    inkişaf  etdirilir.  8-ci  sinifdə  mətnin  qavranılması 
üçün nəzərdə tutulmuş suallardan və mətn üzrə tərtib edilmiş plandan, eyni 
zamanda,    mətnin  hissələri  arasında  əlaqələrin  müəyyənləşdirilməsi,  mətn-
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə