Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

131
29. Emil Yelinsk kimdir?
a)  alim   b)  ixtiraçı    c) idmançı    d) sahibkar    e) həvəskar
30. Daymler dördtəkərli avtomobili nə vaxt  yaratdı?
a)  Bens avtomobilindən əvvəl
b)  1886-ci ildə
c)  1899-cu ildə
d)  İli məlum deyil
e)  Əsrin əvvəllərində
ÖZÜNÜZÜ YOXLAYIN IV
Mətn üzrə işləyin. 
Zərdüşt
   
Otuz yaşlı Zərdüşt səhərdən payız meşəsinə baxa-baxa düşünürdü. Birdən-
birə bu saysız-hesabsız ağaclar, yarpaqlar onun gözlərində canlı varlıqlara – 
........  çevrildi.  İnsanlar  bu  yarpaqlar  kimidir.  Əvvəl  təravətli,  yumşaq  olur. 
Sonra get-gedə bərkiyib quruyur. Nəhayət, məhv olur.
On ildən bəri vətənində tənhalığa çəkilən, atadan qalan sərvəti, mülkü, hər 
şeyi atıb mağaraya çəkilən Zərdüşt dünəndən bəri sanki tamam dəyişmişdi. 
On illik yuxusuz gecələrinin, gərgin düşüncələrinin bəhrəsi olan “Avesta” indi 
onun üçün gərəksiz görünürdü...
O, düşüncələr içində yavaş-yavaş gəlib bir çayın kənarında dayandı. Dörd 
adam çayı keçmək barədə mübahisə edirdi. Zərdüşt bir az onlara qulaq asdı. 
Sonra dedi:
 – Gəlin, keçin. Mübahisə etməyin!
 – Necə keçək?
Onlar gülməyə başladılar. Zərdüşt əlini qaldırıb çaya sarı uzatdı. Çay ikiyə 
bölündü. Zərdüşt sakitcə o taya keçdi. Möcüzə görmüş adamlar qorxa-qorxa 
çayı keçib dayandılar.
Zərdüşt yenə əlini qaldırdı. Ram olmuş çay gurultu ilə axıb getdi...
1.  Nöqtələrin yerinə hansı sözü yazmaq lazımdır?
a) ağaclara        b) çiçəklərə       c) insanlara        d) çaylara        e) yarpaqlara
Çap üçün deyil


132
2.  Altından xətt çəkilmiş sözün tərcüməsi:
a) уединиться        b) уехать        с) жить один      d) грустно жить   
е) жить в семье
3.  Mətnin birinci cümləsinin mübtədası nə ilə ifadə olunub?
a) sifətlə           b) sayla         c) əvəzliklə        d) isimlə       e) söz birləşməsi ilə
4.  Mətndə “gərəksiz” sözünü hansı sözlə əvəz etmək olar?
a) vacib          b) mənalı         c) lazımsız       d) dəyərli        e) qiymətli
5.  Cümlədəki feili birləşməni göstərin.
“Otuz yaşlı Zərdüşt səhərdən payız meşəsinə baxa-baxa düşünürdü”:
a) Otuz yaşlı                     b) səhərdən payız       c) payız meşəsinə baxa-baxa   
d) baxa-baxa düşünürdü   e) payız meşəsinə
6.  Hansı söz birləşməsi deyil?
a) canlı varlıqlar                    b) mübahisə etmək                 c) gərgin düşüncələr               
d) yuxusuz gecələr                e) çayın kənarı
7.  Cümlənin xəbəri nə ilə ifadə olunub?
“İnsanlar da yarpaqlar kimidir”
a) əvəzliklə                  b) sifətlə              c) qoşmalı sözlə     
d) fellə          
       e) qoşma ilə
8.  “Bu sözü sizə deyirəm ha...” cümləsindəki “ha” sözü ədatın mənaca 
hansı növünə daxildir?
a) məhdudlaşdırıcı       b) arzu         c) dəqiqləşdirici      
d) qüvvətləndirici        e) əmr
 9. 2-ci cümlədə məntiqi vurğulu sözü göstərin.
Mal-qara özünü kölgəyə vurub kövşəyir, quşlar budaqlarda gizlənir, itlər 
dilini bir qarış çıxararaq ləhləyirdi.
a) kövşəyir       b) budaqlarda        c) gizlənir     d) bir qarış çıxararaq     
e) quşlar
10. “Mənim adım Ələsgərdir” cümləsində mübtəda nə ilə ifadə olunub?
a)  İsmi birləşmə ilə
b)  Feli birləşmə ilə
c)  Qoşmalı sözlə
d)  İsimlə
e)  Əvəzliklə
11. Hansı birləşmənin hər iki tərəfi isimdir?
Çap üçün deyil


133
a)  Çoxmərtəbəli bina, çətin suallar, incə bel
b)  Daş ev, yeddi qardaş, qızıl üzük
c)  Dəmir qapı, əmim Kərim, taxta döşəmə
d)  Kiçik qayıq, milyonlarla adam, arxalı köpək
e)  Üç badam, qaşsız üzük, döyüşən şəhər
12. Antonim sözlərin cərgəsini göstərin.
a)  Sevinc-kədər, qəm-qüssə
b)  El-oba, yurd-yuva
c)  Xeyir-şər, oğul-uşaq
d)  əziz-hörmətli, tünd-açıq
e)  ağ-qara, tez-gec
13. Hansı cərgədəki sifətlər quruluşca sadədir?
a)  Sınıq, xarici, badamı
b)  Kəsik, dairəvi, xurmayı
c)  Soyuq, elmi, sıravi
d)  Yumşaq, bədii, mədəni
e)  Böyük, tibbi, kütləvi
14. “Səlahiyyət” sözünün tərcüməsini göstərin.
a)  Полномочие
b)  Опрятность
c)  Результат
d)  Путеществие
e)  Преданность
15. Hansı cümlədə “danış” sözünün əvəzinə “söylə” işlətmək olmaz?
a)  Mənimlə bu barədə çox danış.
b)  Dərsi yaxşı danış.
c)  Sən də gördüklərini danış.
d)  Əvvəl düşün, sonra danış.
e)  Danış görək məqsədin nədir?
16. “Ömrün uzun olsun!”, “Canın sağ olsun”, “Bəxtin ağ olsun!” nümunələri 
nitq etiketlərinin hansı növünə aiddir?
a) alqış          b) görüşmə      c) müraciət        d) təbrik       e) ayrılma
17. Bu əməli yazı nümunəsi sinif iclasında tərtib edilir:
a) bildiriş      b) teleqram       c) arayış       d) məktub        e) protokol
Çap üçün deyil


134
18. Sıra saylarının yazılışında səhv variantları göstərin.
1. 5-inci gün   2. 5-ci otaq 3. V əsr 4. V-nci sinif  5. V-ci əsr
a) 1, 2, 4        b) 1, 4, 5          c) 2, 5            d) 3, 5          e) 2, 4
19. Cümlədə hansı durğu işarəsi buraxılmşdır?
Onlar əsl ovlağa ceyran düzünə gəlib çatdılar.
a) tire        b) mötərizə    c) vergül, tire     d) iki vergül, tire   e) iki vergül
20. Hansı bənddəki sözü “elan” sözü ilə əvəz etmək olar?
a) ərizə      b) bildiriş      c) çağırış            d) arayış           e) protokol
Xəzər Bakının aynasıdır
Günəş sularda bərq vuranda Xəzər Bakının başına pərvanə kimi dolanır. 
Təbiət Xəzəri Bakıya ........... yaratmışdır. Gündüzləri əlvan, gecələri çıraqban 
Bakı Xəzərdə əks olunanda daha da gözəlləşir.
 Dənizdən əsən xəzrisi və ya gilavarı səngiyəndə Bakının təbiəti mehriban 
və mülayim olur. Belə vaxtlarda insanların üzündən sevinc , səadət, bəxtiyarlıq 
əskik olmur. 
 Xəzərdən xəzri və ya gilavar əsəndə isə Bakı coşan, hayqıran, çarpışan 
pələnglər şəhərinə bənzəyir.
Dəli küləklər əsdimi, deməli, Bakıda qışdır. Soyuq havalar başalıyır. Bu cür 
havalar insanların xasiyyətinə də öz təsirini göstərir. Soyuqqanlılıq, əsəbilik, 
tələskənlik halları hərəkətlərində, bir-birinə münasibətlərində müşahidə olunur. 
21. Nöqtələrin  yerinə hansı sözü yazmaq lazımdır?
a)  Su vermək          b)  yaraşıq vermək üçün         c) sərinlik vermək   
d) sərvət vermək         e) şöhrətli olmaq üçün
22. Altından xətt çəkilmiş sözün tərcüməsi:
a)   утихающий  b) северный ветер  c) южный ветер  d) хладнокровность  
23. Mətndə “hayqıran” sözünü hansı sözlə əvəz etmək olar?
a)  qışqıran    b) sakitləşən   c)  vuruşan   d) çalışan   e) ləpələnən
24. Mətnin birinci cümləsinin mübtədası hansıdır?
a)  Bakının  b) pərvanə   c) günəş   d) Xəzər  e) Bakının başına
25. Mətndə hansı sualın cavabı  öz əksini tapmayıb?
a)  Dənizdən Bakıya hansı küləklər əsir?
b)  Bakıda nə zaman qışdır?
c)  Soyuq havalar Bakı sakinlərinin xasiyyətinə necə təsir edir?
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə