Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə2/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   2   3   4   5   6   7   8   9   ...   52

5
GİRİŞ
Müstəqil Azərbaycan  dövlətinin  əsas  strateji  hədəflərindən  biri    insan 
kapitalının inkişafı olduğundan “Müasir təhsil sisteminin formalaşdırılması” 
(“Azərbaycan  2020:  gələcəyə  baxış”  İnkişaf  Konsepsiyası”  (7.2”)  priori-
tet  bir  məsələ  kimi  qarşıya  qoyulur.  Məlumdur  ki,  müasir  təhsil  sistemi-
nin  formalaşdırılması  isə  bir  sıra  mühüm  şərtlərlə  yanaşı,  ilk  növbədə, 
təh silin məzmununun yeniləşdirilməsi ilə mümkündür. Bu reallıq əsas tutul-
duğundandır  ki,  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət 
Strategiyası”nda birinci strateji istiqamətin səriştəyə əsaslanan şəxsiyyətyönlü 
təhsil məzmununun yaradılmasına yönəldiyi qeyd edilmiş, bunun isə təhsilin 
bütün  pillələri  üzrə  kurikulumların inkişafı  kimi  vacib  hədəfi  əhatə  edəcəyi 
göstərilmişdir.
Təhsil  strategiyasında  “şagirdlərin  idrak  fəallığını,  ümumi  inkişafını 
ləngidən  mövcud  “yaddaş  məktəbi”ndən  “təfəkkür  və  düşüncə  məktəbi”nə 
keçidin  təmin  olunması  məqsədi  ilə  sistemli  tədbirlər  görüləcəyi”  xüsusi 
vurğulanır. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması 
isə şəxsin müasir bilik və bacarıqlara yiyələnməsi üçün vacib şərtdir. Çünki bu, 
“insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tut-
maq və ömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə 
münasibətdə düzgün mövqe seçmək” imkanı verir. 
Azərbaycanda təhsil islahatının başlanmasından keçən dövr göstərdi ki, 
şagirdyönümlülük və inkişafyönümlülük istiqamətində qurulan və şagird şəx-
siyyətinin formalaşdırılmasında nəticəyönümlülüyü hədəf alan hazırkı təh sil 
islahatı  qarşıya qoyduğu əsas məqsədlərə addım-addım yaxınlaşmaqdadır.
Dövlətin təhsil siyasətinin hədəf aldığı nəticələrin reallaşdırılması, qeyd 
edildiyi kimi, təhsilin məzmun və formasının, qiymətləndirmə mexanizmlərinin 
yeni əsaslar üzərində qurulmasını şərtləndirir ki, bu isə öz növbəsində  kuri-
kulum  islahatının  təhsilin  bütün  pillələrində,  o  cümlədən  ümumi  orta  təhsil 
səviyyəsində sistemli şəkildə davam etdirilməsini həyata keçirməklə yanaşı, 
onun inkişafını da zərurətə çevirir.
Məlum  olduğu  kimi, Azərbaycan  Respublikası  öz  müstəqilliyinin  bər-
pasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-
iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət 
kəsb etməyə başlamışdır. 
Təsadüfi  deyildir  ki,  23  may  2012-ci  il  tarixli  “Azərbaycan  dilinin 
qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçili-
yin inkişafına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezi-
dentinin Sərəncamında Azərbaycan dilindən istifadə zamanı bir çox nöqsan-
lara yol verildiyi, ədəbi dilin tükənməz imkanlarından lazımınca və düzgün 
istifadə edilməməsinə diqqət çəkilir və problemin həlli ilə əlaqədar müvafiq 
Çap üçün deyil


6
qurumların, o cümlədən Təhsil Nazirliyinin qarşısında mühüm vəzifələr qoyu-
lur. 
Sərəncamdan  irəli  gələn  vəzifələrin  həyata  keçirilməsi  istiqamətində 
hazırlanmış  və  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel ta-
rixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində 
zamanın  tələblərinə  uyğun  istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına 
dair  Dövlət  Proqramı”nda  da  elm  və  texnikanın  sürətlə  inkişaf  etdiyi 
hazırkı  qloballaşma  dövrünün  Azərbaycan  dilinin  zənginləşməsi  və  tətbiqi 
imkanlarının  genişləndirilməsi  istiqamətində  aparılan  işlərin  yeni  səviyyəyə 
yüksəldilməsini  tələb  etdiyi  vurğulanır.  Proqramda  həmçinin  “Azərbaycan 
dilinin  qloballaşma  şəraitində  zamanın  tələblərinə  uyğun  istifadəsi  və 
azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin 
ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına 
ciddi surətdə əməl edilməsi”nin  dövrün tələbi olaraq qaldığına diqqət çəkilir;  
“dil və nitq mədəniyyətinin yüksəldilməsi” (3.1.9.) əsas vəzifələrdən biri kimi 
qarşıya qoyulur.
Azərbaycan  Respublikası  Prezidentinin  “Sərəncamı”ında  və  “Dövlət 
Proqramı”nda  vurğulanan bu məsələlər, göründüyü kimi,  bir çox hallarda 
birbaşa orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin təlimi ilə bağlanır. 
Bu baxımdan, “Sərəncam” və “Dövlət proqramı” təlim digər dillərdə aparılan 
məktəblərdə  Azərbaycan dili tədrisinin qarşısında da bir sıra mühüm vəzifələr 
qoyur. 
Bu vəzifələrin yerinə yetirilməsi  və qloballaşma şəraitində Azərbaycan 
dilindən    zamanın  tələblərinə  uyğun  istifadənin  təmin  olunması,  “dil  və 
nitq  mədəniyyətinin  yüksəldilməsi”  üçün  Azərbaycan  dilindən  hazırlanan 
tədris vəsaitlərinin müasir dövrün tələblərinə cavab verməsinə xüsusi diqqət 
yetirilməli, tədris prosesində öyrənənlərin  ehtiyaclarının ödənilməsinə hər cür 
şərait yaradılmalıdır. 
“Təlim digər dillərdə aparılan ümumtəhsil məktəbləri üçün Azərbaycan 
dili (dövlət dili kimi) kurikulumu” da öz növbəsində  bu fənn üzrə ümumi təlim 
nəticələrində,  məzmun  standartları,  təlim  strategiyaları  və  qiymətləndirmə 
məsələlərində  məhz  yuxarıda    qeyd  olunan  imkanların  reallaşdırılmasını 
nəzərdə tutur və ona istiqamətləndirilir. 
Fikrimizcə, VIII sinif üçün hazırladığımız “Azərbaycan dili” dərslik dəsti 
(dərslik və müəllim üçün metodik vəsait) bu ehtiyacı ödəmək üçün  üzərinə 
düşən vəzifənin öhdəsindən layiqincə gələcək və tədris prosesində müəllim və 
şagirdlərin ən yaxın köməkçisi olacaqdır. 
Təlim  rus  dilində  aparılan  məktəblərin  VIII    siniflərində  tədris  işini 
planlaşdıracaq müəllimlərin ehtiyacını nəzərə alaraq burada ümumi orta təhsil 
səviyyəsi (V-IX siniflər) üçün nəzərdə tutulan məzmun standartlarını veririk. 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə