Azßrbaycan dèLÈ


§54._Sonrakı_peşmançılıq_fayda_verməz_(1_saat)_№_Gözlənilən_təlim_nəticələri_Alt_standart_Fənlərarası_inteqrasiya'>§54. Sonrakı peşmançılıq  fayda verməz (1 saat)



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə38/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   34   35   36   37   38   39   40   41   ...   52

108
§54. Sonrakı peşmançılıq  fayda verməz (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az. – 1.3.1.
Əd. – 2.2.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.2
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.3
4
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
fikirlərə münasibət bildirir.
4.1.3
4.1.4
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması:
 Böyük və kiçik  qruplarla  iş 
Dərsin üsulu:
 Beyin həmləsi, sual-cavab
Resurslar: 
Dərslik, dəftər
Motivasiya: 
Müəllim lövhədə bu atalar sözünü yazır:
“Sonrakı peşmançılıq fayda verməz”
– Buna bənzər atalar sözləri bilirsinizmi?
Şagirdlər müxtəlif cavablar verirlər.
Tədqiqat sualı: 
Bu atalar sözünün mənasını həyatın hansı məqamlarında 
işlətmək olar?
Tədqiqatın aparılması: 
 Şagirdlər tədqiqat sualına cavab tapmaq üçün 
dərslikdəki “Sonrakı peşmançılıq fayda verməz” mətninin oxusuna başlayırlar. 
Oxu  prosesində  müəllimin köməyi  ilə  çətin  söz  və  ifadələrin  mənaları  izah 
edilir. “Sözlük” və “Söz ehtiyatı”ndakı kəlmələrin mənası müəyyənləşdirilir. 
Sonra  mətnin  məzmunu  üzrə  işin  icrasına  başlanılır.  Bu  zaman  müvafiq 
standartlar və onların reallaşdırılması üçün çalışmalar seçilir:
1.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 3;
2.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 1;
2.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 4,5;
3.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 6;
4.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 7;
4.1.4 alt-standartının reallaşdırılması üçün çalışma 9;
Bu çalışmalar yerinə yetirilərkən şagirdlər hekayənin məzmunu ilə bağlı 
suallar tərtib edib yazır, plan qurur, mətnlə bağlı və ya ona uyğun olmayan 
sözlər haqqında düşündüklərini təqdim edirlər. Çalışma 2-nin yerinə yetirilməsi 
zamanı şagirdlər qruplara bölünür, ədəbi dilin qrammatik normalarına uyğun 
Çap üçün deyil


109
olaraq suallar tərtib edir və  mətnin məzmunu ilə bağlı təqdimat hazırlayırlar. 
Qruplar bir-birlərinin fəaliyyətini qiymətləndirirlər.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə müraciət bildirən sözlərə və söz birləşmələrinə xitab deyilir.
Məsələn: Qızım, bu güllər əsl sizə, siz də bu güllərə layiqsiniz – cümləsində 
qızım” sözü müraciət bildirir.
Xitablar ismin adlıq halında olur, çox vaxt şeirdə işlənir. Xüsusi intonasiya ilə 
deyilir. Cümlə üzvlərindən vergüllə (,) ayrılır. Cümlənin əvvəlində, ortasında və 
sonunda işlənə bilir.
Məlumat mübadiləsi:
  Şagirdlər  mətndə  peşmançılıq  hissi  keçirən 
padşahın düşdüyü vəziyyəti müzakirə edirlər. 
Nəticə:
  Hər kəs çalışmalıdır ki, işini vaxtında və dəqiq yerinə yetirsin. 
Heç bir vaxt tələsərək qərar qəbul etmək olmaz. Düşünmədən, tələsik qəbul 
edilmiş  qərarlar  heç  də  yaxşı  nəticələnmir.  Çox  zaman  insan  onun  zərərini 
çəkir. Ona görə də hər hansı bir işi görəndə dəfələrlə fikirləşmək, ölçüb-biçmək, 
götür-qoy etmək lazımdır. Atalar yaxşı demişlər: “Sonrakı peşmançılıq fayda 
verməz”.
Yaradıcı tətbiqetmə: 
Həyatınızın  hansı  anında  elə  bir  hadisə  ilə 
rastlaşmısınız ki, sonradan peşmançılıq çəkmisiniz? – düşündüklərinizi esse 
şəklində yazın.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu öyrənmək.
§55, 56. Birliyin gücü (2 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
1.3.1.
Coğ. – 
3.2.1.
Əd. – 3.1.2.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.2
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.3
4
Topladığı fakt və məlumatlara  münasibətini bildirir. 
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
Müxtəlif əməli yazılar (arayış, protokol) yazır, 
fikirlərə münasibət bildirir.
4.1.1
4.1.2
4.1.3
4.1.4
Çap üçün deyil


110
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu:
 Beyin həmləsi, sual-cavab, müzakirə
Resurslar: 
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim elektron lövhədə arıların fəaliyyətini əks etdirən 
bir film canlandırır.
– Siz arıların işi barədə nə bilirsiniz?
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
  Maraqlıdır  ki,  arılar  hər  işi  birlikdə  kollektiv  şəkildə 
görürlər. siz onların kollektiv işinin nədən ibarət olduğunu bilirsinizmi?
Tədqiqatın  aparılması:
  Bu  dərs  üç  hissədən  ibarət  olduğu  üçün 
əvvəlcə  müəllim  şagirdlərə  mətnin  I  hissəsini  oxutdurur.  Mətnin  məmunu 
anlaşılsın  deyə  çətin  söz  və  ifadələrin  mənası  izah  edilir.  Hekayədəki  əsas 
fikrin müəyyənləşdirilməsi üçün 2.1.2 alt-standartına uyğun olaraq mətn rollar 
üzrə oxutdurulur. Sonra 2.1.1 alt-standartına uyğun olaraq şagirdlər qruplara 
bölünür və qrup daxilində fəaliyyət göstərirlər. Qrupların fəaliyyəti bir-biriləri 
tərəfindən qiymətləndirilir(çalışma 2,7). 
1.1.1. alt-standartının reallaşdırılması üçün şagirdlər 3, 5-ci çalışmaları 
icra edirlər. 
4.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 6 seçilir.
“Bunları  bilirsinizmi?”  rubrikasından  şagirdlər  ara  sözlər  haqqında 
məlumat almış olurlar ki, bu da 4.1.3 alt-standartının reallaşdırılmasıdır.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Cümlənin əvvəlində, 
ortasında və sonunda işlənə bilir. Cümlə üzvlərindən vergül (,) işarəsi ilə ayrılır. 
Onlar bir sıra mənalarda işlənirlər:
Təsdiq bildirənlər:
əlbəttə, şübhəsiz, həqiqətən, düzü, doğrudan, 
doğrusu
Güman, şübhə bildirənlər:
bəlkə(də), güman(ki), deyəsən, ehtimal(ki), 
guya, olsun(ki), görəsən, görünür, olmaya, 
yəqin ki
Fikrin mənbəyini, kimə aid 
olduğunu bildirənlər:
məncə, bizcə, mənə görə, sənə görə... deyilənə 
görə və s.
Nəticə bildirənlər:
nəhayət, beləliklə, deməli, xülasə, qısası, 
əvvəla, əksinə, birincisi, ikincisi və s.
Təəssüf bildirənlər:
heyif (ki), çox heyif, təəssüf (ki) və s.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə