Azßrbaycan dèLÈ


§40. Oğul qazancı (1 saat)



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə30/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

84
§40. Oğul qazancı (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri 
ümumiləşdirir. 
1.1.1
1.1.2
Az.t. – 
1.2.2. 
Əd. – 2.2.1.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.3
3
Mətndəki fikirlərə münasibət bildirir.
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması: 
Böyük qrupla  iş 
Dərsin üsulu:
 Əqli hücum, sual-cavab
Resurslar: 
Dərslik, elektron lövhə,  kompyuter
Motivasiya:
 Müəllim Ə.Kərimin “Qaytar ana borcunu” şeirini oxuyur.
– Siz oğlanın hərəkətini necə qiymətləndirirsiniz?
Cavablar dinlənilir.
Tədqiqat sualı: 
Sizcə, anaların borcunu qaytarmaq mümkündürmü?
Tədqiqatın aparılması: 
 Tədqiqatı dərslikdəki “Oğul qazancı” mətninin 
oxusu ilə başlamaq olar. Şagirdlər mətni rollar üzrə də oxuya bilərlər. Çünki 
mətndə dialoqlar kifayət qədərdir.
Mətndəki  çətin  söz  və  ifadələrin  mənası  izah  edilir.”Sözlük”  və  “Söz 
ehtiyatı”ndakı sözlərin mənası üzərində iş aparılır. Sonra mətnin məzmununun 
mənimsədilməsi üzrə işə keçilir. Bu zaman aşağıdakı alt-standartlar seçilir:
1.1.1. alt-standartının reallaşdırılması üçün çalışma 1,7;
1.1.2. alt-standartının reallaşdırılması üçün çalışma 2;
2.1.3. alt-standartının reallaşdırılması üçün çalışma 4;
3.1.3. alt-standartının reallaşdırılması üçün çalışma 8,9;
4.1.2.  alt-standartının  reallaşdırılması  üçün    5,6,10  çalışmaların  icrası 
nəzərdə tutulmuşdur.
Bu  çalışmaları  yerinə  yetirən  böyük  qrup  dinlədikləri  mətndə  fakt 
və  hadisələri  ümumiləşdirir,  mətndəki  fikirlərin  məntiqi  ardıcıllığını 
müəyyənləşdirir,  fikirlərə  münasibət  bildirərək,  müxtəlif  mövqeli  fikirləri 
ümumiləşdirirlər.
Rabitəli  yazı  vərdişlərinə  yiyələndiklərini  nümayiş  etdirərək  seçdikləri 
nümunələrlə yazılarını zənginləşdirirlər.
Çap üçün deyil


85
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Xəbər cümlənin baş üzvlərindən biri olub, haqqında danışılanın hərəkət və ya 
əlamətini bildirir. 
Məsələn: Gülbəsləyən qız gülləri sulayanda mən də ləkləri gəzir, gül dərirdim – 
cüm  ləsində xəbər (gəzir, dərirdim) mübtəda ilə ifadə olunan əşyanın hərəkətini bildirir.
Kamal qoçaq oğlandır – cümləsində isə xəbər (oğlandır) mübtədanın ifadə et-
diyi xəbəri, əşyanın daşıdığı əlaməti bildirir.
Xəbər nə edir? (feilin bütün şəkil və zamanlarında), kimdir? nədir? neçədir? 
haradadır? necədir? və s. suallarından birinə cavab verir.
Məlumat mübadiləsi: 
çalışma  3-də  verilmiş  fikir  ətrafında  mübadilə 
aparılır.
Nəticə: 
Analara  hörmət  etmək,  onlara  diqqət,  qayğı  göstərmək  bor-
cumuzdur.  Ana  təmənnasız  olaraq,  öz  sevgisini,  öz  məhəbbətini,  qayğısını 
övladlarına verir. Övladın xoşbəxtliyi ananın səadətidir. Hər kəs çalışmalıdır 
ki, yeri gəldikcə öz anasına sevinc bəxş etsin. Yaşınızın artmağına baxmaya-
raq, siz həmişə ananız üçün körpəsiniz, sizin hər bir uğurunuz ananı sevindirir. 
Çalışın ki, bu sevinci ananızdan əsirgəməyəsiniz.
Yaradıcı tətbiqetmə: 
“Analara qayğı bizim mənəvi borcumuzdur” möv-
zusunda esse yazın.
Qiymətləndirmə: 
Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: 
Hekayənin mətnini öyrənmək.
§41. Gülbəsləyən qız 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri 
ümumiləşdirir. 
1.1.1
1.1.2
Az.t. – 
1.3.1.
Coğ. – 
3.2.3. 
Əd. – 2.2.1.
2 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
3
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.2
4.1.3
Çap üçün deyil


86
Dərsin tipi:
 İnduktiv 
Dərsin forması: 
Böyük və kiçik qruplarla  iş 
Dərsin üsulu: 
Əqli hücum, müzakirə, sual-cavab
Resurslar: 
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim  elektron  lövhədə  hər  ilin  may  ayında  keçirilən 
“Gül bayramı”nın görüntülərini canlandırır:
– Gül bayramında iştirak etmək xoşunuza gəlirmi?
Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı: 
Sizcə,  bu  qədər  gözəllik  yaradan  çiçəkləri,  gülləri 
yetişdirmək asandırmı? Siz bu gözəlliyi bizim üçün bəsləyən insanlardan biri 
ilə tanışsınızmı?
Tədqiqatın aparılması: 
 Tədqiqata dərslikdəki “Gülbəsləyən qız” mət-
ninin oxusu ilə başlamaq olar. Dərslikdəki mətn oxunur, çətin söz və ifadələrin 
mənası şagirdlərə izah edilir. “Sözlük” və “Söz ehtiyatı”ndakı sözlər üzərində 
iş aparılır. Sonra mətnin məzmunu üzərində işə keçilir. Şagirdlər dinlədikləri 
mətndəki fikirlərin ardıcıllığını müəyyənləşdirmək üçün, 1.1.1 alt-standartını 
reallaşdırmaq üçün 3-cü çalışmaya müraciət edirlər. 
1.1.2  alt-standartını  reallaşdırmaq  üçün  2-ci  çalışmanı  icra  etmək 
məqsədilə şagirdlər qruplara bölünürlər. Hekayənin məzmunu ilə bağlı sual-
lar  tərtib  edirlər.  Qruplara  təyin  edilmiş  vaxt  bitdikdən  sonra  fəaliyyətləri 
qiymətləndirilir.
Həmin standart üzrə 3-cü çalışmanın da icrası məsləhət görülür.
3.1.1 alt-standartının reallaşdırılması üçün 6,7,8-ci çalışmalar seçilir. Bu 
çalışmaların icrası cümlədəki sözlərin sintaktik vəzifələrinin dəqiqləşdirilməsi 
üçündür.  Şagirdlər  rabitəli  yazı  vərdişlərini  inkişaf  etdirmək  məqsədilə 
4.1.2 alt-standartının reallaşdırılması nəzərdə tutulmuşdur ki, bu zaman 5-ci 
çalışmaya müraciət edilir.
Şagirdlər qrammatik anlayışlarla tanış olur, aşağı sinifdən öyrəndikləri 
ilə əlaqələndirirlər.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Suallarından göründüyü kimi xəbərin ifadə vasitələri müxtəlif ola bilər. Əgər 
xəbər zamana və şəxsə görə dəyişən feillərlə, frazeoloji birləşmələrlə ifadə olu-
nursa, feili xəbər adlanır. 
Məsələn: Ağabəyim ağa ömrünün sonunadək Fətəli şahın Qum şəhərindəki  
sarayında yaşadı. – cümləsində xəbər feili xəbərdir.
Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır – cümləsindəki 
xəbər isə ismi xəbərdir. Çünki isimlə ifadə olunmuşdur.
İsim, sifət, say, əvəzlik və ya zərflə, ismi birləşmələrlə, var, yox, lazım, gərək, 
mümkün, bəs sözləri ilə ifadə olunan xəbərlər ismi xəbər adlanır.
Məsələn: Anasından məktub aldığı üçün sevinci hədsizdir.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə