Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə40/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   36   37   38   39   40   41   42   43   ...   52

114
nə deyə bilərsiniz?
Tədqiqatın aparılması:
 Tədqiqat dərslikdəki “Əsrin Heydər tarixi” şeiri-
nin oxusu ilə başlayır. Oxu zamanı sözlərin orfoepiyası və vurğusuna, sait və 
sa mitlərin düzgün tələffüzünə diqqət yetirilir, nöqsanlar düzəldilir, sözlərin mən-
tiqi vurğu altında deyilməsinə diqqət yetirilir (2.1.2 alt-standartı – çalışma 1).  
“Sözlük” və  “Söz ehtiyatı”ndakı çətin sözlərin mənası izah edilir, şagirdlər yeni 
söz və ifadələri cümlələrdə işlədirlər( cütlərlə iş üsulundan istifadə edilə bilər).
Şerin məzmununun mənimsədilməsi üzərində iş aparılır:
1.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 2;
2.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 6;
3.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 8;
3.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 3,4;
4.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 5.
Şagirdlərin lüğət ehtiyatlarını zənginləşdirmək məqsədilə çalışma 7-yə 
müraciət  etmək  olar.  Şagirdlərin  öyrəndikləri  şeirin  məzmununa  dair  öz 
münasibətlərini bildirmələri üçün müəllim şagirdləri qruplara bölür. Şagirdlər 
şeirin bəndlərini nəsrə çevirərək bəndlərin məzmununu ifadə edir, öz fikirlərini 
də əlavə edirlər: çalışma 3.
Vaxt bitdikdə qrupların fəaliyyəti qiymətləndirilir.
Məlumat mübadiləsi:
  Şagirdlər  Ümummilli  liderimiz barədə bildik-
lərini ümumiləşdirir, onun fəaliyyəti haqqında bildiklərini müzakirə edirlər.
Nəticə: 
H.Əliyev  Azərbaycan  Respublikasının  III  Prezidenti  kimi 
10 oktyabr 1993 – 31 oktyabr 2003-cü il tarixlərində fəaliyyət göstərmişdir. 
O,  Azərbaycan  Respublikasının  görkəmli  dövlət  xadimi,  “Ulu  öndər”  və 
“Azərbaycan  xalqının  Ümummilli  lideri”  titullarının  rəsmi  daşıyıcısı  kimi 
xalqın  yaddaşında  əbədi  yaşamaqdadır.  Onun  yaşadığı  illər  də  xalq  üçün 
əvəzedilməzdir.  Xalq  bu  dövrü  Heydər  dövrü,  Heydər  tarixi  adlandırır. 
Azərbaycanı  dünyaya  tanıdan  şəxsiyyət  hamımızın  fəxridir.  İllər  keçsə  də, 
onun milləti üçün etdikləri xatirələrdən silinməyəcəkdir!
Yaradıcı tətbiqetmə:
 Əlavə məlumat toplayıb təqdimat hazırlamaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Şeirin məzmununu və ya I hissəsini əzbər öyrənmək.
Çap üçün deyil


115
§59. Azərbaycan Xalq Cümhuriyyəti 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri 
ümumiləşdirir. 
1.1.1
1.1.2
Az.t. – 
3.1.1.; 
1.2.2.
Əd. – 
2.2.1.; 
3.1.2. 
2 Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
2.1.1
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.  
4.1.2
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması:
 Böyük  qrupla  iş 
Dərsin üsulu:
 Əqli hücum, sual-cavab
Resurslar: 
Dərslik, dəftər, kompyuter, elektron lövhə
Motivasiya:
  Müəllim  elektron  lövhədə    internet  şəhifəsindən    istifadə 
edərək ADR-in yaranması barədə tarixi-xroniki sənədli filminə baxışı təşkil 
edir.
– Gördüyünüz bu hadisələr nə vaxt baş vermişdir?
Şagirdlər müxtəlif fikirlər söyləyirlər. 
Tədqiqat sualı: 
XX əsrin əvvəllərində hansı tarixi hadisə Azərbaycanın 
həyatında dönüş yaratdı? Bu barədə nə bilirsiniz?
Tədqiqatın aparılması:  
Tədqiqat  dərslikdəki  “Azərbaycan  Xalq 
Cümhuriyyəti” mətninin oxusu ilə başlayır. Şagirdlər mətni oxuyarkən məntiqi 
vurğudan düzgün şəkildə istifadə edir, mətndəki fikirlərə münasibət bildirirlər: 
2.1.2. alt-standartı, çalışma 1. Çətin söz və ifadələrin mənası izah edilir. “Söz-
lük”  və  “Söz  ehtiyatı”ndakı  sözlər  cümlədə  işlədilir.  Çalışma  4-ün  tələbinə 
görə sözlərə sinonimlər tapılır, şagirdlərin söz ehtiyatlarını artırmaq, düzgün 
cümlə qurmaq qabiliyyətlərini inkişaf etdirmək, öyrəndikləri dil materiallarını 
praktik yolla tətbiq etmək imkanlarını genişləndirmək məqsədilə çalışmaların 
icrasına başlanılır.
1.1.1. alt-standartını reallaşdırmaq, çalışma 3 üzərində işləmək şagird-
lərin sual vermək, mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirmək 
üçündür;
1.1.2. alt-standartını reallaşdırmaq, çalışma 2 üzərində işləmək fikirlər-
dəki uyğunsuzluqları bərpa etmək üçündür;
Çap üçün deyil


116
2.1.4. alt-standartının reallaşdırılması, çalışma 5 üzərində işləmək, mətn-
dəki cümlələri əlaqələndirmək, ümumiləşdirmək üçündür;
3.1.1.  alt-standartının  reallaşdırılması,  çalışma  6,9  üzərində  işləmək, 
şagirdlərin qrammatik bacarıqlarını inkişaf etdirmək üçündür;
4.1.2. alt-standartı ilə çalışma 8 yerinə yetirilir ki, bu da şagirdlərin yazı 
bacarıqlarını inkişaf etdirmək üçündür;
2.1.1. alt-standartı çalışma 7 əsasında reallaşdırılır ki, bu da şagirdlərin 
nida cümlələri barədə biliklərini möhkəmləndirmək üçündür.
Məlumat mübadiləsi: 
Şagirdlər  Azərbaycan  Xalq  Cumhuriyyətinin 
yaranması və fəaliyyəti barədə fikir mübadiləsi aparırlar.
Nəticə: 
Şagirdlər  müasir  Azərbaycan  Respublikasının  1991-ci  ildə 
yenidən  öz  müstəqilliyini  bərpa  edərək, Azərbaycan  Xalq  Cumhuriyyətinin 
siyasi  varisi  kimi  onun  bayrağını,  gerbini,  himnini  qəbul  etməsi  barədə 
məlumatlarını möhkəmləndirmiş olurlar. İstiqlal Bəyannaməsinin elan edildiyi 
1918-ci ilin 28 May günü hazırda “Respublika günü” kimi qeyd olunur.
Müsəlman  Şərqində  ilk  parlament  respublikası  –  Azərbaycan  Xalq 
Cumhuriyyəti  xalqımızın  qədim  dövlətçilik  ənənələrini  yaşadaraq,  müa-
sir  dövrə  xas  dövlət  təsisatlarının  yaradılmasına  nail  olmuşdur. Azərbaycan 
Respublikasının  yaradılmasında  M.Ə.Rəsulzadənin,  F.Xoyskinin,  Ə.Topçu-
başovun, C.Hacınskinin, S.Mehmandarovun böyük rolu əvəzsizdir.
Yaradıcı  tətbiqetmə: 
Azərbaycan  Xalq  Cumhuriyyəti  haqqında  əlavə 
məlumat toplamaq.
Qiymətləndirmə:
 Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§60.  Baharın son ayı (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Coğ. – 
2.1.3. 
Əd. – 
2.1.1.; 
2.2.1.
2 Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.2
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.1
3.1.3
4  Topladığı fakt və məlumatlara  münasibətini bildi-
rir.
4.1.1
Dərsin tipi:
 İnduktiv 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə