Azßrbaycan dèLÈ


§45._Dəmirçioğlunun_Çənlibelə_gəlməsi_(I_hissə_–_1_saat)_№_Gözlənilən_təlim_nəticələri_Alt_standart_Fənlərarası'>§45. Dəmirçioğlunun Çənlibelə gəlməsi



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə33/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

93
§45. Dəmirçioğlunun Çənlibelə gəlməsi  
(I hissə – 1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
3.1.1.
Coğ. – 
3.2.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.3
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
3.1.1
3.1.2
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük qruplarla, cütlərlə iş
Dərsin üsulu:
 Beyin həmləsi, müzakirə
Resurslar:
 Dərslik, elektron lövhə, kompyuter
Motivasiya: 
Müəllim elektron lövhədə “Koroğlu”filmindən bir fraqmen-
ti canlandırır. 
– Bu filmin qəhrəmanı barədə nə deyə bilərsiniz? 
Şagirdlər fikirlərini söyləyirlər.
Tədqiqat sualı:
  – Siz “Koroğlu” dastanı haqqında nə deyə bilərsiniz? 
Dastan qəhrəmanlarından kimləri tanıyırsınız?
Tədqiqatın aparılması:
 Tədqiqat dərslikdəki “Dəmirçioğlunun Çənlibe-
lə  gəlməsi” mətninin oxusu ilə başlanır. Əsas fikri nəzərə çarpdırmaq üçün 
məntiqi vurğudan istifadə edərək mətnin rollar üzrə oxusu təşkil edilir (çalışma 
1 – 3.1.2 alt-standartı). Mətn oxunduqdan sonra “Sözlük” və “Söz ehtiyatı” 
üzərində  iş  aparılır.  Verilmiş  sözlərə  sinonimlər,  antonimlər  tapılaraq  əlavə 
cümlə daxilində işlədilir. Mətnin oxusu prosesində şagirdlər çalışmalıdırlar ki, 
məntiqi vurğudan düzgün istifadə etsinlər. Bu, 2.1.2 alt-standartını reallaşdırır.
Şagirdlər cütlərlə işləyərək 2-ci çalışmanın tələbinə əsasən mətnin planını 
tərtib edirlər – 1.1.1 alt-standartı;
Sonra  cütlər  Dəmirçioğluna  aid  xüsusiyyətləri  seçib  dəftərlərinə  yazır, 
bununla yazılarını zənginləşdirirlər – 4.1.2 alt-standartı, çalışma 3;
Mətndəki  fikirlərə  münasibət  bildirmək  üçün  4-cü  çalışmada  şagirdlər 
3.1.3  alt-standartını,  müxtəlif  mövqeli  fikirləri  ümumiləşdirərək  təqdim 
etmələri  üçün  5-ci  çalışmanı  yerinə  yetirən  şagirdlər  2.1.3  alt-standartını 
həyata keçirmiş olurlar. Sonra şagirdlər dinlədikləri mətndən fikir ardıcıllığını, 
cümlələrin  necə  əlaqələndiyini  müəyyənləşdirmək  üçün  6-cı  çalışmaya 
Çap üçün deyil


94
müraciət edirlər. Bu, 1.1.1 alt-standartının reallaşdırılmasıdır.
Şagirdlərin  qrammatik  anlayışlarını  inkişaf  etdirmək,  mətndəki  söz  və 
ifadələrin sintaktik vəzifələrini dəqiqləşdirmək məqsədilə 7,8,9-cu çalışmalar 
icra edilir ki, bu da 3.1.1 alt-standartının reallaşdırılmasıdır.
Çalışmaların icrasından və müzakirədən sonra qiymətləndirmə aparılır.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə Necə? Nə cür? Hansı? Neçə? Nə qədər? Neçənci? suallarından birinə 
cavab verən sözlər təyindir. Təyin cümlənin ikinci dərəcəli üzvüdür. Əksərən, 
sifət, say, feili sifət, işarə əvəzlikləri ilə ifadə olunaraq mübtədanı və tamamlığı 
izah edir. Bəzən ismi birləşmələrlə, əsas tərəfi feili sifət olan feili birləşmələrlə 
də ifadə oluna bilir.
Məsələn:  Arxlardan  axan  dağ  suları  pıçıldaşır,  rəngarəng  çiçəklər  aləmə 
bihuşedici ətir saçırdı – cümləsindəki təyinlər feili birləşmə (arxlardan axan) və 
sifətlə (rəngarəng, bihuşedici) ifadə olunmuşdur.
Məlumat mübadiləsi:
  Mətnin  oxusu  və  eyni  zamanda  çalışmalar 
üzərində iş şagirdlərin fikirlərinin durulmasına şərait yaradır, fikir mübadiləsinə 
imkan verir. Şagirdlər “Koroğlu” dastanı barədə məlumat əldə edir. Koroğlunun 
özünəməxsus xüsusiyyətləri üzərində fikir mübadiləsi edirlər.
Nəticə:
  Şagirdlər  mövzu  ətrafında  işləyib  maraqlı  məlumatlar  əldə 
edirlər. Onlar Koroğlunun mərdliyini, insanlara qarşı münasibətlərini özlərinə 
örnək olaraq qəbul edirlər.
  Dastandakı bir “qol”u oxumaqla şagirdlər şifahi ədəbiyyatımızın ölməz 
əsərlərindən biri olan qəhrəmanlıq dastanı ilə tanış olurlar
Yaradıcı tətbiqetmə:
  “Koroğlu”  dastanı  barədə  əlavə  məlumat 
toplayıb təqdimat hazırlamaq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


95
§46. Dəmirçioğlunun Çənlibelə gəlməsi  
(II hissə – 1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
3.1.1.
Coğ. – 
3.2.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.2
2.1.3
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Topladığı fakt və məlumatlara  münasibətini bildi-
rir.
4.1.1
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük qruplarla iş 
Dərsin üsulu: 
Beyin həmləsi, söz assosiasiyası
Resurslar: 
Dərslik, elektron lövhə, kompyuter
Motivasiya:
  Müəllim  Üzeyir  Hacıbəyovun  “Koroğlu”operasından 
fraqment göstərir. 
– 
Bu operanın müəllifi və məzmunu barədə nə bilirsiniz? 
Şagirdlər müxtəlif cavablar verirlər.
Tədqiqat sualı: 
“Koroğlu”  dastanının  qollarının  neçəsinin  adını  bilir-
siniz?
Tədqiqatın aparılması:  
Tədqiqat “Dəmirçioğlunun Çənlibelə gəlməsi” 
qolunun 2-ci hissəsinin oxusu ilə başlanır. 2-ci hissə ilə bağlı “Sözlük” və “Söz 
ehtiyatı”ndakı sözlər şagirdlərə izah edilir, onların mətndəki işlənmə yerlərinə 
diqqət yetirilir, bəziləri cümlələrdə işlədilir.
Bu dərsdə müəllim aşağıdakı alt-standartlarından istifadə edə bilər:
– 1.1.1 alt-standartı –çalışma 2,3;
– 2.1.2 alt-standartı –çalışma 1;
– 2.1.3 alt-standartı –çalışma 6;
– 3.1.1 alt-standartı –çalışma 5,7,8,9;
Bunları yerinə yetirməklə şagirdlər mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir,  nitqlərində  məntiqi  vurğudan  istifadə  etməklə  mətni 
mənimsədiyini  nümayiş  etdirir,  müxtəlif  mövqeli  fikirləri  ümumiləşdirərək 
qrammatik  anlayışları  möhkəmləndirir,  topladıqları  fakt  və  məlumatlara 
münasibətlərini bildirirlər.
Məlumat mübadiləsi:
  Mətnin  oxusu,  çalışmalar  üzərində  işləməklə 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə