Azßrbaycan dèLÈ



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə18/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   ...   14   15   16   17   18   19   20   21   ...   52

48
Yaradıcı tətbiqetmə:
 Mətndəki hadisəyə bənzər hadisə ilə qarşılaş mısı-
nızmı? Bu barədə yazın.
Qiymətləndirmə: 
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
§16.
 
Üsyankar şair (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim 
edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.3
2.1.4
Az.t. – 
4.1.1.; 
1.3.1.
Əd. – 
2.2.1.; 
3.1.2.
2 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
3 Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.2
Dərsin tipi: 
İnduktiv 
Dərsin forması: 
Böyük və kiçik qrupla  iş 
Dərsin üsulu:
 Əqli hücum, müzakirə, təqdimat
Resurslar:
 Dərslik, dəftər, kompyuter, proyektor
Motivasiya: 
Müəllim  internet  şəbəkəsindən  istifadə  edərək  şagirdlərə 
proyektorla  “Nəsimi”  filmindən  kadrlar  nümayiş  etdirir.  Müəllim  şagirdlərə 
müraciət edir:
– Ekranda gördüyünüz şairi, yəqin ki, tanıdınız. Filmdə onun obrazını 
gördünüz? Bu kadrlar sizə necə təsir bağışladı?
Tədqiqat sualı:
  Bir vətəndaş kimi Nəsiminin şəxsi keyfiyyətləri, ictimai 
fəaliyyəti haqqında nə bilirsiniz?
Tədqiqatın aparılması: 
Müəllim  şagirdlərin  oxu  bacarıqlarını  yox-
lamaq  məqsədilə  “Nəsimi”  mətnini  oxutdurur.  Şagirdlər  məntiqi  vurğunu 
gözləməklə(2.1.2  alt-standartı)  mətni  oxuyurlar.  “Sözlük”  və  “Söz 
ehtiyatı”ndakı  çətin sözlər izah edilir və cümlələrdə işlədilərək mənimsədilir.
Şagirdlər qruplara bölünürlər. Mətnin mənimsədilməsi, mətndəki fakt və 
hadisələrin qruplaşdırılması məqsədilə çalışma 1,2,5 yerinə yetirilir. (2.1.3 alt-
standartı). Qruplar suallar verməli, həm də özləri əlavə suallar hazırlamalıdırlar. 
Qrup üzvləri mətn üzrə plan tərtib edir və plan üzrə mətni danışırlar(2.1.4 alt-
Çap üçün deyil


49
standartı). Çalışma 4,6-nı yerinə yetirməklə qruplar dilin normalarına bələdlik 
səviyyələrini  bir  daha  nümayış  etdirərək,  fikirlərini  konkret  nümunələrlə 
əsaslandırırlar. Bu zaman 3.1.3 alt-standart reallaşdırılır. Şagirdlər 2.1.1 alt-
standartını reallaşdıraraq 7,9-cu çalışmaları yerinə yetirərək söz birləşməsi və 
sadə cümlələri qrammatik normalara uyğun tələffüz edirlər. 
8,10-cu  çalımalar  isə  şagirdlərin  lüğət  ehtiyatlarının  zənginləşməsinə, 
tərcümə  bacarıqlarının  inkişafına  xidmət  edir.  Bu  zaman  4.1.2  alt-standartı 
reallaşdırılır.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Uşaqlar,  Sizin  gündəlik  nitqinizdə  istifadə  etdiyiniz  söz  birləşmələri  əsas  və 
asılı tərəflərdən ibarət olur. Asılı tərəf əvvəl işlənir və əsas tərəfə tabe olaraq, onun 
mənasını konkretləşdirir. Məsələn: tərbiyəli şagird, mətni öyrənmək birləşmələrində 
şagird və öyrənmək sözləri əsas tərəfdir: 
 
 
 
tərbiyəli  
 
 şagird
 
 
 
mətni   
 
 öyrənmək
Göründüyü kimi, söz birləşmələrinin əsas tərəfi müxtəlif nitq hissələri ilə ifadə 
oluna bilər. Məsələn: yaşıl qələm birləşməsinin əsas tərəfi (qələm) isimlə, divarı 
rəngləmək birləşməsinin əsas tərəfi (rəngləmək) feillə ifadə olunmuşdur.
Əsas tərəfin hansı nitq hissəsi ilə ifadə olunmasına görə söz birləşmələri 2 növə 
ayrılır:
1.  İsmi birləşmələr: yun parça, şagirdlərin çoxu
2.  Feili birləşmələr: dumana bürünmüş, musiqi çalınanda
Məlumat mübadiləsi: 
Şagirdlər  İmadəddin  Nəsiminin  həyatı  və 
fəaliyyəti  ilə  tanış  olur,  Nəsimi  yaradıcılığına  onlarda  böyük  maraq  oyanır. 
Mübadilə zamanı bir daha şairin yaradıcılığını araşdırırlar.
Nəticə:
  Yaradıcılığa lirik şeirlərlə başlayan Nəsimi sonralar daha çox 
fəlsəfi  şeirlər  yazmış,  hətta  fəlsəfi  və  siyasi  fikirlərini  belə  insanlara  bədii 
söz vasitəsilə çatdırmışdır. Onun ilk şeirlərində məhəbbət, insan gözəlliyinin 
tərənnümü əsas yer tutmuşdur. Tədricən püxtələşən şair əsərlərində siyasi, icti-
mai, əxlaqi mövzulara daha geniş yer verməyə başlayır. Nəsiminin qəzəlləri, 
rubailəri, orijinal olduğu qədər də qiymətlidir. Azərbaycan ədəbiyyatı tarixinə 
İmadəddin Nəsimi ana dilində yazılmış ilk fəlsəfi qəzəlin müəllifi kimi daxil 
olmuşdur.
Yaradıcı  tətbiqetmə:
  Nəsimi  haqqında  informasiya  toplayıb  təqdimat 
hazırlamaq.
Qiymətləndirmə: 
Müvafiq cədvələ əsasən aparılır.
Ev tapşırığı:
 Mətnin məzmununu danışmaq.
Çap üçün deyil


50
§17. Nəsimi (1 saat)

Gözlənilən təlim nəticələri
Alt 
standart
Fənlərarası 
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri 
ümumiləşdirir. 
1.1.2
Az.t. – 
1.2.2.; 
4.1.1.
Əd. – 
1.1.1.; 
1.2.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir. 
Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
Mətnin hissələri arasında əlaqələri gözləməklə 
danışır.
2.1.1
2.1.2
2.1.4
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
Dərsin tipi:
 İnduktiv
Dərsin forması: 
Kiçik qruplarla iş 
Dərsin üsulu:
 Əqli-hücum, müzakirə, təqdimat
Resurslar: 
Dərslik, proyektor, kompyuter, dəftər
Motivasiya: 
Müəllim lövhədə “Nəsimi” filmindən 2-ci hissəni nümayiş 
etdirir.  Müəllim  şagirdlərə  sualla  müraciət  edir:  –  Gördüyünüz  kadrlar  sizə 
necə təsir bağışladı? Şagirdlərin cavabları dinlənilir.
Tədqiqat sualı:
  Nəsimiyə xalqımız tərəfindən verilən qiymət haqqında 
nə deyə bilərsiniz?
Tədqiqatın aparılması: 
Tədqiqat “Nəsimi” şeirinin oxusu ilə başlaynır. 
Oxu  zamanı  sözlərin  orfoepiyası  və  vurğusuna,  düzgün  tələffüzünə  diqqət 
yetirilir, nöqsanlar düzəldilir. “Sözlük”də verilmiş çətin sözlərin mənası izah 
edilir, şagirdlər yeni söz və ifadələri cümlələrdə işlədirlər.
Müəllim şagirdləri qruplara bölür. Şagirdlər 2-ci çalışmanın şərtinə görə 
suallar  tərtib  edirlər  və  bu  suallarla  bir-birlərinə  müraciət  edirlər.  Beləliklə, 
2.1.4  alt  standartı  reallaşdırılır.  3-cü  çalışmanı  yerinə  yetirərkən  şagirdlər 
mətndəki fakt və hadisələri ümumiləşdirərək 1.1.2 alt-standartını reallaşdırırlar. 
Mətndəki fikirlərə münasibət bildirmək məqsədilə şagirdlər 4,5-ci çalışmaları 
yerinə yetirirlər. Bu zaman 3.1.3 alt-standartı reallaşdırılır. 7,8,9-cu çalışmalar 
söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz etməklə 
2.1.1  alt-standartının  reallaşmasına  şərait  yaradır.  Bu  çalışmaların  icrası 
şagirdlərin yazılı rabitəli nitqinin formalaşmasına imkan verir, həm də sözlərin 
yazılış və durğu işarələri qaydalarına əməl olunmasını əks etdirir.
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə