Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə16/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   12   13   14   15   16   17   18   19   ...   52

42
§12. Qızıl it (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.3.1.
Coğ. – 
3.2.3.
Əd. – 2.2.1.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.2
2.1.4
3 Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi 
vurğudan istifadə edir.
3.1.2
Dərsin tipi:
 İnduktiv
Dərsin forması:
 Kiçik qruplarla və kollektivlə iş
Dərsin üsulu: 
Beyin həmləsi, müzakirə, debat
Resurslar: 
Dərslik, elektron lövhə, film
Motivasiya:
 Müəllim elektron lövhədə “Heyvanlar aləmində” seriya sın-
dan  olan  verilişdən  itlərə  həsr  olunmuş  parçanı  tapır  və  şagirdlərə  göstərir. 
Sonra sinfə müraicət edir: -“İt insanın dostudur” deyimini hamınız eşitmisiniz. 
İtlər haqqında hansı məlumatları bilirsiniz?
Tədqiqat sualı: 
İnsanların bir-birinə olan məhəbbətlərini bilirsiniz, bu 
barədə kitablardan oxumuşsunuz, filmlərdə görmüşsünüz. Bəs heyvanların in-
sanlara olan məhəbbəti haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması:  
Tədqiqat “Qızıl it” mətninin oxusu ilə başlanır. 
“Sözlük”dəki çətin sözlər izah edilir və cümlələrdə işlədilir. Mətnin ideyasını 
müəyyənləşdirmək  məqsədilə  müəllim  şagirdləri  qruplara  bölür.  Verilən 
vaxt  bitdikdən  sonra  qrup  üzvləri  mətnin  ideyası  haqqında  düşündüklərini 
deyirlər və hər qrup digər qrupun fikirlərinə öz münasibətini bildirir. 2.1.2 alt 
standartının reallaşdırılması məqsədilə şagirdlər 1-ci çalımanı yerinə yetirərək 
suallara cavab verirlər. 2,4-cü çalışmanı yerinə yetirən zaman şagirdlər mətnin 
hissələri arasında əlaqələri gözləməklə 2.1.4 alt-standart reallaşdırılır. Şagirdlər 
4,5-ci çalışmaları yerinə yetirməklə tanış olduqları mətndə fakt və hadisələri 
ümumiləşdirərək 1.1.2 alt-standartı reallaşdırılır.
Mətnin məzmununda söz birləşməsi və sadə cümlələri qrammatik nor-
malara  uyğun  olaraq  tələffüz  edərək  şagirdlər  6,7,8,9-cu  çalımaları  yerinə 
yetirərək 2.1.1 alt-standatını reallaşdırırlar.
Çap üçün deyil


43
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Uşaqlar,  nitqinizdə  istifadə  etdiyiniz  söz  birləşmələri  (словосочетания)  adi  
söz lər  kimi  əşya  və  ya  hadisələri  adlandırmaq,  onların  mənalarını  daha  da 
konkretləşdirmək üçündür. Söz birləşmələri müstəqil mənalı sözlərdən əmələ gəlir. 
Məsələn: Xəzər dənizi, bədii əsər, kəndin mənzərəsi, evdən çıxanda və s.  Müstəqil 
mənalı sözlə köməkçi sözün birləşməsi (məsələn: məktəbə tərəf, anam üçün və s.) 
söz birləşməsi sayılmır.
Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən 
birləşməsindən əmələ gəlir. Məsələn: Azərbaycan ordusu, aydın səma, mənalı ömür, 
zəngin sərvətimiz, pəncərəni açmaq, günəşin şəfəqləri, qapını döyəndə, gəminin 
göyərtəsi, dərsdən  gələn və s.
Məlumat mübadiləsi: 
“Qızıl it” mətninin oxusu, eyni zamanda, çalış ma lar 
üzərində iş, heyvanlarla insanlar arasındakı dostluq, məhəbbət  hisləri şagirdlərin 
fikirlərinin durulmasına şərait yaradır, fikir mübadiləsinə imkan verir.
Nəticə: 
Ev  heyvanları  uşaqların  sevimliləridir.  Onlar  adamlarda  əsəb 
gərginliyini  azaldır,  uşaqları  daha  xeyirxah  edir.  Amma  bizim  “dördayaqlı 
dostlarımız”,  xüsusilə  də  itlər  narahatlıq  yarada,  qonşulara  və  ya  küçədən 
keçənlərə zərər yetirə bilər.
Heyvan  saxlayan  şəxslər  heyvanı  onun  bioloji  xüsusiyyətlərinə  uyğun 
saxlamalı,  onunla  humanist  rəftar  etməli,  nəzarətsiz,  yeməksiz  və  susuz 
qoymamalı, döyməməli və xəstələnərsə, baytara müraciət etməlidirlər.
Yaradıcı tətbiqetmə:
 Azərbaycan ərazisində qorunan müxtəlif cins itlər 
haqqında məlumat toplamaq.
Qiymətləndirmə:
 Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§13. Dahi mütəfəkkir (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. – 
1.2.2.; 
4.1.1.
Coğ – 3.2.1.
Əd. – 
1.2.4.; 
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
2.1.1
2.1.2
2.1.3
3 Mətndəki  söz və ifadələrin mənasını sintaktik 
vəzifəsinə görə dəqiqləşdirir.
3.1.1
4 Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı 
durğu işarələri qaydalarına əməl edir.
4.1.3
Çap üçün deyil


44
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması: 
Böyük qrupla iş 
Dərsin üsulu:
 Əqli hücum, təqdimat, müzakirə
Resurslar: 
Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim internet şəbəkəsindən istifadə edərək proyektorla 
lövhədə “Nizami” filmindən fraqmentlər göstərir. Müəllim şagirdlərə müraciət 
edir:
– Ekranda gördüyünüz şairi, yəgin ki, tanıdınız. Şair haqqında müxtəlif 
məqalələr oxumusunuz. Bəs gördüyünüz kadrlar şair haqqında sizə nə deyir?
Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı: 
Şair Nizami, onun yaşadığı dövr, yaradıcılığı haqqında 
nə bilirsiniz?
Tədqiqatın aparılması: 
  Müəllim  şagirdlərin  oxu  bacarıqlarını  yox-
lamaq  məqsədilə  mətni  oxutdurur.  Şagirdlər  nitqlərində  məntiqi  vurğunu 
gözləməklə oxuyurlar. “Sözlük” və “Söz ehtiyatı”ndakı çətin sözlər izah edilir 
və cümlələrdə işlədilərək mənimsədilir. Çalışma 1 mətnlə tanış olmağa xidmət 
edir. Şagirdlər qruplara bölünür. Suallar qruplar arasında bölüşdürülür. Qruplar 
suallara cavab verməli, həm də özləri əlavə suallar hazırlamalıdırlar.
Çalışma 3,4,5-in icrası qruplara tapşırılır. Şagirdlər çalışmalarda verilmiş 
nümunələrdən  mətnin  hissələrinə  uyğun  istifadə  edərək  2.1.3  alt-standartını  
reallaşdırırlar.
6-cı çalışma mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə 
dəqiqləşdirməyə xidmət edir ki, bu da 3.1.1 alt-standartının reallaşdırılmasına 
yönəlmişdir.
7,8,9,10-cu  çalışmalar  söz  birləşməsi  və  sadə  cümlələrin  qrammatik 
normalara  uyğun  tələffüz  edilməsinə  və  kontekstə  uyğun  mənalarının  izah 
edilməsinə istiqamətləndirilmişdir. Bu çalışmalar da qruplarla iş formasında 
yerinə yetirilir. Qruplarla işin müəyyən mərhələsi başa çatdıqdan sonra müəllim 
qrup üzvlərini qiymətləndirə bilər.
Məlumat mübadiləsi:
  Şagirdlər  Nizami  Gəncəvinin  ictimai-siya-
si fəaliyyəti ilə də tanış olurlar. Şagirdlər dahi şairə olan xalq sevgisini, bu 
sevginin nəinki Azərbaycan xalqı, hətta dünya xalqları tərəfindən olduğunun 
bir daha şahidi olurlar. Mübadilə zamanı bir daha şairin yaradıcılığı araşdırılır.
Nəticə: 
Azərbaycan  ədəbiyyatının  inkişafında  misilsiz  xidmətləri  olan 
çoxlu  yazıçı  və  şairlərimiz  var.  Onlardan  biri  də  Nizami  Gəncəvidir.  Onun 
dünya şöhrətli “Xəmsə”si bütün dillərə tərcümə olunmuşdur. Xalq öz oğlunun 
xatirəsini əbədiləşdirməyə çalışır.
Yaradıcı tətbiqetmə: 
Nizami Gəncəvinin həyat və yaradıcılığı mövzu-
sunda təqdimat hazırlamaq.
Qiymətləndirmə: 
Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı: 
Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə