Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə37/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   33   34   35   36   37   38   39   40   ...   52

105
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması:
 Qruplarla iş
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, təqdimat
Resurslar: 
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim  lövhədə  dəniz  mənzərəsinin  görüntüləri  olan 
kadrları canlandırır.
– Siz dənizi sevirsinizmi?
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
  Sizcə,  dənizə  vurğun  olmaq,  onu  sevmək,  həyatını 
onunla bağlamaq hansı peşə sahiblərinə qismət olur?
Tədqiqatın aparılması:  
Şagirdlər məntiqi vurğudan istifadə etməklə or-
foepik normalara əsasən mətni oxuyurlar. Bu məqsədlə müəllim əvvəlcədən 
tələffüzü və mənası çətin olan sözləri şagirdlərə izah edir. “Sözlük”  və “Söz 
ehtiyatı” üzərində iş aparılır.
Sonra  mətnin  məzmunu  üzərində  iş  aparılır.  Seçilmiş  alt-standartların 
reallaşdırılması üçün çalışmalar seçilir:
1.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 4,6;
2.1.2  alt-standartının reallaşdırılması üçün çalışma 1;
3.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 8,9,10;
3.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 2,5;
Bu çalışmaların yerinə yetirilməsi zamanı şagirdlər nitqlərində məntiqi 
vurğudan  düzgün  istifadə  etməyi  öyrənir,  dinlədikləri  mətndəki  fikirlərin 
ardıcıllığını müəyyənləşdirir, söz və ifadələrin sintaktik vəzifələrini dəqiqləş-
di rir, yazı vərdişlərini təkmilləşdirirlər.
Məlumat mübadiləsi:
  Şagirdlər  balaca  balıqçının  düşündükləri  ətra-
fın da məlumat mübadiləsi aparırlar.
Nəticə:
  Hər  kəs  həyatda  istədiyi,  sevdiyi  işlə  məşğul  olmalıdır. 
Hamının ürəyində həmişə həyata keçirmək istədiyi bir arzusu olur. Bu arzu 
lap uşaqlıqdan insanın qəlbində kök atıb onunla birlikdə böyüyür. İnsan elə 
yaşamalıdır ki, arzusunu həyata keçirmək üçün imkanı olsun. Onda yaşamaq 
da maraqlı olar.
Yaradıcı tətbiqetmə: 
“Mənim arzum” mövzusunda kiçik bir esse yaz-
maq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


106
§53. Hələ bu harasıdır? 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.2.2.
Əd. – 
2.2.1.; 
1.1.1.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.3
2.1.4
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir
3.1.1
3.1.3
4 Topladığı fakt və məlumatlara  münasibətini bildirir.
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
4.1.1
4.1.2
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması:
 Qruplarla, cütlərlə iş 
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, sual-cavab
Resurslar:
 Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim  elektron  lövhədə  S.Vurğunun  “Azərbaycan” 
şeirinə çəkilmiş klipin görüntülərini canlandırır.
– Bu mənzərələr sizdə hansı hisləri doğurur?
Şagirdlər Vətənimiz barədə danışırlar.
Tədqiqat sualı:
  Sizcə, Vətənin gözəllikləri bitib-tükənə bilərmi? Biz öz 
sözlərimizlə onu tamam təsvir edib qurtara bilərikmi? Buna bizim sözümüz 
çatarmı?
Tədqiqatın aparılması:  
Tədqiqat  sualına  cavab  tapmaq  məqsədilə 
müəllim şagirdlərin diqqətini dərslikdəki “Hələ bu harasıdır?!” şeirinə yönəldir. 
Tədqiqat  sualına  cavab  vermək  üçün  şagirdlər  şeiri  məntiqi  vurğuya  riayət 
etməklə  ifadəli  oxuyurlar.  Şeir  hissə-hissə  oxutdurulub,  mənası  izah  edilir. 
Qısaca müəllif haqqında da məlumat verilir. “Sözlük” də və “Söz ehtiyatı”ndakı 
söz  və  ifadələrin  mənası  izah  edilir.  Şeirin  məzmununun  mənimsədilməsi 
işinə  başlanılır.  Seçilmiş  alt-standartların  reallaşdırılması  üçün  dərslikdəki 
çalışmalar seçilir:
1.1.2 alt-standartı üzrə – çalışma 2,12;
2.1.1 alt-standartı üzrə – çalışma 11;
Çap üçün deyil


107
2.1.3 alt-standartı üzrə – çalışma 9;
2.1.4 alt-standartı üzrə – çalışma 15;
3.1.1 alt-standartı üzrə – çalışma 10;
3.1.3 alt-standartı üzrə – çalışma 3,13;
4.1.2 alt-standartı üzrə – çalışma 8,6,7
4.1.3 alt-standartı üzrə – çalışma 14-cü çalışmanın icra edilməsi məqsədə-
uyğundur.
Çalışmalar cütlərlə iş formsında, böyük qrup şəklində yerinə yetirilə bilər. 
11-ci çalışmada sual-cavab üsulundan istifadə edilə bilər.
Çalışma  8  şagirdlərin  qrammatik  anlayışlarını  təkmilləşdirmək  üçün 
nəzərdə  tutulmuşdur.  Şagirdlər  xitab  haqqında  “Bunları  bilirsinizmi? 
rubrikasından məlumat alırlar.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə bəzən elə sözlər işlənir ki, onlar cümlə üzvləri ilə mənaca bağlı ol-
salar  da,  qrammatik  cəhətdən  əlaqədə  olmurlar. Yəni  həmin  sözləri  cümlədən 
çıxarsaq, cümlənin məzmununda ciddi dəyişiklik baş verməyəcəkdir.
Məsələn:  Məncə,  məsələni  həll  etmək  çətin  olacaq  –  cümləsində  “məncə” 
sözünü işlətməsək də, fikir aydın ifadə ediləcəkdir.
Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər cümlə üzvü hesab 
edilmirlər. Xitab və ara sözlər qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olma-
yan sözlərdir.
Məlumat mübadiləsi:
  Çalışma  2  üzərində  iş  aparıla  bilər.  Şagirdlər 
şeiri oxuduqdan, məzmunu mənimsədikdən sonra şeirin əsas ideyası barədə 
fikir mübadiləsi aparırlar.
Nəticə: 
Hər  birimizin  qəlbində  müqəddəs  bir  hiss  –  Vətənə  olan 
məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən 
asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda 
ilk olaraq anasını görürsə, ilk qədəmlərini vətən torpağında atır və torpaq sev-
gisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır 
ki,  insan  bir  an  belə  vətənsiz  yaşaya  bilmir.  Doğma  vətənimiz Azərbaycan 
müxtəlif fikirli və əqidəli övladları birləşdirən yeganə anadır. O ana ki, övladları 
arasında heç bir fərq qoymur, hamısını böyük məhəbbətlə ağuşuna alır.
Yaradıcı tətbiqetmə: 
“Vətənimin nemətləri sonsuzdur” mövzusunda ki-
çik  esse yazın.
Qiymətləndirmə: 
Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: 
Şeirdən bir hissəni əzbərləmək.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə