Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə15/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   11   12   13   14   15   16   17   18   ...   52

39
Şagirdlərin cavabları dinlənilir və nitqlərindəki səhvlər düzəldilir.
Tədqiqat sualı: 
Məhsəti Gəncəvinin yaşadığı dövr haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması: 
  Müəllim  şagirdlərin  oxu  bacarıqlarını  yoxla-
maq  məqsədilə  “Şərq  şeirinin  gəncəli  ilahəsi”  mətnini  oxutdurur.  Şagirdlər 
nit qlərindəki məntiqi vurğudan düzgün istifadə edərək mətni oxuyurlar. “Söz-
lük” və “Söz ehtiyatı”ndakı çətin sözlər izah edilir və cümlələrdə işlədilərək 
mə nimsədilir.  Mətndəki  fikirlərə  münasibət  (3.1.3  alt-standartı)  bildirməklə 
şa girdlər 1-ci çalışmanı yerinə yetirirlər. Şagirdlər qruplara bölünür. Mətnin 
məz mununun mənimsədilməsi, mətndəki fakt və hadisələrin qruplaşdırılması 
məqsədilə çalışma 3-dəki suallar qruplar arasında paylanılır. Qruplar planın 
bəndlərini  danışmalı  və  həmin  bölməyə  aid  suallar  hazırlamalıdırlar.  2,4,5-
ci  çalışmaların  icrası  qruplara  tapşırılır.  Şagirdlər  çalışmalarda  verilmiş  nü-
mu nələrdən  mətnin  hissələrinə  uyğun  istifadə  edərək  2.1.4  alt-standartını 
reallaşdırırlar.
8,9-cu çalışmalar söz birləşməsi və sadə cümlələrin qrammatik norma-
lara uyğun tələffüz edilməsinə və kontekstə uyğun mənalarının izah edilməsinə 
istiqamətləndirilmişdir. Bu çalışmalar da qruplarla iş formasında yerinə yeti-
rilir. Bu zaman 2.1.1 alt-standart reallaşdırılır.
6, 7-ci çalışmalar isə şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsinə 
xidmət  edir.  10,  11-ci  çalışmalar  şagirdlərin  qrammatik  bacarıqlarını 
formalaşdırır.
Qruplarla  işin  müəyyən  mərhələsi  başa  çatdıqdan  sonra  müəllim  qrup 
üzvlərini qiymətləndirə bilər.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, aşağı siniflərdə dilimizdəki sözlərin leksik və qrammatik mənaları, 
onların  dəyişməsi,  müxtəlif  şəkillərə  düşməsi  (hal,  mənsubiyyət,  zaman,  şəkil, 
şəxs  şəkilçiləri  qəbul  edərək  dəyişməsi)  haqqında  məlumat  almışsınız.  Artıq 
bilir siniz  ki,  hansısa  bir  fikri  ifadə  etmək  üçün  sözlər  müxtəlif  şəkilçilər  qəbul 
edərək  dəyişir,  bir-birilə  əlaqələnir,  cümlə  şəklinə  düşürlər.  Məsələn:  Rəssam, 
Günay, sərgi, keçirilmək – sözlərini əlaqələndirib cümlə şəklinə salmaq üçün bu 
sözlərə  müvafiq  şəkilçilər  artırılmalıdır.  Günay  sözünə  yiyəlik  hal,  sərgi  sözünə 
mənsubiyyət şəkilçisi, keçirilmək sözünə feilin zaman şəkilçisini artırsanız, həmin 
sözlərin köməyi ilə çatdırmaq istədiyiniz fikri tam şəkildə ifadə edə biləcəksiniz. 
Beləliklə, həmin sözlər şəkilçilərin köməyilə, “Rəssam Günayın sərgisi keçirilir”, - 
cümləsi şəklinə salınır. Bəzən sözlər arasında əlaqə nəticəsində söz birləşmələri də 
yaranır. Göstərdiyimiz cümlədə rəssam Günay, Günayın sərgisi söz birləşmələridir. 
Məlumat  üçün  deyək  ki,  söz  birləşmələri  və  cümlələr  qrammatikanın  sintaksis 
bölməsində öyrənilir.
Məlumat mübadiləsi: 
Şagirdlər  Məhsəti  Gəncəvinin  həyat  və  yara-
dı cı lığı ilə tanış olur və Azərbaycan xalqının şairəyə olan böyük sevgisinin 
Çap üçün deyil


40
bir daha şahidi olurlar. Fikir mübadiləsi zamanı şairənin yaradıcılığı bir daha 
araşdırılır.
Nəticə:
 Azərbaycan  ədəbiyyatının  inkişafında  misilsiz  xidmətləri  olan 
çoxlu  yazıçı  və  şairlərimiz  vardır.  Onlardan  biri  də  Məhsəti  Gəncəvidir.  O, 
Azərbaycan şeirinin ilahəsidir. Onun rübailəri Azərbaycan şeirinin inkişafında 
yüksək yerlərdən birini tutur. Xalq öz istedadlı qızının xatirəsini daima əziz 
tutaraq hər zaman onu əbədiləşdirməyə çalışır.
Yaradıcı tətbiqetmə: 
Məhsəti Gəncəvinin həyat və yaradıcılığı mövzu-
sunda təqdimat hazırlamaq.
Qiymətləndirmə: 
Müvafiq cədvəllərdən birinə əsasən aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§11. “Kəlilə və Dimnənin” yaranması
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
1.2.1.; 
1.2.2.
Coğ. – 
1.1.1.
Əd. – 3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.3
2.1.4
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, BİBÖ
Resurslar: 
Dərslik, proyektor, kompyuter, dəftər
Motivasiya:
 Müəllim əlində “Kəlilə və Dimnə” kitabı sinfə daxil olur. 
O, kitabı şagirdlərə göstərir və onlara müraciət edir:  – Uşaqlar, bu kitab sizə 
tanışdır? Onun haqqında nə bilirsiniz?  Şagirdlərin fərziyyələri dinlənilir və 
nitqlərindəki səhv tələffüz düzəldilir.
Tədqiqat sualı: 
“Kəlilə və Dimnə” ibrətamiz, tərbiyəvi əhəmiyyətə ma-
lik bir kitabdırsa, bu kitabla tanışlıq bizə nə verə bilər? Kitabdan bu günümüz 
Çap üçün deyil


41
üçün hansı nəticələri çıxarmaq mümkündür?
Tədqiqatın aparılması:
   “Kəlilə  və  Dimnə”  kitabı  ilə  tanış  olmaq 
məqsədilə  müəllim  mətni  şagirdlərə  oxutdurur.  Oxu  prosesində  şagirdlərin 
məntiqi vurğusuna, səs tonunun düzgün tənzimlənməsinə diqqət yetirilir, nitq 
qüsurları düzəldilir. “Sözlük” və “Söz ehtiyatı”nda verilmiş çətin sözlər izah 
edilir. Şagirdlər həmin sözlərin qarşılıqlarını taparaq cümlələrdə işlədirlər.
Şagirdlərin  mətn  haqqında  biliklərinin  möhkəmləndirilməsi  və  mətnin 
hissələrinin müəyyənləşdirilməsi məqsədilə 2.1.3 alt-standartı üzrə 1-ci çalış-
ma yerinə yetirilir. Müəllim bütöv siniflə plan əsasında işləyərək mətni uşaqlara 
danışdırır. Danışıq zamanı sözlərin düzgün tələffüzünə fikir verir. Uşaqların 
tələffüzündəki  qüsurları  düzəldir.  2.1.4  alt-standarta  görə  mətnin  hissələri 
arasında əlaqələri gözləmək şərtilə şagirdlər 2-ci çalışmanı yerinə yetirirlər. 
Şagirdlər 4-cü çalışmada verilmiş cümləni tamamlamaqla 1.1.1 alt-standartını 
reallaşdırırlar.
Şagirdlər mətndəki fikirlərə münasibət bildirərək 3,5-ci çalışmaları icra 
edirlər və onlar 3.1.3 alt-standartını reallaşdırırlar.
6,7,8,9-cu çalışmaları yerinə yetirməklə şagirdlər söz birləşməsi və sadə 
cümlələri  qrammatik  mənalarına  uyğun  tələffüz  edərək  2.1.1  alt-standartını 
reallaşdırırlar.
Məlumat mübadiləsi: 
Şagirdlər  mətn  üzərində  işləyərək  tədqiqat 
sualına cavab tapmış olurlar. Onlar  “Kəlilə və Dimnə”dən böyüklərə hörməti, 
valideynə sonsuz məhəbbəti, biliyə, elmə hədsiz marağı öyrənir və müzakirə 
edirlər.
Nəticə:
  Şagirdlər fikirlərini fakt və hadisələrlə əsaslandırırlar. Onlar bu 
əsərdən öyrənirlər ki, bu əsər tərbiyə məktəbidir. Heyvanların dili ilə söylənilən 
hadisələr insanları düşünməyə, həyata və hadisələrə başqa gözlərlə baxmağa 
cəlb edir.
Yaradıcı tətbiqetmə: 
Mətnin məzmununa, kontekstə uyğun bir neçə ata-
lar sözü tapıb dəftərinizə yazın.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə