Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə23/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   19   20   21   22   23   24   25   26   ...   52

63
Müəllim şagirdləri qruplara bölür və hər qrupa 3 və 7-ci çalışmaların icrasını 
tapşırır. Bu zaman şagirdlər mətnin hissələri arasında əlaqələri gözləyərək 2.1.4 
alt-standartını  reallaşdırırlar.  Müəllim  şagirdlərin  işini  qiymətləndirə  bilər. 
Müəllim cütlərlə işi şagirdlərə məsləhət bilərək mətndəki fikirlərə münasibət 
bildirməklə  mətnlərə  uyğun  suallar  tərtib  edir,  verilmiş  sualların  mətnin 
məzmununa aidliyini təyin edir və mətndə kursivlə fərqləndirilmiş ifadələrin 
kontekstə uyğun mənalarını araşdırır, verilmiş variantların uyğunluğunu seçir. 
Bu zaman 3.1.3 alt standartı reallaşdırılır.
Kiçik  qruplar  2.1.3  alt-standartına  əsasən  müxtəlif  mövqeli  fikirləri 
ümumiləşdirərək  8,9-cu  çalışmaları  yerinə  yetirirlər.  Qrup  üzvləri  verilmiş 
ifadələri  yeniləri  ilə  əvəz  edərək  müqayisə  edirlər.  “Hikmət  xəzinəsində” 
rubrikasında  verilmiş  aforizmlər  mətnin  məzmunu  ilə  bağlı  tərbiyəvi  iş 
aparmağı  nəzərdə  tutur.  Aforizmlərdə  işlənmiş  feli  birləşmələrin  seçilməsi 
şagirdlərin  söz  birləşməsi  və  sadə  cümlələri  qrammatik  normalarına  uyğun 
tələffüzünə kömək edir və bu zaman 2.1.1 alt-standartı reallaşdırılaraq 10-cu 
çalışma yerinə yetirilir.
Məlumat mübadiləsi:
  Şagirdlər  mətnin  2-ci  hissəsinin  1-ci  hissə 
ilə əlaqəsini daha ətraflı öyrənir və Naxçıvan haqqında bildiklərini bir daha 
artıraraq debata qoşulurlar.
Nəticə:
  Vətən doğulub boya-başa çatdığımız məkandır. Deməli, Vətən 
doğulduğumuz kənddən, qəsəbədən, şəhərdən başlayır. Əvvəl kiçik bir guşəni 
vətən bilirik. Özünüz böyüdükcə Vətən haqqında anlayışlarınız da genişlənir, 
ana yurdun tək bircə kənd yox, yüzlərlə, minlərlə kənddən, qəsəbədən, şəhərdən 
ibarət olduğunu anlayırıq.
Gözümüzdə, şüurumuzda getdikcə böyüyən, böyüdükcə gözəlləşən ana 
yurdumuz bizim üçün fəxr yeri, ən müqəddəs ibadətgahdır.
Naxçıvan dilbər guşəmiz olmaqla sevimli Vətənimizin bir parçasıdır.
Yaradıcı tətbiqetmə: 
“Naxçıvan Azərbaycanın dilbər guşəsidir” mövzu-
sunda kiçik inşa yazın.
Qiymətləndirmə: 
 Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


64
§26.  Məhəmməd Füzuli 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
4.1.1.
Əd. – 1.2.4.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1.
2.1.4
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.1
3.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük qrup və cütlərlə iş 
Dərsin üsulu:
 Əqli-hücum, sual-cavab, müzakirə
Resurslar:
 Dərslik, dəftər, şəkillər, elektron lövhə
Motivasiya:
 Müəllim elektron lövhədə Məhəmməd Füzulinin şəkillərini 
nümayiş etdirir və sinfə müraciət edir: “Gördüyünüz bu şəkillər haqqında nə 
bilirsiniz?” Şagirdlərin cavabları dinlənilir və nitqlərindəki qüsurlar düzəldilir.
Tədqiqat sualı:
  Necə düşünürsünüz, Məhəmməd Füzulini şeirin qəzəl 
janrının ustadı hesab etmək olarmı?
Tədqiqatın aparılması:  
Tədqiqat  “Məhəmməd  Füzuli”  mətninin  oxu-
su  ilə  başlanır.  Sonra  mətnin  məzmununun  və  sözlüyünün  mənimsədilməsi 
üzərində iş aparılır. “Sözlük” və “Söz ehtiyatı”ndakı söz və ifadələrin mənası 
izah edilir. Mətnin oxusu zamanı şagirdlər məntiqi vurğudan istifadə edirlər. 
Bununla əlaqədar olaraq şagirdlər 1,2-ci çalışmaları yerinə yetirməyə çalışırlar 
və bununla 1.1.2 alt standart reallaşdırılır.
Müəllim  şagirdlərin  iştirakı  ilə  3-cü  çalışmanın  icrasına  başlayır  və 
şagirdlər  yerində  işlənməyən  cümlənin  mətndə  yerini  taparaq  3.1.3  alt-
standartını reallaşdırırlar.
Müəllim şagirdləri qruplara bölür və hər qrup 4-cü çalışmada verilmiş 
abzasları  genişləndirərək  mətn  tərtib  edir  və  Məhəmməd  Füzulinin 
yaradıcılığını  tədqiq  edərək  geniş  təqdimat  hazırlayırlar.  Müəllim  qrupların 
işini qiymətləndirə bilər. Bu zaman 2.1.4 alt-standart reallaşdırılır.
Sonra qruplar 5-ci çalışmanı yerinə yetirərək sözləri mətndə kontekstə 
uyğun  yerləşdirirlər  və  3.1.1  alt-standart  reallaşdırılır.  Müəllim  6,7,8,9-cu 
çalışmaları cütlərə paylayır və cütlər söz birləşməsi və sadə cümlələri qram-
matik normalara uyğun tələffüz edərək 2.1.1 alt-standartını reallaşdırırlar.
Çap üçün deyil


65
Məlumat mübadiləsi:
  Şagirdlər oxuduqları mətnin məzmunu və yerinə 
yetirdikləri  çalışmaların  köməyilə    sözlərin  qrammatik  mənaları,  mətnin 
məzmunu üzərində fikir mübadiləsi aparırlar.
Nəticə:
  Şagirdlər  öyrənirlər  ki,  bütün  dövrlərdə Azərbaycan  xalqının 
maariflənməsində xalqın zövqünün formalaşmasında misilsiz xidmətləri olan 
şəxsiyyətlərimiz olub. Bunlardan biri də Məhəmməd Füzulidir. Hər bir şairin, 
sənətkarın Azərbaycan ədəbiyyatında öz mövqeyi, öz yeri var; Məhəmməd Fü-
zuli isə Azərbaycan şeirinin zirvəsində parlayan bir günəşdir ki, bu gün də bu 
günəşin şüarları gənc yazarların yolunu işıqlandırır.
Yaradıcı  tətbiqetmə:
  Şair  haqqında  informasiya  toplayıb  təqdimat 
hazırlamaq.
Qiymətləndirmə:
  Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq. 
§27. Dənizdə fırtına 
(I hissə-1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.3
2.1.4
Coğ. – 
2.1.3.
Əd. – 
1.2.4.; 
2.2.1.
2 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
3
Topladığı fakt və məlumatlara  münasibətini bildi-
rir.
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
4.1.1
4.1.2
Dərsin tipi: 
İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş, cütlərlə iş 
Dərsin üsulu: 
Əqli hücum, müzakirə, BİBÖ, sual-cavab,debat
Resurslar:
 Dərslik, elektron lövhə, dəftər, iş vərəqləri
Motivasiya:
 Müəllim elektron lövhədə “İnsan məskən salır” filmindən 
müxtəlif  fraqmentlər  göstərilir.  Şagirdlər  maraqla  filmin  qəhrəmanı  Rami-
zin fırtınada göstərdiyi qəhrəmanlığı diqqətlə izləyirlər. Müəllim sinfə sualla 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə