Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

81
Şagirdlər müxtəlif fikirlər söyləyirlər.
Tədqiqat sualı:
  – Əgər hər kəs həyatında bir ağac əkib bağa baxarsa, 
təbiətimizə necə təsir göstərmiş olar?
Tədqiqatın aparılması: 
  Bu  tədqiqat  sualı  ətrafında  düşünmək  üçün 
müəllim şagirdlərlə birlikdə dərslikdəki “Ərik ağacı” mətninə müraciət edir. 
Mətn  oxunur.  Nitqdə  məntiqi  vurğudan  düzgün  istifadə  etməklə  (2.1.2  alt-
standartı)  əsas  fikir  müəyyənləşir.  Oxu  prosesində  çətin  söz  və  ifadələrin 
mənası izah edilir. 3.1.3 alt-standartının tələbilə, çalışma 9, 10 icra edilir. Bu 
zaman şagirdlərin söz ehtiyatını zənginləşdirmək məqsədilə mətn daxilindəki 
söz və ifadələrin yerinə başqaları qoyulur, şagirdlər buna öz münasibətlərini 
bildirirlər.
Sonra  mətnin  məzmununun  mənimsədilməsi  üzərində  iş  aparılır.  Bu 
məqsədlə 3.1.3 alt-standartına görə çalışma 7 icra edilir. 1.1.2 alt-standartına 
görə  çalışma  3-də  verilmiş  şərt  yerinə  yetirilir.  Şagirdlər  mətni  oxuyub 
anladıqlarını nümayiş etdirirlər.
2.1.3  alt-standartına  görə  4-cü  çalışmadakı  atalar  sözlərinin  mətnə 
uyğunluğu aydınlaşdırılır. Müxtəlif mövqeli fikirlər ümumiləşdirilir. Çalışma 5 
3.1.3 alt-standartını daha dəqiq reallaşdırılması üçün daha məqsədəuyğundur. 
Şagirdlər çalışmada təqdim edilmiş fikir ətrafında debata qoşulurlar.
2.1.1 alt-standartının reallaşdırılması üçün çalışma 12 seçilir ki, bu da 
sözlərin  qrammatik  formalarının  müəyyənləşdirilməsi  üçündür.  Şagirdlərin 
sözlərin və ifadələrin sintaktik vəzifələrini müəyyənləşdirilmələri  üçün (3.1.1 
alt-standart)  çalışma  13,  rabitəli  yazı  vərdişlərinə  yiyələnmələrini  nümayiş 
etdirmələri üçün çalışma 14 seçilir (4.1.2 alt-standartı).
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlə üzvləri 2 yerə bölünür. Baş üzvlər (главные члены) və ikinci dərəcəli  
üzvlər (второстепенные члены). Bu bölgü onların cümlənin təşkilindəki roluna 
görədir. Baş üzvlər cümlənin qrammatik əsasını təşkil edir. Onlar aşağıdakılardır: 
1. Mübtəda (подлежащее)
2. Xəbər (сказуемое)
Mübtəda cümlədəki hərəkətin və ya əlamətin aid edildiyi şəxsi, əşyanı bildirir. 
Kim?, nə?, bəzən də hara? suallarından birinə cavab verir, ismin adlıq halında 
olan söz və ya söz birləşmələrilə ifadə olunur. 
Məsələn:  1. Təbriz Şərqin böyük şəhərlərindən biridir.
 
         2. Təbriz sənətkarlarının şöhrəti dünyaya yayılmışdı.
Mübtəda cümlənin ən müstəqil üzvüdür. Qrammatik cəhətdən heç bir üzvdən 
asılı deyil.
Ən  çox  isim  və  əvəzliklərlə  ifadə  olunur.  Sifət,  say,  işarə  əvəzlikləri,  feili 
sifətlər də isimləşərək mübtəda vəzifəsində iştirak edə bilərlər.
Məsələn: Körpə (sifət) yuxuda gülümsəyirdi.
Çap üçün deyil


82
Məlumat mübadiləsi:
  Çalışma 6-da qoyulmuş sual əsasında müzakirə 
təşkil edilir. Şagirdlər mətnin məzmunundan öyrəndikləri, əvvəlcədən bildikləri 
əsasında məlumat mübadiləsinə qoşulurlar.
Nəticə: 
Ağacların faydasını saymaqla bitməz. Onlar havanı təmizləyir, 
oksigenlə zənginləşdirirlər. Əgər yaşadığımız evlərin 4 tərəfində ağaclar olsa, 
bizim üçün enerji mənbəyi yaranar. Qədim türklərin belə bir məsəli var: “Meşəsi 
bol olan kəndin qəbiristanlığı kiçik olar”. Axı ağacların çoxluğu uzunömürlü-
lüyün nişanıdır. Meşə zolaqlarının Yer kürəsinin “yaşıl ciyəri” adlandırılması 
əbəs  deyil. Ağaclar  həmişə  insanların  qoruyucusu,  keşikçisi  olublar.  Onları 
kəsmək, məhv etmək cinayətdir.
Ağac  kəsmək,  bağ  salmaq  həmişə  xeyirxahlıq  sayılıb.  Məhəmməd 
Peyğəmbər (s.ə.s) deyirdi: “Qiyamət qopsa da, bir ağac əkməyə vaxt varsa, 
dərhal ək!”
Yaradıcı tətbiqetmə: 
Ağacların faydası barədə biologiya fənnindən bil  -
dik  ləriniz barədə yazın.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§39. Novruz beynəlxalq bayramdır 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.3.1.
Coğ. – 
3.2.1. 
Əd. – 2.2.1.
2
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.2
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması:
  Böyük qrupla iş 
Dərsin üsulu:
 Beyin həmləsi, sual-cavab
Resurslar: 
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya:
  Müəllim  elektron  lövhədə  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyevin  xanımı  Mehriban  Əliyeva  ilə  Novruz  bayramı 
Çap üçün deyil


83
münasibətilə  şəhərdə  keçirilən  Novruz  şənliyində  iştirakı  təsvir  olunmuş 
kadrları  canlandırır.  Monitorda  müxtəlif  Novruz  adətlərini  əks  etdirən 
görüntülər işıqlandırılır.
– Novruz bayramının xalqımız üçün necə önəmli olması faktları barədə 
nə deyə bilərsiniz? 
Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
  Bəs Novruz bayramının keçirilməsinin mahiyyəti, onun 
daha hansı ölkələrdə keçirilməsi barədə nə bilirsiniz?
Tədqiqatın aparılması:
 Tədqiqat  dərslikdəki  “Novruz  beynəlxalq 
bayramdır” mətninin oxusu ilə başlanır. Şagirdlər məntiqi vurğunu gözləməklə 
mətni oxuyur (2.1.2 alt-standartı), suallara cavab verirlər(1.1.2 alt-standartı). 
Suallar 3-cü çalışmada verimişdir. Məzmunu mənimsətmək məqsədilə 1.1.2; 
2.1.3;  3.1.3  alt-standartlarının  reallaşdırılması  üzərində  iş  –  4,  5,  8,  9-cu 
çalışmaların icrası ilə həyata keçirilir. Sonra müəllim şagirdləri qruplara bölür: 
2.1.3 alt-standartı – 2-ci çalışmanın tələbilə şagirdlər dərslikdəki məlumatlara 
və internetə əsaslanaraq Novruz adətləri barədə bildiklərini təqdimat şəklində 
yazıb müdafiə edirlər. Hər qrup seçdikləri – bir ölkənin təmsilçisi kimi çıxış 
edə bilər. Qrupların fəaliyyətləri qiymətləndirilir.
4.1.2  alt-standartını  reallaşdırmaq  məqsədilə  7-ci  çalışma  üzərində  iş 
aparılır, atalar sözlərini tapılıb, müəyyənləşdirilir. 6-cı çalışmada isə şagirdlər 
səhv tərtib edilmiş cümlələri düzəltməklə Novruz çərşənbələri barədə əlavə 
məlumat almış olurlar.
Məlumat mübadiləsi:
  Şagirdlər  Novruzun  Beynəlxalq  bayram 
olduğunu faktlara əsasən müzakirə edirlər. 
Nəticə:
  Novruz  hər  birimizin  qəlbinin  bayramıdır.  O  ən  doğma,  ən 
milli bayramdır. Türkdilli, Şərq xalqları arasında birlik, mehribanlıq yaradan 
bayramdır.  Hər  bir  xalq  öz  milli  bayramının  dəyərini,  qiymətini  bilib,  onu 
qorumalı, gələcək nəsillərə ötürməlidir. Bu bayram xalqımızın mənəvi irsidir. 
2009-cu ildə Novruz YUNESKO-nun qeyri-maddi-mədəni irs siyahısına daxil 
edilmişdir. Onu dünyanın bir çox ölkələrində də bayram edirlər.
Yaradıcı tətbiqetmə:
 Novruzun beynəlxalq bayram olması barədə əlavə 
məlumatlar tapmaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu öyrənmək.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə