Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə35/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   31   32   33   34   35   36   37   38   ...   52

99
sənətkarlarına həsr edilmiş zalının görüntülərini canlandırır.
– Uşaqlar, bu muzeydə hansı sənət əsərlərinə aid nümunələr gördünüz? 
Şagirdlər fikir söyləyirlər.
Tədqiqat sualı: 
– Gördüyünüz sənət nümunələri haqqında nə bilirsiniz? 
Təbriz sənətkarlıq məktəbi haqqında nə eşitmisiniz?
Tədqiqatın aparılması: 
  Tədqiqata  dərslikdəki  “Təbriz  sənətkarları” 
mətninin oxusu ilə başlanır. 2.1.2 alt-standartının tələbinə uyğun olaraq mətn 
məntiqi vurğudan düzgün istifadə etməklə oxunur. “Sözlük” izah edilir. 1.1.1 
alt-standartını reallaşdırmaq məqsədilə 3-cü çalışmaya müraciət edilir. Şagirdlər 
mətnin məzmununa uyğun cümləni tamamlayırlar. Sonra 1.1.2 alt-standartının 
tələbilə 1-ci çalışmaya müraciət edilir. Burada şagirdlər mətnə uyğun suallar 
verirlər. Bütün bunlar mətnin məzmununu mənimsətmək üçündür.
Sonra  müəllim  şagirdləri  qruplara  bölür.  1.1.2  alt-standartının  tələbinə 
uyğun  olaraq  şagirdlər  öyrəndikləri  fakt  və  hadisələri  qruplaşdırırlar.  Vaxt 
bitdikdən  sonra  isə  qruplar  bir-birlərinin  işini  qiymətləndirirlər  (çalışma  5) 
Çalışma 4-ün tələbilə 3.1.3 alt-standartı reallaşdırılır; şagirdlər verilmiş plana 
dəyişikliklər edir, fikirlərini əsaslandırırlar.
Sonra  şagirdlərin  rabitəli  yazı  vərdişlərinə  yiyələndiklərini  nümayiş 
etdirmək  məqsədilə  4.1.2;  4.1.3  alt-standartları  seçilir.  4.1.2  alt-standartını 
reallaşdırmaq  üçün  çalışma  7,  4.1.3  alt-standartının  reallaşdırılması  üçün 
çalışma  6,  8  uyğundur.  Bu  zaman  şagirdlər  həmcins  üzvlərin  işlənmə 
məqamlarını izləmiş olurlar.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Eyni  bir  üzvlə  bağlı  olub,  eyni  suala  cavab  verən  bərabərhüquqlu  cümlə 
üzvləri həmcins üzvlər adlanr. Bütün cümlə üzvləri həmcins ola bilərlər. Onlar 
sadalama intonasiyası ilə deyilir və bəzən tabesizlik bağlayıcıları ilə əlaqələnirlər.
Məsələn: Alimlər bütün həyatlarını elmə  biliyə sərf edirlər – cümləsində 
həmcins tamamlıqlar tabesizlik bağlayıcısı ilə əlaqələnmişlər.
Məlumat mübadiləsi:
  Şagirdlər Təbriz sənətkarları haqqında aldıqları 
məlumatı müzakirə edirlər.
Nəticə:
  Şagirdlər  mətni  oxuyub  belə  nəticəyə  gəlirlər  ki,  əsl  sənət 
heç vaxt ölmür. O, həmişəyaşardır. Hansı dövrdə yaranırsa-yaransın, xalqın 
mənəvi irsi  hesab olunur. Təbriz Azərbaycanın ayrılmaz parçasıdır. Oradakı 
sənətkarlıq  məktəbinin  nümunələri  Şərq  sənətkarlığının  ən  nadir  inciləri 
hesab edilir. Bütün Şərq aləminin şah əsərləri Təbriz sənətkarlıq məktəbinin 
yaratdıqlarıdır.
Yaradıcı tətbiqetmə: 
Çalışma 8 üzərində işləmək.
Qiymətləndirmə: 
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq. 
Çap üçün deyil


100
§49. Qara Qarayevin ölməz irsi 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
4.1.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4 Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Kiçik qruplarla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, sual-cavab, təqdimat
Resurslar: 
Dərslik, dəftər, elektron lövhə, kompyuter
Motivasiya: 
Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər elek-
tron lövhədə canlandırılır.  
– Bu gözəl musiqinin müəllifi kim ola bilər? Bu hansı əsərdir? Şagirdlər 
cavab verirlər.
Tədqiqat sualı: 
– Qara Qarayev barədə nə bilirsiniz?
Tədqiqatın aparılması:
 Tədqiqat  dərslikdəki  mətnin  oxusu  üzərində 
işlə  başlanır.  Müəllim  tədqiqat  sualına  cavab    tapmaq  üçün  əvvəlcə  mətni 
şagirdlərə oxutdurur. Onların məntiqi vurğulu sözləri düzgün tələffüz etməklə 
oxumaqlarına nəzarət edir. “Sözlük”də, “Söz ehtiyatı”ndakı sözlərin mənaları 
izah edilir, cümlələrdə işlədilir.
Seçilmiş alt-standartlar şagirdlərin dinlədikləri mətndə fakt və hadisələri, 
müxtəlif  fikirləri  ümumiləşdirmək,  mətnin  məzmununa  aid  öz  fikirlərini 
bildirmək, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərlə bağlı 
bildiklərini inkişaf etdirmək üçün nəzərdə tutulmuşdur:
1.1.2 alt-standartı üçün çalışma – 1,5
2.1.3 alt-standartı üçün çalışma – 3
3.1.3 alt-standartı üçün çalışma – 2
4.1.3 alt -standartı üçün çalışma – 6,7,8 yerinə yetirmək məqsədəuyğundur.
Müəllim  şagirdlərə  tapşırıqları  icra  edərkən  nəzarət  edir,  onları 
istiqamətləndirir.  Şagirdlər  bu  dərsdə  “əlavələr”lə  tanış  olduqları  üçün  bu 
mövzü ətrafında düşünür, praktik tapşırıqlar yerinə yetirirlər.
Məlumat mübadiləsi:
  Şagirdlər  Qara  Qarayevin  şəxsiyyəti  ilə  tanış 
olur, onun haqqında öyrəndiklərini müzakirə edirlər.
Çap üçün deyil


101
Nəticə: 
Azərbaycan musiqisinin tarixi çox qədimdir. Bu musiqi dünya 
musiqi aləminə bir çox korifey sənətkarlar bəxş etmişdir. Qara Qarayev də belə 
sənətkarlardandır. Onun zəngin irsi musiqimizdə bir dönüş mərhələsidir. Onun 
yaradıcılığında Vətən mövzusu bütün əsərlərinin özəyini təşkil edir. Biz fəxr 
edirik ki, dünya miqyasında Azərbaycanı tanıdan belə sənətkarlarımız var.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və 
ya söz birləşməsinə əlavə deyilir. Əlavələr izah etdiyi sözlərdən tire(– ) işarəsi 
ilə ayrılır. Bəzən əlavələrdən əvvəl “yəni” bağlayıcısı da işlənir. O zaman “yəni” 
bağlayıcısından əvvəl vergül(,) işarəsi qoyulur.
Məsələn: Məhəmməd Füzuli – Azərbaycan ədəbiyyatının ən nəhəng siması 
16-cı əsrdə yaşamışdır; Sabah, yəni oktyabrın 18-i Dövlət Müstəqilliyi günü qeyd 
ediləcəkdir – cümləsində altından xətt çəkilmiş birləşmələr əlavələrdir.
Yaradıcı tətbiqetmə:
 Q.Qarayevin tərcümeyi-halının mühüm məqamları 
ilə bağlı təqdimat hazırlamaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§50. Səxavət 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir. 
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. – 
1.3.1.
Əd. – 2.2.1.
2
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.2
3.1.3
3 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi: 
İnduktiv
Dərsin forması: 
Böyük qrupla iş 
Dərsin üsulu:
 Əqli-hücum, müzakirə, sual-cavab
Resurslar:
 Dərslik, proyektor, kompyuter, dəftər
Motivasiya:
  Elektron  lövhədə  Səttar  Bəhlulzadə  haqqında  filmdən 
fraqment işıq landırılır. 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə