Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə19/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   15   16   17   18   19   20   21   22   ...   52

51
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əsas tərəfi isim, sifət, say, əvəzlik və bəzən də zərflə ifadə olunan birləşmələrə 
ismi birləşmələr deyilir. 
Məsələn:    sərin    
 
külək (isim)
 
 
 Qızların 
 
gözəli (sifət)
 
 
 Uşaqların 
 
çoxu (say)
 
 
 Qonaqların    
hamısı (əvəzlik)
 
 
 Vətənimizin   
sabahı (zərf)
Yaranma üsullarına, forma və məna xüsusiyyətlərinə görə bu birləşmələr bir-
birindən fərqlidir:
Məsələn:  aylı gecə; ay işığı; yağışın damcıları.
 
 
 
 
 
Məlumat mübadiləsi:
  Şagirdlər “Nəsimi” şeirinin məzmunu ilə tanış 
olduqdan sonra Xəlil Rza Ulutürkün dahi sənətkara verdiyi qiyməti müzakirə 
edirlər. Dərs boyu aparılan işlər nəticəsində tədqiqat sualına tapılan cavablar 
müzakirə olunur. 
Nəticə:
  Vətənimizin  övladları  şeirə,  sənətə  həmişə  yüksək  qiymət 
vermişlər. Torpağımızın yetirdiyi şairlər, yazıçılar həmişə xalqımızın sevimlisi 
olmuşlar. Xalqın içərisində onların xüsusi yeri olmuşdur. Belə sənətkarlardan 
biri  də  Nəsimidir.  Nəsiminin  mübarizliyi  onu  xalqın  gözündə  ucaltmışdır. 
Bunu tanış olduğumuz “Nəsimi” şeirindən də görə bilərik.
Yaradıcı  tətbiqetmə: 
İmadəddin  Nəsimi  haqqında  əlavə  informasiya 
toplayıb yazmaq.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Seçdiyiniz bəndləri əzbərləmək.
§18. Qurban bayramı (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
1.1.1
Az.t. – 
1.2.1.; 
1.3.1.
Əd. – 2.1.1.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir. 
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.1
2.1.2
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.1
3.1.3
4 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Çap üçün deyil


52
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Böyük qruplarla iş 
Dərsin üsulu:
 Beyin həmləsi, sual-cavab
Resurslar: 
Dərslik, proyektor, dəftər
Motivasiya:
 Müəllim elektron lövhədə keçən Qurban bayramından çə-
kilmiş bayram mərasimlərinin görüntüləini canladırır. Müəllimin sualı: – Qur-
ban  bayramının  xalqımız  üçün  necə  önəmli  olması  faktları  barədə  nə  deyə 
bilərsiniz? Şagirdlər müxtəlif cavablar söyləyirlər.
Tədqiqat sualı:
  Bəs Qurban bayramının keçirilməsinin mahiyyəti, onun 
hansı ölkələrdə keçirilməsi barədə nə bilirsiniz?
Tədqiqatın aparılması:
   Tədqiqat  dərslikdəki  “Qurban  bayramı” 
mətninin  oxusu  ilə  başlanır.  Şagirdlər  nitqlərində  məntiqi  vurğudan  düzgün 
istifadə  etməklə  1-ci  çalışmanı  yerinə  yetirirlər.  Müəllim  qruplara  2,4,7-ci 
çalımaların icrasını tapşırır. Bu zaman 3.1.3 alt-standartı reallaşdırılır və onlar 
mətndəki fikirlərə münasibət bildirirlər.
Mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirən xüsusiyyətlər 
3,5-ci çalışmaların icrası zamanı yerinə yetirilir və bu zaman  1.1.1 alt standart 
reallaşır.
8,11-ci  çalışmaların  icrası  şagirdlərin  seçdiyi  nümunələrlə  yazılarını 
zənginləşdirməyə  xidmət  edir  ki,  bu  da  4.1.1  və  4.1.2  alt-standartının 
reallaşmasına xidmət edir.
Şagirdlərin  qrammatik  anlayışlara  dair  biliklərini  yoxlamaq  2.1.4  alt-
standartını  reallaşdırmaq  məqsədilə  dərslikdəki  10-cu  çalışmaya  müraciət 
etmək lazımdır.
Məlumat mübadiləsi: 
Şagirdlər Qurban bayramı keçirmələri barədə öz 
təəssüratlarını yoldaşları ilə bölüşərək, müzakirəyə qoşulurlar.
Nəticə:
  Qurban  bayramı  türkdilli  Şərq  xalqları  arasında  birlik, 
mehribanlıq  yaradan  bayramdır.  Hər  bir  xalq  öz  bayramlarının  dəyərini  və 
qiymətini  bilib,  onu  qorumalı,  gələcək  nəsillərə  ötürməlidir.  Bu  bayram 
xalqımızın mənəvi irsidir.
Yaradıcı tətbiqetmə:
  Şagirdlər  Qurban  bayramı  haqqında  əlavə 
məlumat toplayıb təqdimat hazırlamalıdırlar.
Qiymətləndirmə: 
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


53
§19. Ağıllı sövdəgər 
(1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını 
müəyyənləşdirir.
Dinlədiyi mətndə fakt və hadisələri 
ümumiləşdirir. 
1.1.1
1.1.2
Az.t. – 
1.2.1.
Əd. – 
1.2.4.; 
2.2.1.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.1
2.1.3
3
Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.1
3.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Kiçik qruplarla iş 
Dərsin üsulu:
 Əqli hücum, müzakirə,təqdimat
Resurslar:
 Dərslik, proyektor, dəftər.
Motivasiya:
  Müəllim  şagirdlərə  Molla  Nəsrəddinin  bir  neçə  lətifəsini 
danışır.  Şagirdlər  dinləyirlər,  düşünürlər  və  gülürlər.  Müəllim  sinfə  sualla 
müraciət edir: 
– Eşitdiyimiz lətifələrdə diqqətinizi cəlb edən nə oldu? Şagirdlərin fərziyyələri 
dinlənilir. Müəllim onların nitqlərindəki qüsurları düzəldir.
Tədqiqat sualı: 
Necə düşünürsünüz, hazırcavablıq yaxşı xüsusiyyətdir, 
yoxsa pis? Özünüzü hazırcavab hesab edirsinizmi? Hazırcavab insanları şanslı 
hesab etmək olarmı?
Tədqiqatın aparılması: 
Tədqiqat  “Ağıllı  sövdəgər”  mətninin  oxusu 
ilə  başlanır.  Oxu  prosesində  şagirdlərin  məntiqi  vurğudan  düzgün  istifadə 
etmələrinə  (2.1.2  alt  standartı)  diqqət  yetirilir,  müəyyən  məqamlarla  bağlı 
lazımi  tövsiyələr  verilir.  Paralel  olaraq  mətnin  məzmunu  və  sözlüyünün 
mənimsədilməsi  üzərində  iş  aparılır,  “Sözlük”dəki  çətin  sözlər  izah  edi-
lir,  lazım  gəldikdə  cümlələrdə  işlədilir.  Mətnin  oxusu  başa  çatdıqdan  sonra 
şagirdlər qruplara bölünərək 2-ci çalışmanın icrasına başlayırlar və bu zaman 
mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirərək 1.1.1 alt-standartını 
reallaşdırırlar.  Qruplara  1.1.2  alt-standartına əməl  edərək,  fakt  və  hadisələri 
ümumiləşdirərək 3-cü çalışmanı yerinə yetirmək tapşırılır. Sonra müəllim sinfə 
sual verərək dərsdə səslənən müxtəlif mövqeli fikirləri ümumiləşdirərək 4-cü 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə