Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə46/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   42   43   44   45   46   47   48   49   ...   52

135
d)  Hansı  fəsildə  Bakı  sakinlərinin  üzündən  sevinc,  səadət,bəxtiyarlıq 
əskik olmur?
e)  Bakıda küləklər nə zaman səngiyir?
26. Biri həmcins üzvlərə aiddir:
a)  Sadalama  intonasiyası ilə deyilirlər.
b)  Iki və daha artıq sadə cümlənin birləşməsi yolu ilə yaranırlar.
c)  Məna əlaqələri üzrə qruplaşırlar.
d)  Baş və budaq cümlələrə ayrılırlar.
e) Cümlə üzvü olmurlar. 
27. Hansı cumlədə təyin işlənib?
a)  Vətənimiz genişdir
b)  Anan lap mərhəmətlidir
c)  O çox səliqəli qızdır
d)  Evimiz əcəb rahatdır
e)  El bilir ki, sən mənimsən
28. Elə insandır ki, .... cümləsini feli xəbərli cümlə ilə davam etdirin.
a)  Hamı ona inanır
b)  Çox mərhəmətlidir
c)  Hamının sevimlisidir
d)  Çoxlarına yaxındır
e)  Gözəlliyinə heyranam
29. Biri əvəzlik deyil:
a)  çünki     b) kim     c)  nə  zaman     d) hansı   e) nə qədər
30. Feli birləşmə deyil:
a)  dəniz dalğalananda
b)  torpaqdan yaranmış
c)  dərdə qalib gəlmək
d)  könlüm şeir istəyir
e)  həyat davam etdikcə
Çap üçün deyil


136
DƏRSDƏ ISTIFADƏ ETMƏK ÜÇÜN 
ƏLAVƏ MƏLUMATLAR
MİLLİ ORDUNUN YARANMA TARİXİ.
1918-ci  ilin  may  ayının  28-də  qəbul  edilmiş  Azərbaycan  Demokratik 
Respublikasının İstiqlal bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xa-
rici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək 
üçün  nizami  orduya  malik  olmalı,  özünün  silahlı  qüvvələrini  yaratmalıdır. 
Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin 
təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may 
ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri 
vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik 
Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 
1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri 
və  hissələri  yaradılıb  başa  çatdırılmalı  idi. Azərbaycan  Xalq  Cümhuriyyəti 
yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən 
ibarət  idi.  Hökumət  1918-ci  il  iyunun  19-da  ölkə  ərazisində  hərbi  vəziyyət 
elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun 
tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” (“Дикая дивизия”) 
adlanan  keçmiş  Tatar  süvari  alayının  əsgərlərindən  formalaşdırılmış  və  ge-
neral  Əliağa  Şıxlinskinin  rəhbərlik  etdiyi  Müsəlman  korpusunun  əsasında 
ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpu-
su” yaradıldı. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edil-
di.  Azərbaycan  Respublikasının  1894-1899-cu  illərdə  anadan  olmuş  bütün 
müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar.
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən son-
ra Azərbaycanın  hərbi  nazirliyi  rəsmən  ləğv  edilərək,  həmin  funksiya  Xalq 
Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i 
bolşeviklər  tərəfindən  güllələnmişdi.  Azərbaycanın  dövlət  müstəqilliyinin 
bərpasından  sonra,  1991-ci  ilin  sentyabrında Ali  Sovetin  qərarı  ilə  Müdafiə 
Nazirliyi,  oktyabrın  9-da  isə  qarşıdakı  3  ay  ərzində  Azərbaycan  Silahlı 
Qüvvələrinin yaradılması barədə qərar qəbul edildi.
1992-ci  ilin  yanvar  ayında Azərbaycan  Ordusu  özünün  ilk  əməliyyatını 
həyata  keçirdi.  Şuşa  şəhəri  yaxınlığındakı  Daşaltı  kəndini  ələ  keçirmək 
məqsədilə həyata keçirilən Daşaltı əməliyyatı uğursuzluqla nəticələndi. Yayda 
1992-ci il Azərbaycan Müdafiə Nazirliyinin komandanlığının rəhbərliyi altında 
desant qoşunları yaradıldı və Xəzərdə hərbi donanmanın komplektləşdirilməsi 
başa çatdırıldı. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr 
Çap üçün deyil


137
tarixli Fərmanı ilə oktyabrın 9-u Azərbaycan Respublikası Silahlı Qüvvələri 
günü  elan  edildi.  Lakin,  22  may  1998-ci  il  tarixli  prezident  fərmanı  ilə 
həmin  fərman  qüvvədən  düşürülərək  26  iyun  tarixi  Silahlı  Qüvvələr  günü 
elan  edilmişdir.  1997-ci  ilin  yanvarında Azərbaycan  sülhməramlı  qüvvələri 
yaradılmışdı.
AZƏRBAYCAN GENERALLARI
ƏLİAğA ŞIXLİNSKİ
Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax 
qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. Anası Şah 
Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.
1883-cü  ildə  rus  ordusunda  hərbi  xidmətə  başlayan  Şıxlinski  1886-cı 
ildə  Peterburq  artilleriya  məktəbini  əla  qiymətlərlə  bitirdi.  1904-1905-ci 
illər  rus-yapon  müharibəsində  batareya  komandiri  kimi  vuruşdu.  Port-Artur 
qalasının  müdafiəsi  zamanı  xüsusi  şücaət  göstərdiyinə  görə  “Qızıl  qılınc”la 
mükafatlandırıldı.
Müharibədən  sonra  topçu  zabitlər  hazırlayan  məktəbdə  yüksək  ixtisaslı 
hərbçi  kimi  dərs  deməyə  başlayan  Şıxlinski  1908-ci  ildə  polkovnik  rütbəsi 
aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti 
kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” əsəri 1910-cu ildə 
çap olundu. Bundan əlavə, onun “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı 
hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün 
bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. 
Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.
1914-cü ildə baş verən Birinci dünya müharibəsi zamanı Petroqradın ar-
tilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi 
artilleriya  qoşunlarının  rəisi,  1917-ci  ilin  sentyabrından  isə  10-cu  ordunun 
komandanı təyin olundu.
1918-ci  il  may  ayının  28-də  Azərbaycan  Demokratik  Respublikasının 
yaranması  Əliağa  Şıxlinskini  vətəninə  qayıtmağa  məcbur  etdi.  1918-ci  ilin 
dekabr  ayında  artilleriya  general-leytenantı  Əliağa  Şıxlinski  hərbi  nazirin 
müavini təyin edildi.
 
1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə