36
– Uşaqlar, gördüyünüz bu kadrlar sizə hansı hadisələri xatırladır?
Şagirdlərin fərziyyələri dinlənilir.
Tədqiqat sualı:
Necə düşünürsünüz, Mübariz öz ölümüylə şəhidlik
zirvəsinə yüksələ bildimi?
Tədqiqatın aparılması:
Tədqiqat dərslikdəki “Mübarizi olan millət”
şeirinin oxusu üzərində aparılır. Çalışma 1-in şərtinə (2.1.2. alt-standartı)
əsasən, məntiqi vurğudan istifadə etməklə şeir oxunur. Şeirdəki əsas fikir
müəyyənləşdirilir. Müəllim şeirin məzmununu mənimsətmək, onun möv-
zusu üzərində şagirdlər arasında fikir mübadiləsi yaratmaq məqsədilə 1.1.2.
alt-standartına və 2-ci çalışmanın şərtinə uyğun olaraq böyük qrupla şeirin
nə üçün “Mübarizi olan millət” adlandırılması fikrini müzakirə edib, düzgün
variantın seçilməsinə kömək edir. Sonra sinif 5 kiçik qrupa (əgər sinifdə uşaq
azdırsa, 4 qrupa) bölünür. Hər qrupa şeirin bir bəndinin məzmunu üzrə iş apar-
maq tapşırılır. Qrupa ikinci tapşırıq kimi 2.1.3. alt-standartına uyğun seçilmiş
qrammatik çalışmalar tapşırılır. Buna görə 4,5,6,7,18-ci çalışmalar məsləhət
görülür. Qrupların işi üçün vaxt ayrılır. Təyin olunmuş vaxt bitdikdən sonra
qrupların fəaliyyətləri qiymətləndirilir.
Sonra bütün qruplar 3-cü çalışmanı yerinə yetirərək 1.1.2. alt-standartını
reallaşdırırlar.
Şagirdlər 9-cu çalışmanı yerinə yetirməklə mətndəki fikirlərə
münasibətlərini bildirərək 3.1.3 alt-standartının şərtinə əməl edərək atalar
sözlərinin hissələrini tapıb uyğunlaşdırıb yazırlar. Sonra müəllim cütlərlə
işləyərək 10,11,12,13,14,15,16,17-ci çalşmaların yerinə yetirilməsini tapşırır
və bu zaman 2.1.1 alt-standartı reallaşdırılır.
Sonra “Hikmət xəzinəsi” rubrikasında verilmiş aforizmlər ətrafında
bütün qruplar düşünür, şagirdlərin lüğət ehtiyatlarının zənginliyini, tərcümə
etmək bacarıqlarını inkişaf etdirmək məqsədilə iş aparılır.
Məlumat mübadiləsi:
Şagirdlər şeirin məzmunu ilə tanış
olduqdan son-
ra yerinə yetirilmiş çalışmalar əsasında fikir mübadiləsi aparırlar.
Nəticə:
Mübariz xalqımızın igid, qəhrəman oğludur. O, şəhidlik
zirvəsinə yüksəlmişdir. Onun həyatı bizim gənclər üçün həyat məktəbidir,
qəhrəmanlıq nümunəsidir. Torpağın altında uyuyan şəhidlərimizin ruhu
başımızın üstündə dolanır, demək istədikləri,lakin deyə bilmədikləri sözləri isə
qulaqlarımızdadır. Şəhidlərin adı daim ürəyimizdə, əməlləri isə əməllərimizdə,
fəaliyyətimizdə yaşayır.
Yaradıcı tətbiqetmə:
Mübariz İbrahimov haqqında məlumat toplayıb
təqdimat hazırlamaq.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Şeirdən bir hissə əzbərləməyə çalışın.
Çap üçün deyil
37
§9. Arxadan güllə atmaq kişilik sayılmır
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1 Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
1.1.2
Az.t. –
1.3.1.;
4.1.1.
Əd. –
1.2.4.;
3.1.2.
2 Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim
edir.
2.1.3
3 Mətndəki fikirlərə münasibət bildirir.
3.1.3
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Kiçik
qruplar və cütlərlə iş
Dərsin üsulu:
Beyin həmləsi, klaster, müzakirə
Resurslar:
Dərslik, lövhə,
şəkillər
Motivasiya:
Müəllim lövhədə “mərdlik” sözünü yazır, şaxələnmə üsu-
lundan istifadə edir. Sonra şagirdlərdən soruşur:
– Bu söz sizdə hansı fikirləri yaradır? Bəs “namərdlik” dedikdə nə başa
düşürsünüz?
Şagirdlər müxtəlif fikirlər söyləyirlər. Söylənilən fikirlər dairənin
ətrafında qeyd olunur.
Tədqiqat sualı:
Necə düşünürsünüz, niyə arxadan güllə atmaq kişilik
sayılmır?
Tədqiqatın aparılması:
Müəllim mətni rollar üzrə şagirdlərə oxutdurur
və səhnələşdirir. Ən yaxşı iştirakçı qiymətləndirilir. Şagirdlər “Sözlük” və
“Söz ehtiyatı”ndakı çətin sözləri tərcümə edərək cümlələrdə işlədirlər.
Müəllim 1-ci çalışmanı böyük qrupla işləyərək şagirdlərin fikirlərini
öyrənir. Bu zaman 1.1.2 alt-standartı reallaşdırılır. 3-cü çalışmanı cütlərə pay-
layır. Cütlər suallar ətrafında fikir mübadiləsi aparırlar. Suallar cavablandırılır.
Bu zaman 1.1.2 alt-standartı reallaşır. 2,4-cü çalışmalar kiçik qruplara tapşırılır.
Onlar mətndəki fakt və hadisələri ümumiləşdirərək çalışmanın şərtinə əməl
edirlər və bu zaman 2.1.3 alt-standartı reallaşdırılır.
Mətndəki əsas və köməkçi nitq hissələrini qrammatik mənasına görə
izah etmək məqsədilə şagirdlərə 7,8-ci çalışmaları yerinə yetirmək tapşırılır.
Çalışmalar müxtəlif qruplara tapşırılır. Tapşırıqların yerinə yetirilməsi üçün
verilən vaxt bitdikdə qrupların təqdimatları müzakirə olunur, düzgün cavablar
müəyyənləşdirilir və qiymətləndirilir. 9, 10, 11-ci çalışmaları yerinə yetirməklə
şagirdlər məntiqi düşünmək bacarıqlarını nümayiş etdirirlər.
Məlumat mübadiləsi:
Mətnin oxusu və çalışmalar üzərində iş fikir
mübadiləsinə imkan yaradır. Şagirdlər İsrafil ağanın hərəkətləri üzərində fikir
Çap üçün deyil
38
mübadiləsi aparırlar.
Nəticə:
Mətnin məzmunu və çalışmalar üzərində aparılan işlərin
nəticəsində şagirdlər bu qənaətə gəlirlər ki, düşmən də olsa, mübarizə
mərdliklə aparılmalıdır. Əgər insan qorxaqdırsa və ya qarşısında dayanan-
dan qorxursa, deməli, o, arxadan zərbə vuracaqdır. Ancaq qoçaqlar, mərdlər
üzbəüz vuruşmağı kişilikdən sayırlar. Mətndə həmçinin İsrafil ağanın xarak-
terinin müxtəlif cizgiləri açılır ki, burada da ibrət götürülməli cəhətlər çoxdur.
Yaradıcı tətbiqetmə:
Qaçaq Kərəm haqqında kiçik esse yazın.
Qiymətləndirmə:
Seçilmiş qiymətləndirmə meyarlarına uyğun aparılır.
Ev tapşırığı:
Mətnin məzmununu danışmaq.
§10. Şərq şeirinin gəncəli ilahəsi
(1 saat)
№
Gözlənilən təlim nəticələri
Alt
standart
Fənlərarası
inteqrasiya
1
Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını
müəyyənləşdirir.
Dinlədiyi
mətndə fakt və hadisələri
ümumiləşdirir.
1.1.1
1.1.2
Az.t. –
4.1.1.;
1.2.2.
Əd. –
2.2.1.;
3.1.2.
2
Söz birləşməsi və sadə cümlələri qrammatik norma-
lara uyğun tələffüz edir.
Mətnin hissələri arasında
əlaqələri gözləməklə
danışır.
2.1.1
2.1.4
3
Mətndəki söz və ifadələrin mənasını sintaktik
vəzifəsinə görə dəqiqləşdirir.
Mətndəki fikirlərə münasibət bildirir.
3.1.1
3.1.3
Dərsin tipi:
İnduktiv
Dərsin forması:
Böyük qrupla iş
Dərsin üsulu:
Əqli hücum,
müzakirə, təqdimat
Resurslar:
Dərslik, dəftər,
kompyuter, proyektor
Motivasiya:
Müəllim internet şəbəkəsindən istifadə edərək proyek-
tor vasitəsilə lövhədə Məhsəti Gəncəvinin şəkillərini, şeirlərinə çəkilmiş
miniatürləri canlandırır. Müəllim şagirdlərə sual verir:
– Ekranda gördüyünüz şairə xanım kimdir? Gördüyünüz kadrlardan şairə
haqqında sizə nə məlum oldu?
Çap üçün deyil