Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə38/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   34   35   36   37   38   39   40   41   ...   62

Sədrəddin Hüseyn 
118
 
məzhəbi, 2. Əhli-bida məzhəbi. Birinciyə aid olanlar Rəsulillahın, 
səhabələrin  yolunda  gedənlərdir.  İkincilər  isə  dində  olmayanı 
dində olan kimi qəbul edənlərdir. Hz. Əli ilə Hz. Aişə arasındakı 
Cəməl və Hz. Əli ilə Müaviyə arasında olan Siffin vuruşmalarından 
sonra bu hadisələrlə bağlı müxtəlif görüşlər ortaya çıxdı. Bu gö-
rüşlər xaricilik, cəbriyə, mütəzilə, mərciyə, şiə kimi məzhəblərin 
yaranması üçün əsas oldu.
268
 Bu baxımdan etiqad-inanc məzhəb-
lərinin də ortaya çıxmasının bir çox səbəbləri vardır. 1.İslamın ma-
hiyyətindən dogan, 2. Siyasi çəkişmələr, 3. Xarici amillər. 4. Başqa 
səbəblər.  
Xarici amillər belə idi ki, islamiyyətin ərazisi genişləndikcə 
müsəlman olanların bir qismi “islamiyyətin nurlu aydınlığı sayə-
sində səmimi olaraq bu dini qəbul edərkən, bəziləri də ya cizyə-
dən (vergi) qurtulmaq, ya qaliblər səfinə keçib onlarla birgə izzət 
və ehtiram görmək, ya da islam inancına fəsad qata bilmək üçün 
müsəlman olurdular.  
Belə adamlardan biri yəhudi Abdullah ibn Səbə idi. Onun 
uydurmalarına görə Məhəmməd peyğəmbər ölsə də, geri dönə-
cək, əmrlərinə itaət etməyənləri cəzalandıracaq. Bu əmrlərin biri 
də Hz. Əli (əs) haqqında vəsiyyətidir. Mühacir və ənsar Peyğəm-
bərin vəfatından istifadə edərək Hz.Əlini xəlifəlik haqqından məh-
rum etdilər. İndi bu haqsızlığı aradan götürmək üçün səfərbər 
olmaq lazımdır.  
Aldanan adamlar “Səbəiyyə” adlanan qrupda toplandılar... 
və Hz. Osmana (ra) qarşı fəaliyyətə başladılar.  
Xarici amillərdən digər bir mühümü də islamiyyətin gəlişi 
ilə digər bəzi millətlərin dağılan dövlətləri, əldən gedən hakimiy-
yətləri və dədə-baba dini idi. Bu məsələyə N.Gəncəvi də toxuna-
raq “Xosrov və Şirin” əsərində Xosrovun “dədə-baba dinindən” 
əl çəkmək  istəməməsinin səbəbini  göstərir.  Məsələyə  aydınlıq 
                                                           
268
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 125-126 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
119 
gətirmək üçün Hz. Osmanın şəhid edilməsindən İmam Hüseynin 
şəhadətinə və oradan da Təvvabın hərakatına qədərki dövrün xra-
nologiyasına qısa bir nəzər salaq.  
Yəhudi əsilli Abdullah ibn Səbənin təbliğatı öz işini görmüş-
dü: “Hicrətin 37-ci ilində Misir, Kufə və Bəsrədən yola çıxan 300 
nəfərlik aldanmışlar Mədinəyə gələrək Hz. Osmanı şəhid etdilər. 
Müsəlmanların əksəriyyəti Hz.Əlini xəlifə seçsələr də, Şam valisi 
Müaviyə biət eləmədi, hətta qarşı çıxdı.”
269
  
Xarici amillərdən biri də onların anti-islam təbliğat aparatı 
və yazdıqları əsərlər idi. Son illər az qala stolüstü kitabımıza çev-
rilən  “İslam”  kitabının  müəllifi  A.Masse  Çingiz  xanın  yürüşünə 
“monqol yürüşü” deyərək yazır: “1259-cu ildə bir xristian sərkər-
dəsinin (? S.H.) başçılığı ilə monqol qoşunu Dəməşqi və Hələbi 
işğal etdi. Müsəlmanları məhv etmək üçün səlib əhlinə (? S.H.) 
yalnız monqollarla birləşmək lazım idi.”
270
  
Hz.Əlinin Müaviyə ilə qarşılaşdığı vuruşmada Hz.Əli (ə.s.) 
qalib gəlsə də, problem həll olunmamış qaldı. Vuruş əsnasında 
ortaya çıxan “hakimlik” əhvalatından sonra Hz. Əli ilə razılaşma-
yan bir dəstə adam xaricilər adlandı və bunlardan ibn Mülcəm 
ramazanın 17-də  məscidin  önündə  namaz  qılan Hz.  Əlini  ağır 
yaraladı. Hz. Əli şəhid olarkən bir vəsiyyət etdi. “Haqqı ararkən 
xəta edən ilə batili arayıb ona qovuşan bir deyil.”
271
 Haqqı arayıb 
xata edənlər deyəndə xaricilər, batili arayıb ona qovuşanlar de-
yəndə əməvilər nəzərdə tutulurdu.  
Hz. Əlidən (ə.s.) sonra onun böyük oğlu İmam Həsənin (r.a.) 
xəlifəliyi 6 ay çəkdi. O, Müaviyənin qoşunları qarşısında islamın 
birliyini və bütövlüyünü qorumaq xatirinə xəlifəlikdən könüllü əl 
çəkdi. Ancaq çox keçmədən Müaviyənin sifarişi ilə zəhərləndirilib 
şəhid edildi.  
                                                           
269
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 135 
270
  Masse A. Islam. Bakı, AE-nin baş redaksiyası, 1992, səh. 210 
271
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh.168 


Sədrəddin Hüseyn 
120
 
İmam Həsənin kiçik qardaşı İmam Hüseyn Müaviyəyə biət 
etməmişdi. Tərəfdarlarının təkidi ilə onlarla birləşmək üçün Mək-
kədən çıxıb Kufəyə gedərkən Yəzidin çoxsaylı ordusu ilə qarşılaş-
dı və Kərbəlada qeyri-bərabər döyüşdə qohumları ilə birgə şə-
hid  oldu.  “Öldürülənlərin  29-u  İmam  Hüseynin  ailəsindən  idi. 
Cəsədlər Qadiriyyə kəndində, İmamın mübarək başı Mədinədə 
“Baki” məzar- lığında dəfn edilir.”
272
 Bu hadisədən az sonra “Təv-
vabin hərəkatı” deyilən bir hərəkat başladı. “Təvvabin hərəkatı” 
665-684-cü illərdə felən ortaya çıxaraq Hz.Hüseynin intiqamını 
almaq üzrə toplanan və onların yardımına gəlmədikləri üçün dö-
yünərək tövbə edən kimsələrin oluşdurduğu bir hərəkatdır.”
273
  
İ.Mutlunun Təbərinin “İbn kəsir əl-Bidayə” əsərinə istinad 
edərək ümumiləşdirdiyi fikir yığcam şəkildə belədir: İmam Hüsey-
nin şəhadətindən sonra xalqda Əməvilərə qarşı nifrət artdı. Xü-
susən də vaxtilə İmam Hüseyni Kufəyə dəvət edənlər və savaş 
anında vədə xilaf çıxıb gəlməyənlər özlərini günahkar bilir, tövbə 
edib  əvəzində  düşməndən  intiqam  almaqları  ilə  günahlarının 
bağışlanacağını düşünürdülər. Qurani-Kərimdə Musanın (ə.s.) öz 
qövmünə dediyi “tövbə edin və buzovu tanrı bilənləri öldürün. 
Belə etsəniz, Yaradanınız yanında sizin üçün xeyirlidir” sözlərini 
özlərinə bayraq edirlər. 680-ci ildən bir qrup toplaşaraq ətrafa 
məktublar göndərir, intiqama hazırlaşırlar. 93 yaşlı Süleyman bin 
Suradı özlərinə başçı seçirlər. 683-cü ildə Yəzid ölərkən daha da 
fəallaşırlar və Kufə valisini vəzifədən uzaqlaşdırır, Məkkədə xəli-
fəliyi elan edən səhabə Abdullah bin Zübeyrə biət edirlər. 684-cü 
ilin qasım ayında Kərbalaya İmam Hüseynin qəbri üstə gəldilər. 
Ağladılar, özlərini döydülər, fəryad etdilər və Allah qarşısında and 
içdilər ki, bu yolda öləcək və öldürəcəklər.  
Sonra vuruşa gedirlər və Ubeydullah bin Ziyadın 12 minlik 
ordusu ilə qanlı vuruşmada az bir qismi xilas ola bilir. 93 yaşlı 
                                                           
272
  Mehmet Arslan (Prof.dr.), Mehmet Erdoğan. Kerbela mersiyeleri. Tunceli 
Universitesi. Qrafikler yayinevi. Ankara, 2009, səh. 56 
273
  Mutlu İsmayıl. Mazhebler nasıl ortaya çıktı. Istabul, 1997, səh. 199 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə