Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

87
Məlumat mübadiləsi: 
Şagirdlər  “Gülbəsləyən  qız”  mətninin  oxusu 
üzərində  əməksevərlik,  zəhmət  kimi  yüksək  insani  keyfiyyətlər  barədə  fikir 
yürüdürlər, mübadilə aparırlar.
Nəticə: 
Zəhmətsiz yaşamaq olmaz. Hər kəs çəkdiyi zəhmətin bəhrəsini 
görür.  Hər  dövrdə  zəhmət  adamlarına,  əmək  qəhrəmanlarına  xüsusi  hörmət 
olmuşdur.  Hələ  dahi  Nizaminin  “Kərpickəsən  kişinin  dastanı”  hekayəsində 
əmək adamının ən ali hörmətə layiq olduğu qeyd edilmişdir. Indi də öz ha-
lal zəhməti sayəsində yaşayan, ucalan insanlar çoxdur. Cəmiyyətimizdə belə 
şəxslərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşırlar. Biz də çalışmalıyıq ki, 
heç kəsin əziyyətinə, biganə qalmayaq. Ən sadə peşə adamının çəkdiyi zəhmət 
belə təqdirəlayiqdir.
Yaradıcı tətbiqetmə:
  “Onunçün öyrətdim ki, əlimi bu sənətə
   
 
 
Bir gün sənə əl açıb düşməyim xəcalətə”
– aforizminə aid kiçik bir esse yazın.
Qiymətləndirmə:
  Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: 
Hekayənin məzmununu öyrənmək.
§42. Mükafat 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.2.2.
Əd. – 2.2.1.
2 Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.4
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir. 
Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.1
3.1.2
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, sual-cavab
Resurslar: 
Dərslik, proyektor, kompyuter, dəftər, elektron lövhə
Motivasiya: 
Müəllim  elektron  lövhədə  at  yarışlarının  görüntülərini 
canlandırır. 
Çap üçün deyil


88
– Bu atların yarışda qalib çıxması hansı səbəblərlə bağlıdır? Şagirdlər 
müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
  –  Atların  bəslənməsində  insanların  rolu  böyükdür. 
Amma insan nə işlə məşğul olursa-olsun, öz insanlığını qoruyub saxlamalı, 
yalnız şan-şöhrət üçün deyil, insanlığın naminə gözəl işlər görməlidir. Siz necə 
düşünürsünüz?
Tədqiqatın aparılması:
 Tədqiqat sualına cavab tapmaq üçün şagirdlər 
dərslikdəki “Mükafat” hekayəsini oxuyurlar. Oxuyarkən çətin söz və ifadələrin 
mənaları izah edilir. “Sözlük” və “Söz ehtiyatı”ndakı sözlər, ifadələr üzərində 
iş aparılır. Sonra mətnin məzmunu üzrə işə keçilir.
1.1.2 alt-standartının reallaşdırılması üçün 2-ci çalışma üzrə iş aparılır. 
Bu  zaman  şagirdlər  mətndəki  fakt  və  hadisələri  ümumiləşdirməklə  suallara 
cavab verirlər;
2.1.4  alt-standartının  tələbilə  mətnin  hissələri  arasında  əlaqələri 
gözləməklə 5-ci çalışmanı icra edirlər.
3.1.1  alt-standartının  seçilməsi  7,8,10-cu  çalışmaların  icrası  –  cümlə 
üzvlərinin sintaktik vəzifələrini müəyyənləşdirmək üçündür.
3.1.2 alt-standartı üzrə çalışma 1,9-da olduğu kimi şagirdlər düzgün oxu 
qaydalarına riayət edən yoldaşlarını qiymətləndirirlər.
4.1.2 alt-standartının reallaşdırılması 2,6-cı çalışmaların icrası, şagirdlərin 
seçdiyi nümunələrlə yazılarını zənginləşdirmələri üçündür.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədəki mübtəda hansı şəxsdə olarsa, xəbər də həmin şəxsdə olmalıdır. 
Məsələn: Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmalıyıq – cümləsində 
həm mübtəda, həm də xəbər 1-ci şəxsin cəmindədir.
Xəbər mübtəda ilə kəmiyyətcə də uyğun gəlməlidir, yəni mübtəda tək olduqda 
xəbər də tək, cəm olduqda xəbər də cəm olur.
Məsələn:   Mən danışıram. 
Biz danışırıq
 
 
Sən danışırsan.  
Siz danışırsınız.
 
 
O danışır. 
 
Onlar danışırlar.
Mübtəda cansız varlıqları bildirən sözlərlə ifadə olunduqda xəbər kəmiyyətcə 
ona uyğun olmaya da bilər. 
Məsələn: Şəhərimizdə yeni evlər tikilir – cümləsində mübtəda cəmdə, xəbər isə 
təkdə işlənmişdir.
Məlumat mübadiləsi:
  Şagirdlər  hekayədəki  Kamalın  hərəkətini 
müzakirə edib, məlumat mübadiləsi aparırlar.
Nəticə: 
Ən düzgün hərəkət çətin anda başqasının köməyinə yetməkdir. 
Ən dar məqamda belə insanlar bunu unutmamalıdırlar. Hətta öz işin bundan 
Çap üçün deyil


89
zərər çəkdiyi bir halda olsa belə, sənə ehtiyacı olana yardım əli uzatmalısan. 
Bu, insanlığın yazılmamış qanunudur.
Yaradıcı tətbiqetmə: 
“Mən  insanlara  nə  kimi  kömək  edə  bilərəm” 
mövzusunda kiçik esse yazın.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
“Mükafat” hekayəsinin məzmununu danışmaq.
§43. Mən sənə qul olacağam, ana! 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.3.1.
Əd. – 
2.1.1.; 
1.1.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.2
2.1.3
2.1.4
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, təqdimat
Resurslar: 
Dərslik, elektron lövhə, film
Motivasiya: 
Müəllim elektron lövhədə 28 May meydanında C.Cabbarlının 
abidəsini,  C.Cabbarlı  metro  stansiyasını,  C.Cabbarlı  adına  kinostudiyanın 
təsvirləri olan görüntüləri canlandırır. 
– 
Ekranda gördüklərinizin arasında ümumi olan nədir? Şagirdlər müxtəlif 
fikirlər söyləyirlər.
Tədqiqat sualı:
  Cəfər Cabbarlı adı sizdə hansı fikirlər doğurur? Onun 
haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması: 
 Tədqiqat dərslikdəki “Mən sənə qul olacağam, 
ana!” mətninin oxusu ilə başlanır. Nitqdə məntiqi vurğudan düzgün istifadə 
edi lməlidir. “Sözlük”dəki çətin sözlər və ifadələr izah edilir, sonra cümlələrdə 
işlədilir. 2.1.2. alt-standartının tələblərinə uyğun olaraq çalışma 1,2 yerinə yet-
irilir.
Mətndəki  fakt  və  hadisələrin  ümumiləşdirilməsi,  1.1.2  alt-standartının 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə