7
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ümumi
təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:
Ø
dinlədiyi mətnin məzmununu izah edir,
ona münasibət bildirir;
Ø
şüurlu və ifadəli oxu bacarıqları nümayiş etdirir;
Ø
müxtəlif formalı rabitəli mətnlər qurur və təqdim edir;
Ø
öz
fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir;
Ø
nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə
edir, tərcümə bacarıqları nümayiş etdirir.
2. Məzmun xətləri üzrə təlim nəticələr
i
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Dinləyib-anlama
Şagird:
Ø
dinlədiyi söz, ifadə, cümlə və mətnin mənasını anladığını nümayiş et-
dirir;
Ø
dinlədiyi fikirlərlə bağlı mühakimələr yürüdür.
Danışma
Şagird:
Ø
nitqində düzgün tələffüz qaydalarına əməl edir;
Ø
nitqində müxtəlif yardımçı vasitələrdən (uyğun səs tonu, jest, mimika,
nitq etiketləri) istifadə edir;
Ø
fikirlərini nitqin müxtəlif formalarında (monoloji, dialoji) ardıcıl ifadə
edir.
Oxu
Şagird:
Ø
mətndəki söz və ifadələrin kontekstə uyğun mənalarını
izah edir;
Ø
elmi-kütləvi və bədii mətnləri düzgün və ifadəli oxuyur;
Ø
elmi-kütləvi və bədii mətnləri məzmun və strukturuna görə təhlil edir.
Yazı
Şagird:
Ø
mənbələrdən istifadə etməklə müxtəlif formalı (inşa, esse, hekayə)
rabitəli mətnlər yazır;
Ø
özünün və başqasının yazısını təkmilləşdirir;
Ø
yazısında orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq
edir;
Ø
əməli yazılar (elan, məktub, teleqram, izahat, ərizə, tərcümeyi-hal,
arayış,
protokol, hesabat, akt) yazır.
Çap üçün deyil
8
VIII sinfin sonunda şagird:
Ø
dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir;
Ø
söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz
edir, nitqində məntiqi
vurğudan düzgün istifadə edir;
Ø
müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir, mətnin his-
sələri arasında əlaqələri gözləməklə danışır;
Ø
mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiq-
ləşdirir;
Ø
oxuduğu mətndəki əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan
istifadə edir;
Ø
seçdiyi nümunələrlə yazısını zənginləşdirir;
Ø
həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri
qaydalarına əməl edir;
Ø
müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama
Şagird:
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.
1.1.1. Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir.
1.1.2. Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir.
2. Danışma
Şagird:
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1. Söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun
tələffüz edir.
2.1.2. Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.3. Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir.
2.1.4. Mətnin hissələri arasında əlaqələri gözləməklə danışır.
3. Oxu
Şagird:
3.1. Mətni mənimsədiyini nümayiş etdirir.
3.1.1. Mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə
dəqiqləşdirir.
3.1.2. Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan istifadə edir.
3.1.3. Mətndəki fikirlərə münasibət bildirir.
Çap üçün deyil
9
4. Yazı
Şagird:
4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
4.1.1. Topladığı fakt və məlumatlara münasibətini bildirir.
4.1.2. Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri
qaydalarına əməl edir.
4.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır, fikirlərə münasibət
bildirir.
Təlim digər dillərdə aparılan ümumtəhsil məktəblərinin
8-ci sinfi üçün “Azərbaycan dili” dərslik dəsti
Təlim digər dillərdə aparılan ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün
“Azərbaycan dili” dərsliyi dinləyib-anlama, danışma, oxu və yazı məzmun
xətlərini özündə birləşdirən 13 alt-standart əsasında ümumi təlim nəticələrinin
reallaşdırılması üçün şagirdləri zəruri təlim materialları ilə təmin edir.
8-ci siniflər üçün hazırlanmış “Azərbaycan dili” dərsliyi 60 dərsin
reallaşmasını təmin edən 60 paraqrafdan ibarətdir. Hər bir dərs üçün şa-
gird lərin yaş səviyyələrinə uyğun bədii və elmi-kütləvi mətnlər, şeirlər, əlavə
tədris materialları verilmiş, həmin mətnlər üzrə seçilmiş alt-standartların
reallaşdırılmasına istiqamətləndirilmiş rəngarəng çalışmalar tərtib olunmuşdur.
4 dərs summativ qiymətləndirmə üçün (məsələn: 61-ci, 62-ci, 63-cü və 64-cü
dərslər) ayrılmışdır. Summativ qiymətləndirmə üçün nəzərdə tutulmuş mate-
riallar isə məqsədli şəkildə dərsliyə daxil edilməmiş, müəllim üçün vəsaitdə
verilmişdir.
2 – 3 dərs saatı üçün nəzərdə tutulmuş paraqraflar üzərində iş müəllimin
şəxsi mülahizəsi əsasında təşkil edilə bilər. Burada diqqət yetirmək lazımdır
ki, həmin paraqrafların əksəriyyətində bu və ya digər qrammatik materialla
şagirdlərin tanış edilməsi də nəzərdə tutulmuşdur. Həcmcə daha böyük olan
mətnlərin isə iki, bəzən də üç hissəyə bölünərək oxusunun təşkili məqsədəuyğun
hesab oluna bilər. Yaxud mətnin oxusu və məzmunu üzərində işi bir dərsdə
həyata keçirməklə, sonrakı dərsdə mətnin qavranılması, onun məzmununun
nəql edilməsi və digər çalışmalar üzərində işlərlə müvafiq şifahi və yazılı nitq
bacarıqların formalaşdırılması üzrə işlər aparıla bilər.
Dərslik şagirdlərin yaş və bilik səviyyələri nəzərə alınmaqla ciddi elmi
prinsiplər əsasında tərtib olunmuşdur. Belə ki, dərsliyin metodik sistemində
təsadüfi, bacarıq və vərdişlərin reallaşdırılmasına sistemli şəkildə xidmət
etməyən iş forması və ya didaktik material verilməmişdir. Didaktik materialların
Çap üçün deyil