Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə34/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   30   31   32   33   34   35   36   37   ...   52

96
şagirdlər  əldə  etdikləri  faktlar  əsasında  fikir  yürütmək,  fikirlərini  mətnin 
hissələrinə müvafiq qruplaşdırmaq bacarıqlarını inkişaf etdirirlər
Nəticə:
  Şagirdlər  öyrənirlər  ki,  “Koroğlu”  eposu  şifahi  xalq 
ədəbiyyatının ən möhtəşəm əsəridir. Yəni orada qoyulan məsələlər heç vaxt öz 
dəyərini itirmir. Hər dövr üçün təravətini qoruyub saxlayır. İndi torpaqlarımızın 
taptaq altında olduğu bir dövrdə Koroğlu qəhrəmanlarından öyrənməyə dəyər.
Yaradıcı tətbiqetmə: 
“Koroğlu” dastanının qollarından birini əlavə ola-
raq oxumaq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§47. Dəmirçioğlunun Çənlibelə gəlməsi 
(III hissə – 1saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
3.1.1.
Coğ. – 
3.2.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir. 
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.1
2.1.2
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu:
 Beyin həmləsi, müzakirə, söz assosiasiyası
Resurslar: 
Dərslik, elektron lövhə.
Motivasiya: 
Müəllim “Koroğlu” dastanını sinfə gətirir. Şagirdlər kitabı 
vərəqləyir, əsərin həcmi, hissələri barədə vizual məlumat alırlar.
– Uşaqlar, dastanın hansı hissələri haqqında məlumatınız var? Şagirdlər 
bildiklərini deyirlər.
Tədqiqat sualı:
  –  Deyə  bilərsinizmi,  “Dəmirçioğlunun  Çənlibelə  gəl-
məsi” qolu dastanın neçənci qoludur və nə üçün bu qol belə adlanır?
Tədqiqatın  aparılması: 
Şagirdlər  də  artıq  müəyyən  dərəcədə  bu  qol 
haqqında  məlumatları  olduğu  üçün  tədqiqata  mətnin  3-cü  hissəsinin  oxusu 
ilə başlayırlar. Nitqlərində məntiqi vurğudan istifadə edərək mətni oxuyurlar. 
Çap üçün deyil


97
Bu 2.1.2. alt-standartının reallaşdırılması üçündür(çalışma 1). Sonra “Sözlük” 
və “Söz ehtiyatı”ndakı sözlər şagidlərə izah edilir, onların mətndəki işlənmə 
yerlərinə diqqət yetirilir, bəziləri cümlə içərisində işlədilir. 
Müəllim şagirdlərin diqqətini 1.1.1 alt-standartının reallaşdırmaları üçün 
2,4-cü çalışmaların icrasına yönəldir. Bu zaman şagirdlər mətndəki əsas fikri 
müəyyənləşdirir, mətni rollar üzrə oxuyaraq onun planını hazırlayırlar. Daha 
doğrusu, dərslikdə verilmiş planla öz planlarını müqayisə edib dərslikdəki pla-
na dəyişiklik barədə düşünürlər. Bu işdə onlara müəliim kömək edə bilər.
Sonra  müəllim  şagirdləri  qruplara  bölür.  1.1.1.  alt-standartının 
reallaşdırılmasında 3-cü çalışma da çox əhəmiyyətlidir. Qrup daxilində şagirdlər 
ədəbi dilin normalarına uyğun olaraq mətn üzrə suallar tərtib edir; sualların 
düzgünlüyünü təsdiq etmək üçün qruplar bir-birinin işini qiymətləndirirlər.
2.1.1  alt-standartının  reallaşdırılması  üçün  5-ci  çalışmaya  müraciət 
edilir.  Şagirdlər  seçilmiş  sözlərin  tələffüzünü  qarşısında  yazaraq,  vurğunu 
müəyyənləşdirirlər.
Şagirdlərin  rabitəli  yazı  vərdişlərini  inkişaf  etdirmək  məqsədilə  3.1.1; 
4.1.3  alt-standartlarının  tələblərinə  uyğun  olaraq  6-cı,  7-ci  çalışmalara 
müraciət edilir. 6-cı çalışma müvafiq durğu işarələrinin qoyulması qaydasının, 
7-ci çalışma isə 2-ci dərəcəli üzv olan zərfliyin işlənmə funksiyasına, ifadə 
vasitələrinə aiddir. 9-cu çalışma həm də şagirdlərin tərcümə bacarığını inkişaf 
etdirmək üçündür.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Cümlədə hərəkətin icra tərzini (образ действия), yerini, zamanını, kəmiyyətini, 
baş  ver mə  səbəbini,  hansı  məqsədlə  icra  edildiyini  bildirən  sözlər  zərflikdir. 
Zərflik ikinci də rəcəli üzvdür; feili xəbərə aid olub aşağıdakı suallara cavab verir: 
1) Necə? Nə cür? Nə tərzdə? Nə vəziyyətdə?  Bu suallara cavab verən zərfliklər 
tərzi-hərəkət zərflikləridir.
Məsələn: Qapı taybatay açıldı.
2)  Nə  vaxt?  Nə  zaman?  Haçan?  Nə  vaxta  qədər?  və  s.  Bu  suallara  zaman 
zərflikləri cavab verir.
Məsələn: Mən onu əvvəllər də görmüşdüm.
3) Nə qədər? Nə dərəcədə? Bu suallara kəmiyyət zərflikləri cavab verir.
Məsələn: Bunu sənə dəfələrlə xatırlatmışam.
4) Niyə? Nədən ötrü? Nə məqsədlə? Nə səbəbə? Bu suallara səbəb və məqsəd 
zərflikləri cavab verir.
Məsələn:  Dərsə  hazır  olmadığı  üçün  əlini  qaldırmadı  –  cümləsində  səbəb; 
Torpaqlarımızı düşmənlərdən təmizləmək üçün orduya getdi – cümləsində məqsəd 
zərfliyi işlənmişdir.
5) Hara? Haraya? Harada? Haradan? Yer zərflikləri bu suallara cavab verir. 
Məsələn: Şəhərdən dünən qayıtmışam. 
Çap üçün deyil


98
Məlumat mübadiləsi:
  Mətnin  rollarla  oxusu,  çalışmalar  üzərində 
işləməklə  şagirdlər  əldə  etdikləri  faktlar  əsasında  fikir  yürütmək,  fikirlərini 
mətnin hissələrinə uyğunlaşdırmaq, fikirlərin ardıcıllığını müəyyənləşdirmək 
bacarıqlarını inkişaf etdirirlər.
Nəticə:
  Şagirdlər  öyrənirlər  ki,  “Kitabi-Dədə  Qorqud”dan  sonra 
“Koroğlu” eposu şifahi xalq ədəbiyyatımızın ən möhtəşəm əsəridir. “Kitabi-
Dədə Qorqud” və “Koroğlu” dastanları ayrı-ayrı tarixi dövrlərdə yaransalar da, 
hər iki dastan xalqımızın qəhrəmanlıq tarixinin salnaməsini özündə əks etdirən 
sənət abidələri kimi ölməzdir.
Şagirdlər öyrənirlər ki, Koroğlu türk dünyasının ortaq qəhrəmanıdır.
“Koroğlu”dastanı  16-17-ci  əsrlərdə  baş  vermiş  tarixi  hadisələrlə 
səsləşir. Eposun müxtəlif variantları vardır. Koroğlu dastanının Tiflis, Güney 
Azərbaycan, türkmən variantları 18, digərləri isə 21-25 qoldan ibarətdir.
Yaradıcı tətbiqetmə:
  “Koroğlu” dastanının qollarından birini internet 
səhifələrindən, ya da kitabxanadan əldə edib oxumaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
§48. Təbriz sənətkarları 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. – 
1.3.1.
Coğ. – 
3.2.1.
Əd. – 3.1.2.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir. 
3.1.3
4
Seçdiyi nümunələrlə yazısını zənginləşdirir. 
Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.2
4.1.3
Dərsin tipi: 
İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş 
Dərsin üsulu: 
Əqli hücum, sual-cavab, təqdimat
Resurslar: 
Dərslik, proyektor, dəftər, kompyuter
Motivasiya: 
Müəllim  elektron  lövhədə  incəsənət  muzeyinin  Təbriz 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə