Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə41/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   37   38   39   40   41   42   43   44   ...   52

117
Dərsin forması: 
Böyük və kiçik qruplarla  iş 
Dərsin üsulu: 
Əqli hücum, sual-cavab
Resurslar:
 Dərslik, dəftər, kompyuter, elektron lövhə
Motivasiya:
  Müəllim  elektron  lövhədə  Gül  bayramı  zamanı  xalq 
şənliyinin görüntülərini canlandırır. Günəşli bir gündə əlvan güllər çox gözəl 
görünür.
– Sizcə,  bu nə bayramıdır? Bu bayram nə vaxt keçirilir?
Tədqiqat sualı:
  May ayı başqa aylardan nə ilə seçilir, onun özəllikləri 
varmı?
Tədqiqatın aparılması:  
Tədqiqat dərslikdəki “Baharın son ayı” mətninin 
oxusu  ilə  başlanır.  Müəllim  verdiyi  suala  cavab  almaq  məqsədilə  məntiqi 
vurğudan  düzgün  istifadə  etməklə  mətni  şagirdlərə  oxutdurur.  Şagirdlərlə 
mətnin nə üçün belə adlandırılması fikri müzakirə edilir.(2.1.2 alt-standart – 
çalışma 1). “Sözlük” və “Söz ehtiyatı”ndakı söz və ifadələr izah edilir.
Mətnin məzmununu daha yaxşı mənimsətmək üçün müəllim şagirdləri 
qruplara bölür. (1.1.2 alt-standartı – çalışma 2)
Şagirdlər may ayı haqqında bildiklərini ümumiləşdirərək təqdim edilmiş 
BİBÖ cədvəlini doldururlar. Sonra fərqlənənlər qiymətləndirilir. Mətndə çoxlu 
faktlardan istifadə olunmuşdur. Bu faktları ümumiləşdirərək qruplaşdırmaq da 
1.1.2 alt-standartının tələbidir. Bu məqsədlə 4-cü çalışma yerinə yetirilir.
3.1.3 alt-standartı da çalışma 3-də qoyulan tələbə uyğun olaraq həyata 
keçirilir.  Şagirdlər  mətndə  qoyulan  fikirlərə  münasibət  bildirirlər.  3.1.1  alt-
standartı  mətndəki  söz  və  ifadələrin  mənasını  sintaktik  vəzifəsinə  görə 
dəqiqləşdirmək üçün təyin edilmişdir. Bu məqsədlə 6,7,8,10,11,12-ci çalışmalar 
seçilmişdir.
Bu  mətn  sonuncu  mətn  olduğu  üçün  mətn  mənimsənildikdən  son-
ra  il  ərzində  keçilmiş  qrammatik  materialların  keçirilməsinə  daha  çox  yer 
verilmişdir.  Şagirdlər  söz  birləşmələri,  cümlələr,  cümlə  üzvləri  barədə 
keçdikləri materialları təkrar etmiş olurlar.
Məlumat mübadiləsi:
  Şagirdlər mətnin mövzusu əsasında fikir müba-
di lə si aparırlar. May ayının özəlliklərini müzakirə edirlər.
Nəticə:
  İlin bütün fəsilləri, ayları gözəldir. Hər ayın öz xüsusiyyətləri, 
özəllikləri,  öz  yeri  var.  May  ayı  yazın  son  ayı  olduğuna  görə  təbiət  etibarı 
ilə,  çox  dəyişkəndir.  Əlamətdar  hadisələrlə  zəngindir.  Bu  ayı  şagirdlər  də 
səbirsizliklə gözləyirlər. Çünki qarşıda onları gözəl tətil istirahəti göləyir. May 
ayı yeniliklərin, dəyişmənin, sevinc anlarının başlanğıcıdır.
Yaradıcı tətbiqetmə:
 May ayında xatirinizdə qalan ən maraqlı hadisə 
barədə yazmaq
Qiymətləndirmə:
 Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu öyrənmək.
Çap üçün deyil


118
ÖZÜNÜZÜ YOXLAYIN I
Mətn üzrə işləyin.
Ana dili
Çox dil bilmək yaxşıdır. Başqa dilləri öyrənmək indiki dövrdə xüsusən 
vacibdir. Lakin hər kəs birinci növbədə öz ana dilini yaxşı bilməlidir.
Bir zaman Rusiyada fransız dili dəbdə idi. Aristokratlar və onların uşaqları 
fransızca  danışmağı  şöhrət  bilirdilər.  Görün  o  zaman  böyük  rus  yazıçısı 
L.N.Tolstoy nə yazır: “Nə deyirsən de, ana dili həmişə doğma olacaqdır”. 
XVIII əsrdə yaşamış görkəmli rus ........ A.P.Sumarokov yazmışdır: “Öz 
doğma  dilinin  gözəlliyini  bilmədən,  başqa  dillərin  gözəlliyini  başa  düşmək 
olarmı?”
Görkəmli Azərbaycan yazıçısı M.S.Ordubadi demişdir: “Hər bir xalqın ru-
hunun ifadəsini ancaq onun öz dilində vermək olar”.
1.  Nöqtələrin yerinə hansı sözü yazmaq lazımdır?
A) Müəllimi       B) bəstəkarı         C) ədibi       D)  hüquqşünası    E)  rəssamı
2.  II abzasda altından xətt çəkilmiş sözün tərcüməsi:
А) был известен               С)  был интересным           Е) был временным
В) был в моде                  Д) был современным
3.  Mətnin birinci cümləsinin mübtədası nə ilə ifadə olunub?
A) Məsdər tərkibi ilə             D) isimlə
B) Məsdərlə                          E) feli sifət tərkibi ilə             
C) Feli sifətlə 
4.  Mətndə “Şöhrət” sözünü hansı sözlə əvəz etmək olar?
A) vüqar                       C)sağlıq                        E) çox
B) şərəf                         D) tanınmış
5.  Cümlədəki ismi birləşməni göstərin.
“Hər bir xalqın ruhunun ifadəsini ancaq onun öz dilində vermək olar”:
A) Hər bir                        C) ancaq onun              E) dilində vermək olar 
B) xalqın ruhunun          D) vermək olar
6.  Hansı söz birləşməsi deyil?
A) Fransız dili                       C) indiki dövrdə                E) doğma olacaqdır
B)  dil bilmək                       D) görkəmli rus ədibi 
7.  Cümlənin xəbəri nə ilə ifadə olunub?
Çap üçün deyil


119
Çox dil bilmək yaxşıdır.
A) Sifət         B) isim        C) fel         D) zərf          E) feli sifət
8.  Cümlədən hansı sözü çıxarsaq, mənası dəyişməz?
Lakin hər kəs birinci növbədə öz ana dilini bilməlidir.
A) Hər kəs       B)lakin       C) öz        D) ana       E) bilməlidir  
9.  Altından xətt çəkilmiş söz birləşməsi hansı cümlə üzvüdür?
XVIII əsrdə yaşamış  A.P.Sumarokov yazmışdır.
A) Xəbər        B)  mübtəda      C) təyin      D) zərflik       E) tamamlıq
10. Hansı bənddə feili birləşmə işlənib? 
A) Ana dili                      C) başqa dilləri             E) vermək olar
B) fransız dili                  D) yaxşı oxumaq 
11. I növ təyini söz birləşməsi hansı cümlədədir?
A) Çox dil bilmək yaxşıdır?
B) Ordubadi demişdir.
C) Aristokratlar və onların uşaqları fransızca danışmağı şöhrət bilirdilər.
D) Ana dili həmişə doğma olacaqdır.
E)  Rusiyada fransız dili dəbdə idi.
12. Hansı bənddə feili birləşmə verilib?
A) Xüsusən vacibdir
B) Rus yazıçısı
C) Ordubadi demişdir
D) Dilləri öyrənmək
E)  Vermək olar.
13. Mətnin sonuncu cümləsində altından xətt çəkilmiş ifadə hansı cümlə 
üzvüdür?
A) Təyin           B) mübtəda      C) xəbər         D) zərflik         E)  tamamlıq
14. Cümlədəki tamamlığı göstərin:
Aristokratlar və onların uşaqları fransızca danışmağı şöhrət bilirdilər.
A) Danışmağı
B) Fransızca danışmağı
C) Onların uşaqları
D)  Şöhrət
E)  aristokratlar
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə