Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə22/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

60
bacarırlar.
Nəticə: 
Azərbaycan  dünyanın  ən  qədim  və  bitkiləri  ilə  zəngin 
ölkələrindən  biridir.  Burada  4500-dən  artıq  bitki  növü  var.  Bu  növlərin  bir 
çoxu Azərbaycan ərazisində mədəni hala keçmiş, dünyanın müxtəlif ölkələrinə 
yayılmışdır.  Dünya  əkinçiliyinin  ilk  dövrlərində  Azərbaycanda  bağçılıq, 
tərəvəzçilik təsərrüfatları fəaliyyət göstərmişdir.
İnsan  həyatında  bitkilərin  əhəmiyyəti  çox  böyükdür.  Onlar  oksigen 
mənbəyidir, onlardan qida maddəsi kimi, tikinti materialı kimi istifadə olu-
nur.  Bitkilərdən  dərman,  boyaq  maddələri  alınır.  Bəzi  bitkilərdən  dekorativ 
məqsədlərlə istifadə olunur.
Azərbaycanda  bitən  dəmirağac,  xarı  bülbül,  Eldar  şamı,  Lənkəran 
akasiyası və bir çox bitkilər endemikdir, yəni təbii halda yalnız bizim ölkədə 
bitir.
Yaradıcı tətbiqetmə:
  Daha  hansı  qiymətli  bitkiləri  tanıyırsınız?  Bu 
haqda təqdimat keçirin.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§24. Ən varlı məmləkət 
(I hissə- 1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
1.3.1.; 
4.1.1.
Coğ. –  
3.2.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.2
2.1.4
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi:
  İnduktiv
Dərsin forması: 
Böyük və kiçik qruplarla iş, cütlərlə iş
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə
Resurslar:
 Dərslik, elektron lövhə, kompyuter
Motivasiya: 
Müəllim elektron lövhədə Naxçıvan Muxtar Respublikası 
Çap üçün deyil


61
haqqında  çəkilmiş  sənədli  filmi  nümayiş  etdirir.  Sinfə  sualla  müraciət  edir: 
“Gördüyümüz  kadrlar  haqqında  nə  deyə  bilərsiniz?”  Şagirdlərin  cavabları 
dinlənilir və nitqlərindəki qüsurlar düzəldilir.
Tədqiqat sualı:
  Naxçıvan, yoxsa Nəqşicahan? Bu iki ifadəni necə başa 
düşürsünüz?
Tədqiqatın aparılması: 
  Tədqiqat  sualına  cavab  tapmaq  məqsədilə 
müəllim  şagirdlərə  “Ən  varlı  məmləkət”  mətnini  oxutdurur.  Mətnin  oxu-
su  prosesində  məzmun  və  sözlüyün  mənimsədilməsi  üzərində  iş  aparılır. 
“Sözlük”dəki sözlərin mənası izah edilir, cümlələrdə işlədilir. Şagirdlər 1-ci 
çalışmanın şərtinə uyğun olaraq verilmiş ifadələri ağ boşluqlarda yerləşdirərək 
fikirlərini əsaslandırırlar. Bu zaman 2.1.2 alt-standartı reallaşdırılır. Kiçik qrup-
lar 2,3-cü çalışmalar üzərində işləyərək çalışmaların şərtinə əsasən, mətn üzrə 
fikir yürüdür, faktlardan istifadə etməklə suallara cavab verir, mətnin hissələri 
arasındakı əlaqələri gözləməklə mətnin məzmunu genişləndirərək Naxçıvan 
haqqında danışırlar. Bu zaman 2.1.4 alt-standart reallaşdırılır. Müəllim 4,5,7,8-
ci  çalışmaları  cütlərə  paylayır.  Şagirdlər  3.1.3  alt-standartına  əsaslanaraq 
mətndəki fikirlərə münasibət bildirməklə çalışmaları yerinə yetirirlər. Cütlər 
yerinə yetirdikləri çalışmaları təqdim edirlər. Onların səhvləri müzakirə edilir, 
düzəldilir. Müəllim cütləri qiymətləndirə bilər.
Sonra böyük qrupla 9-cu çalışma yerinə yetirilir. Bu çalışmanın yerinə 
yetirilməsi  zamanı  söz  birləşməsi  və  sadə  cümlələr  qrammatik  normalara 
uyğun tələffüz edilir və 2.1.1 alt-standartı reallaşdırılır.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Dilimizdə feili birləşmələr də çox işlənir.
Əsas tərəfi feillərdən ibarət olan birləşmələrə feili birləşmələr deyilir. Məsələn: 
evə  getmək.  Belə  birləşmələrin  əsas  sözü  zamana  və  şəxsə  görə  dəyişməyən 
feillərdən ibarətdir. Yəni, məsdər, feili sifət və ya feili bağlama – feili birləşmənin 
əsas tərəfi kimi işlənir.
Məsələn:  dərsi 
 
danışmaq (məsdər)
 
        Dərsi 
 
danışan (feili sifət)
 
        Dərsi  
 
danışanda (feili bağlama)
Çox vaxt feili birləşmələrdə sözlərin sayı çox olur: dərsi yaxşı danışmaq, şeiri 
əzbər öyrənən, qapını gülər üzlə qonaqların üzünə açanda.
Məlumat mübadiləsi:
  Şagirdlər  “Ən  varlı  məmləkət”  mətninin  əsas 
ideyasını  müzakirə  edir  və  Vətənimizin  digər  belə  məmləkətləri  barədə 
müqayisəli şəkildə fikir mübadiləsi aparırlar.
Nəticə:
 Vətən ona görə əzizdir ki, o bizim ilk beşiyimiz, son mə ka nı-
mız dır. Dünyaya ilk dəfə göz açanda Azərbaycan torpağının ətrini duymuşuq. 
Çap üçün deyil


62
Anamızın  südü  ilə  ruhumuza  vətən  sevgisi  hopmuşdur.  Doğma  diyarımız 
Azərbaycan bizim varlığımız, arxamız və köməyimizdir. Bizim bir güvənc ye-
rimiz, bir dayaq nöqtəmiz var. Onun adı Azərbaycandır, ana Vətən Azərbaycan.
Naxçıvan isə Azərbaycanın bir parçasıdır.
Yaradıcı tətbiqetmə:
 Naxçıvan haqqında informasiya toplayıb təqdim 
etmək.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§25.  Ən varlı məmləkət 
(II hissə- 1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.3
2.1.4
Az.t. – 
1.3.1.; 
4.1.1.
Coğ. – 
3.2.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2
Mətndəki fikirlərə münasibət bildirir. 
Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
3.1.2
3.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Böyük və kiçik qruplarla iş, cütlərlə iş
Dərsin üsulu:
  Beyin həmləsi, müzakirə
Resurslar: 
Dərslik, elektron lövhə, kompyuter
Motivasiya: 
Müəllim  Naxçıvan  haqqında  bəstələnmiş  musiqini 
səsləndirir. Şagirdlər birlikdə ifa edirlər. Müəllim sinfə sualla müraciət edir: 
“Mahnıda ifa etdiyiniz sözlərlə sizin fikirləriniz üst-üstə düşürmü? Şagirdlərin 
cavabları dinlənilir və nitqlərindəki qüsurlar düzəldilir.”
Tədqiqat sualı:
  Naxçıvan  həqiqətənmi  ən  varlı  məmləkətdir?  Onun 
haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması:  
Tədqiqat  sualına  cavab  tapmaq  məqsədilə 
müəl lim şagirdlərə mətnin II hissəsini oxutdurur. Əsas fikri nəzərə çarpdırmaq 
üçün şagirdlər məntiqi vurğudan istifadə edirlər və bununla 3.1.2 alt standartı 
reallaşdırılır.  Şagirdlər  1-ci  cümlənin  mətndəki  rolunu  müəyyənləşdirirlər. 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə