Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə36/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   32   33   34   35   36   37   38   39   ...   52

102
– Siz bu şəxsiyyəti tanıyırsınızmı? 
Şagirdlər müxtəlif cavablar verirlər.
Tədqiqat sualı:
  Səttar Bəhlulzadə haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması:
 Tədqiqat sualına cavab vermək üçün şagirdlər 
“Səxavət” mətnini oxuyurlar. Çətin söz və ifadələrin mənası izah edilir. 3.1.3 
alt-standartına  cavab  olaraq  çalışma  4-də  qoyulmuş  sualın  cavabı  ətrafında 
düşünülür. Bununla şagirdlər dinlədiklərini anladıqlarını bildirirlər. 1.1.1 və 
1.1.2 alt-standartlarının reallaşması üçün 1,2-ci çalışmalar icra edilir. şagirdlər 
seçdikləri  sualların  mətnin  məzmununa  uyğunluğunu  müəyyənləşdirirlər. 
Sonra  3.1.2  alt-standartını  reallaşdırmaq  üçün  7-ci  çalışma  icra  edilir.  Bu, 
şagirdlərin aldıqları qrammatik bilikləri möhkəmləndirmək üçündür.
4.1.2 alt-standartının reallaşdırılması şagirdlərin seçdikləri nümunələrlə 
yazılarını zənginləşdirmək üçündür. Bu zaman 8-ci çalışma icra edilir.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Unutmayın ki, cümlədə əvvəl mübtəda, sonra xəbər işlənməlidir. Əgər cümlədə 
təyin varsa, təyinlənən sözün əvvəlində işlənir. Tamamlıqlar mübtədadan sonra, 
xəbərdən əvvəl, zərfliklər isə daha çox xəbərin yanında – əvvəlində olur.
Məsələn: Bir neçə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbir-
sizliklə gözləyirdi – cümləsində “tələbə” sözü cümlənin mübtədası, “gözləyirdi” 
sözü  xəbəridir.  Təyin  –  “bir  neçə”  sözü  –  mübtədadan  əvvəl,  tamamlıq  – 
Mehmanın çıxacağını” – mübtədadan sonra işlənmişdir. Tərzi-hərəkət zərflikləri 
(səbirsizliklə), (qapı ağzında dayanıb) isə xəbərdən əvvəl işlənmişdir.
Məlumat mübadiləsi:
  Şagirdlər  S.Bəhlulzadə  haqqında  öyrəndikləri 
barədə məlumat mübadiləsi aparırlar.
Nəticə: 
Səttar  Bəhlulzadə  Azərbaycanın  rəssamlıq  məktəbinin  ən 
görkəmli  nümayəndəsidir.  Əməkdar  İncəsənət  xadimi,  Azərbaycanın  Xalq 
rəssamı, Azərbaycanın Dövlət Mükafatı laureatıdır.
Gözəl  təbiət  təsvirlərinə  həsr  edilmiş  əsərləri  var.  Onun  mənzərə-
peyzajlarında,  lirik  natürmortlarında,  incə  xalça  ornametlərinin  düzülüşünü 
əks  etdirən  ənənəvi  xalq  yaradıcılığı  motivləri  hiss  edilir.  Xalqımız  belə 
şəxsiyyətləri ilə fəxr edir.
Yaradıcı tətbiqetmə:
 Çalışma 5-in şərtlərinə uyğun məlumat top lamaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


103
§51. Rəngkarın son sərgisi 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
 Söz birləşməsi və sadə cümlələri qrammatik nor-
malara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.1
2.1.3
Az.t. – 
1.3.1.; 
4.1.1.
Əd. – 2.2.1.
2 Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
3.1.2
3 Topladığı fakt və məlumatlara  münasibətini bildirir.
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
4.1.1
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük qrupla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, sual-cavab
Resurslar: 
Dərslik, proyektor, kompyuter, dəftər
Motivasiya: 
Elektron lövhədə S.Bəhlulzadənin rəsm əsərləri nümayiş et-
dirilir. – Bu əsərlərin müəllifi kim ola bilər? Şagirdlər əvvəlki dərslərə əsasən 
müəllifin S.Bəhlulzadə olduğunu deyirlər.
Tədqiqat sualı:
  S.Bəhlulzadə haqqında daha nələri öyrənmək istərdiniz?
Tədqiqatın aparılması:
  Şagirdlər dərslikdəki “Onun haqqında düşü n ən-
də” mətnini oxuyurlar. Oxuyarkən çətin söz və ifadələrin mənası izah edilir. 
“Sözlük” və “Söz ehtiyatı”ndakı söz və ifadələrin mənası izah edilir. Mətnin 
məzmununun  mənimsədilməsi  üçün  seçilmiş  standartların  reallaşdırılması 
üçün iş aparılır:
– 2.1.4 alt-standartının reallaşdırılması üçün çalışma 1,9;
– 2.1.3 alt-standartının reallaşdırılması üçün çalışma 2,6;
– 3.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 8;
– 4.1.2 alt-standartının reallaşdırılması üçün çalışma 3,5,7; icrası məq sə-
dəuyğundur. 
Şagirdlər  S.Bəhlulzadə  haqqındakı  xatirəni  oxuyub  onun  şəxsiyyəti 
barədə daha ətraflı məlumat alıb, nitqlərini inkişaf etdirərək, nitq vərdişlərini 
möhkəmləndirirlər.
Çap üçün deyil


104
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Bəzən  cümlənin  məqsədindən  asılı  olaraq,  bəzi  cümlə  üzvlərinin  yerini 
dəyişdirmək mümkün olur. Bu zaman lazım olan söz bir qədər yüksək tonla, yəni 
qüvvətli vurğu altında tələffüz edilir. Belə sözlər çox zaman xəbərin əvvəlində 
işlənir və onun üzərinə məntiqi vurğu düşür.
Məsələn:  Bunu  ancaq  anası  hiss  edirdi.  Ancaq  anası  bunu  hiss  edirdi

 
cümlələrində məntiqi vurğulu sözlər xəbərin əvvəlində işlənmiş sözlərdir.
Cümlədə  müəyyən  sözün  başqalarına  nisbətən  qüvvətli  tələffüzü  məntiqi 
vurğu adlanır.
Məlumat mübadiləsi:
  Şagirdlər “Səxavət” mətni ilə “Onun haqqında 
düşünəndə” mətnlərinin oxşar cəhətləri barədə məlumat mübadiləsi aparırlar. 
(çalışma 2-nin şərtinə əsasən)
Nəticə:
  Xalq  rəssamı,  Dövlət  mükafatı  laureatı  Səttar  Bəhlulzadənin 
adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından 
biri  kimi  həmişəlik  həkk  olunmuşdur.  Səttar  Bəhlulzadə  müxtəlif  rənglərin 
yeni çalarlarını kəşf edərək onların ahəngindən gözəl lövhələr yaratmışdır. 
Rəssamın rəng palitrasının zənginliyi ilə seçilən orijinal üslublu əsərləri 
milli təsviri sənətin ən qiymətli inciləri sırasındadır.
Yaradıcı tətbiqetmə:
 S.Bəhlulzadənin əsərlərindən birini tapıb, oradakı 
mənzərəni təsvir etmək (4.1.1 alt-standartı).
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§52. Balaca balıqçı 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
1.3.1.
Əd. – 
2.1.1.; 
3.1.2.
2 Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.2
3 Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
3.1.2
4 Topladığı fakt və məlumatlara münasibətini bildirir. 
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
4.1.1
4.1.2
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə