Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə32/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   28   29   30   31   32   33   34   35   ...   52

90
reallaşdırılması  üçün  2-ci  çalışma  üzərində  iş  aparılır.  Mətnə  dair  sualları 
müəyyənləşdirmək  məqsədilə  müəllim  şagirdləri  3  qrupa  bölür.  2.1.3  alt-
standartının  reallaşdırılması  üçün  şagirdlər  yazdıqları  əsasında  mətnin 
məzmununu genişləndirir, müxtəlif mövqeli fikirləri ümumiləşdirərək işlərini 
təqdim edirlər. Şagirdlərin plan tərtib etməsi, (2.1.4 alt-standartına görə) mətnin 
hissələri arasında əlaqələri gözləməklə mətnin bütöv məzmununu danışması 
üçün çalışma 3,4 yerinə yetirilir. Şagirdlərin qrupdakı işləri rəğbətləndirilir.
Şagirdlərin yazı vərdişlərinə yiyələndiklərini nümayiş etdirmək məqsədilə 
3.1.1; 4.1.2 alt-standartları seçilmişdir. Bu məqsədlə  çalışma 6-da şagirdlər 
2-ci dərəcəli üzv olan tamamlığı cümlədə müəyyənləşdirir, ifadə vasitələrini 
təyin edirlər.
Çalışma 7-də mübtəda ilə nə? sualına cavab verən tamamlıqların fərqi 
müəyyənləşdirilir. Şagirdlər bu tapşırıqları yazılı şəkildə yerinə yetirirlər.
Çalışma  9-da  mübtəda  haqqında  şagirdlərin  bildikləri  aşkar  edilir.  Bu 
çalışmanı şifahi şəkildə də yerinə yetirmək olar.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Biz fikrimizi daha ətraflı ifadə etmək üçün nitqimizdə baş üzvlərdən əlavə, 
ikinci dərəcəli üzvlərdən də istifadə edirik. İkinci dərəcəli üzvlər bunlardır:
1.  Tamamlıq (дополнение)
2.  Təyin (определение)
3.  Zərflik (обстоятельство)
Tamamlıq cümlədə əşya, obyekt bildirən sözlərdir. Cümlədə xəbərə aid olur. 
Tamamlıq Kimə? Nəyə? Kimi? Nəyi? Nə? Kimdə? Nədə? Kimdən? Nədən? Kim 
ilə? Nə ilə? Kim üçün? və s. suallarına cavab verir. Mübtəda kimi isim, əvəzlik 
və  məsdərlə  ifadə  olunur.  Sifət,  say,  işarə  əvəzlikləri,  zərf  və  feili  sifətlər  də 
isimləşəndə tamamlıq vəzifəsində işlənə bilərlər.
Məsələn:  Bu  qəribə  sövdəgərin  xəbərini  həmin  gün  padşaha  çatdırdılar  – 
cümləsindəki tamamlıqlardan biri (sövdəgərin xəbərini) ismi birləşmə ilə, digəri 
isə (padşaha) isimlə ifadə olunmuşdur.
Məlumat mübadiləsi: 
Uşaqlar tanıdıqları şəxsiyyətin uşaqlıq illərində 
həyatından bir epizodla tanış olub onun xarakteri barədə müəyyən mülahizə 
yürütmək imkanına nail olurlar. Öz aralarında fikir mübadiləsi aparırlar.
Nəticə:
  Anaya  məhəbbət  sonsuzdur.  Bu  məhəbbətin  müqəddəsliyi 
qarşısında heç nə tab gətirə bilməz. Hətta azyaşlı uşaqlar da ana məhəbbətini öz 
üzərlərində hiss edirlər. Öz kiçik qəlbləri ilə bunu duyurlar. Şair qəlbli yaradıcı 
insanlar isə daha kövrək olurlar. Onlar ana qədrini, ana müqəddəsliyini daha 
erkən hiss edir, öz mənəvi borclarını ömürləri boyu anaya itaətdə keçirməyin 
onlar üçün səadət olduğunu düşünürlər. Bizə də onların yazdıqları əsərlərin 
ruhu  təsir  edir,  anaya  olan  məhəbbətimizi,  sədaqətimizi  bəzən  misralara  da 
Çap üçün deyil


91
çevirə bilirik.
Yaradıcı  tətbiqetmə: 
C.Cabbarlının  yaradıcılığı  barədə  qısa  məlumat 
toplamaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev  tapşırığı: 
Mətni  və  C.Cabbarlının  “Ana”  şeirinin  məzmununu 
danışmaq.
§44. “Ölkəm” şeiri 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.3.1.
Əd. – 
1.1.1.; 
1.2.4.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir. 
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.2
2.1.3
2.1.4
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə
Resurslar: 
Dərslik, dəftər, elektron lövhə, kompyuter
Motivasiya: 
Müəllim  elektron  lövhədə  C.Cabbarlının  sözlərinə 
bəstələnmiş  “Ölkəm”  romansını  səsləndirir.  Musiqinin  müəllifi  Asəf 
Zeynallıdır. Romansı müğənni Bülbül ifa edir. 
– 
Bu  musiqidə  nədən  bəhs  edilir?  şagirdlər  musiqinin  sözlərinə  qulaq 
asıb, müxtəlif fikirlər söyləyirlər.
Tədqiqat sualı:
  –  Sizcə,  niyə  bu  musiqiyə  müraciət  etmişik?  Onun 
müəllifi kim ola bilər?
Tədqiqatın aparılması:
  Şagirdlər tədqiqata başlayırlar. Bülbülün ifasını 
dinlədikdən sonra şagirdlər 2.1.2 alt-standartına uyğun olaraq məntiqi vurğudan 
istifadə edərək şeiri ifadəli şəkildə oxuyurlar. Lazım gəldikdə sözlərin düzgün 
Çap üçün deyil


92
tələffüzü  üçün  müəllim  şagirdlərə  köməklik  də  göstərir.  Əsas  fikri  nəzərə 
çarpdırmaq üçün məntiqi vurğudan istifadə edilməsi (3.1.2 alt-standartı) şeirin 
ideyasını müəyyənləşdirməyə xidmət edir (çalışma N3-1.1.2 alt-standartı).
Sonra şeirin məzmununun və sözlüyünün mənimsədilməsi üzərində işə 
keçilir.  Şagirdlər  qruplara  bölünürlər.  Hər  qrupa  şeirin  bir  bəndinin  təhlili 
tapşırılır. Verilmiş vaxt bitdikdən sonra şagirdlər misralar və bəndlər arasında 
əlaqələri gözləməklə şeirin məzmununu danışırlar. Bunlar 2.1.4 alt-standatının 
reallaşdırılması üçündür.  Bu  məqsədlə 2,3,4-cü  çalışmalar icra edilir.  Sonra 
şagirdlər şeiri nəsrə çevirərək məzmununu qısa şəkildə dəftərlərinə yazırlar. 
Bu zaman şagirdlər müxtəlif mövqeli fikirləri ümumiləşdirirlər ki, bu da 2.1.3 
alt-standartının tələbinə uyğundur.
Şagirdlər  şeirdə  üzərində  ulduz  işarəsi  qoyulmuş  sözlərin  düzgün 
tələffüz  şəklini  yazmaqla  2.1.1  alt-standartını  reallaşdırırlar.  Şeirdə  altından 
xətt çəkilmiş cümlədə cümlə üzvlərinin sintaktik vəzifəsini müəyyənləşdirirlər 
ki,  bu  da  onların  qrammatik  anlayışlarının  möhkəmləndirilməsi,  3.1.1  alt-
standartının reallaşdırılması üçündür. Bu standarta uyğun 5-ci, 8-ci çalışmalar 
da müəyyən edilmişdir.
4.1.2  alt-standartı  isə  şagirdlərin  seçdikləri  nümunələrlə  yazılarını 
zənginləşdirmək, bununla lüğət ehtiyatlarını da artırmaq üçündür. Bu məqsədlə 
9,10-cu çalışmalar seçilmişdir.
Məlumat mübadiləsi:
  Şagirdlər  şeirin  müəllifi  barədə  məlumatı 
genişləndirərək, C.Cabbarlının şeir dilini müzakirə edirlər.
Nəticə:
  Vətənimiz  Azərbaycan  bizim  üçün  ən  zəngin  bir  ölkədir. 
Ölkəmin  sərvətləri  sonsuzdur.  Bu  sərvətlər  bizə  məxsusdur.  İgid  xalqımız 
öz tarixi keçmişini mühafizə edib qoruyur, tarixin buraxdığı səhvləri bir də 
təkrar etməməyə çalışır. Neft bizim sərvətimizdir. Tarixin qızıl səhifələrində 
Azərbaycanın  şanlı  keçmişi  canlanır.  Ölkəmizin  bugünü  də,  gələcəyi  də 
parlaqdır. Elin, ölkənin sərvəti öz xalqına məxsusdursa, bu əsl xoşbəxtlikdir. 
Yaradıcı tətbiqetmə: 
“Ölkəmizin sərvətləri” mövzusunda kiçik bir esse 
yazmaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Şeirin məzmununu danışmaq, bir hissəni əzbərləmək.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə