Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə39/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   35   36   37   38   39   40   41   42   ...   52

111
2-ci dərsdə müəllim şagirdləri mətnin II hissəsi ilə tanış edir. Mətn rollar 
üzrə oxunur. Çətin söz və ifadələr izah edilir. Şagirdlər 2.1.3 alt-standartına 
uyğun olaraq 1,4-cü çalışmaları icra edirlər. Mətnin I hissəsi ilə əlaqəni 3.1.3 
alt-standartına uyğun olaraq 2-ci çalışma vasitəsilə həyata keçirir. Şagirdlər 
verilmiş  cümləni  mətndə  yerləşdirmək,  bəzi  sözlərin  sinonimlərini  tapmaq 
kimi  işləri  2.1.3  və  4.1.2  alt-standartlarını  reallaşdırmaqla  həyata  keçirirlər. 
rabitəli  yazı  vərdişlərinə  aid  çalışmalar  isə  6,7,9,12-ci  çalışmalar  seçilir. 
Yaradıcı tətbiqetmədə şagirdlər 8-ci çalışmadan istifadə edə bilərlər. 
Hekayənin III hissəsi də şagirdlər tərəfindən rollar üzrə oxutdurulur. Əsas 
fikir müəyyənləşir. Çətin söz və ifadələr izah edilir (1.1.2 alt-standartı çalışma 
1). Bu dərsdə də şagirdlər qruplara bölünür. Qrup üzvləri 2.1.4, 1.1.1, 3.1.3  
alt-standartına uyğun olaraq 2,3,4-cü çalışmaları yerinə yetirirlər. 
4.1.2  alt-standartı  üzrə  5-ci  çalışmada  şagirdlər  seçdiyi  nümunələrlə 
yazılarını zənginləşdirirlər.
Şagirdlərin tərcümə etmək bacarıqları 6,9,13-cü çalışmalarda möhkəm-
lən dirilir.  4.1.3  alt-standartı  üzrə  (çalışma  7)  şagirdlər  qrammatik  cəhətdən 
cümlə üzvləri ilə bağlı olmayan sözlər üzərində fikir mübadiləsi aparırlar. 4.1.2 
alt-standartına əsasən 8,11-ci çalışma yerinə yetirilir. 
Məlumat mübadiləsi:
  Məlumat mübadiləsi zamanı hər dərsdə şagirdlər 
aldıqları  məlumatları  bir-birlərilə  bölüşür,  yeni  məlumat  toplamaq  üçün 
yaradıcı tətbiqetmə mərhələsinə uyğun şəkildə elmi ədəbiyyatlardan istifadə 
edirlər.
Nəticə: 
Arılar – uçan həşəratlar ailəsinə aiddirlər. Dünyada 20 mindən 
artıq  arı  növü  vardır.  Antraktidadan  başqa  dünyanın  istənilən  yerində  rast 
gəlinir.
İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. 
Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35-40 kq təmiz bal verə bilir.
Onlar 15 km.-ə qədər yol qət edə blirlər. Arı 15 km məsafədə yaxşı şirə 
taparsa, qayıdıb o biri arılara da xəbər verə bilir. Bu zaman bütün arılar həmin 
yerə uçurlar.
Arılar həm yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən 
insanı tanıyırlar.
Onların əmələ gətirdikləri bal faydalı qidadır.
Yaradıcı tətbiqetmə:
 Zoologiya fənnindən arılar haqqında öyrəndiklə-
rinizi qısaca esse şəklində yazın.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu öyrənmək.
Çap üçün deyil


112
§57. Azərbaycan oğluyam 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.2
2.1.3
Az.t. – 
1.2.1.
Əd. – 1.2.4. 
2
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.2
3.1.3
3 Topladığı fakt və məlumatlara  münasibətini bildirir.
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
4.1.1
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu:
 Əqli hücum, müzakirə, təqdimat 
Resurslar: 
Dərslik, elektron lövhə, kompyuter
Motivasiya: 
Müəllim proyektoru işə salır. Ekranda Bəxtiyar Vahabzadənin 
haqqında çəkilmiş film canlandırılır. Bəxtiyar Vahabzadənin səsi eşidilir. 
–  Bu  sənətkarı  tanıyırsınızmı?  Onun  haqqında  nə  bilirsiniz?  Şagirdlər 
müxtəlif fikirlər söyləyirlər.
Tədqiqat sualı:
  –  Bəxtiyar  Vahabzadənin  haqqında  çəkilmiş  filmə 
əsasən onu necə bir şair olduğunu deyə bilərsinizmi?
Tədqiqatın  aparılması:
  Tədqiqat  dərslikdəki  “Azərbaycan  oğluyam” 
şeirinin  oxusu  ilə  başlanır.  Əsas  fikri  nəzərə  çarpdırmaq  məqsədilə  məntiqi 
vurğudan istifadə etməklə şeir ifadəli şəkildə oxutdurulur. (3.1.2 alt-standartı) 
“Sözlük”dəki yeni sözlərin mənaları izah edilir. Şeirin məzmununu anlamaq 
və daha yaxşı mənimsəmək məqsədilə şifahi şəkildə çalışma 1 yerinə yetirilir.
Sonra  müəllim  şagirdləri  qruplara  bölür.  2.1.3  alt-standartının  tələbilə 
çalışma 2 yerinə yetirilir. Şagirdlər 4 qrupa bölünərək çalışmanın hər bəndi 
üzrə  təqdimat  hazırlayırlar.  Vaxt  bitdikdə  şagirdlər  təqdimatlarını  bir-bir 
təqdim edir, qruplar bir-birlərini qiymətləndirirlər.
3.1.3 alt-standartının tələbilə çalışma 3 yerinə yetirilir. Bu işi də qruplarla 
yerinə yetirmək olar.
“Hikmət  xəzinəsi”ndən  verilən  aforizmlər  üzərində  iş  çalışma  5-in 
tələblərinə əsaslanır (3.1.2 alt-standartı).
3.1.1.  alt-standartının  reallaşdırılması  üçün  6-cı  çalışma  seçilmişdir. 
Şagirdlər  sözlərin  sintaktik  vəzifələrini  müəyyənləşdirirlər.  4.1.2  alt-
standartının  reallaşdırılması  üçün  4,8-ci  çalışmalar  seçilmişdir.  Şagirdlər 
Çap üçün deyil


113
seçdikləri nümunələrlə yazılarını zənginləşdirirlər.
Məlumat mübadiləsi:
  Şagirdlər  şeirin  məzmunu  ətrafında  məlumat 
mübadiləsi aparırlar. B.Vahabzadənin digər şeirlərini də xatırlamış olurlar.
Nəticə:
  B.Vahabzadə Azərbaycanın çox istedadlı şairidir. Bu  şeir  isə  onun 
vətənpərvərlik  mövzusunda  yazılmış  şeirlərindəndir.  Burada  vətənpərvərlik 
ideyası qabardılaraq ön plana çəkilmişdir. Şair üçün Vətəni sevmək azdır, onun 
yolunda həyatından keçməyə hazır olmaq lazımdır. Xalqımızın şanlı keçmişi 
hər  bir Azərbaycan  oğlunun  qürur  mənbəyidir. Analarımız  bizi Vətən  üçün 
böyütmüşdür. Biz də Vətənimizi qoruyub, mühafizə etməliyik.
Yaradıcı tətbiqetmə:
 Çalışma 7 üzərində işləmək tapşırılır.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Şeirin məzmununu danışmaq, 1-ci hissəsini əzbərləmək.
§58. Əsrin Heydər tarixi 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
1.2.2.; 
4.1.1.
Əd. – 
2.1.1.; 
1.1.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.2
2.1.3
3
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.2
3.1.3
4 Topladığı fakt və məlumatlara  münasibətini bildirir.
4.1.1
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş, cütlərlə iş 
Dərsin üsulu: 
Əqli hücum, sual-cavab, təqdimat
Resurslar: 
Dərslik, dəftər, proyektor
Motivasiya: 
Elektron lövhədə Ümummilli liderimiz H.Əliyevin müxtəlif 
illərdə xalq içərisində olan görüntüləri canlandırılır.
– Bu kadrlar haqqında nə deyə bilərsiniz?
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı: 
– Heydər Əliyevin xalqa dayaq durması, el atası barədə 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə