Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə36/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   32   33   34   35   36   37   38   39   ...   62

Sədrəddin Hüseyn 
112
 
müstəzadı,  mürəbbelər (18 bənd),  dördlüklər  (6 bənd),  fərdlər 
(29), mütəfərriqələr (2), və 182 beytlik təcnisi (Bakı nəşrində 40 
beyt) onun zəngin yaradıcılığından xəbər verir. 
Bu şeirlər onun qəzəl yaradıcılığının inkişafı və məntiqi da-
vamıdır. Bunlarla və mərsiyələrlə Raci bir sənətkar kimi bütövləşir. 
Bunu “Görürəm” rədifli qəzəlində özü belə açıqlayır: “Qəsidə, mər-
siyə mundan sonra da yaz, Raci, Mizaci-yarə müvafiq dögül qəzəl, 
görürəm”. Bunları oxuyanda qəzəllərində nədən söhbət gedəcəyi 
hiss olunur. Onun məhəbbət fəlsəfəsi, gözəllərin vəsfi, aşiq-mə-
şuq, rəqib, meyxanə və xərabət, mey və saqi, zahid, can və canan 
və s. rəmzlər, obrazlar eynən qəzəllərində olduğu kimidir. Ancaq 
daha yığcam, daha ümumidir. 
Bəzilərinə aydınlıq gətirək: 
Yeri var olmasa zülfi-siyah bu sərvi-qamətdə,  
Bu söz məşhuri aləmdir gecə olmaz qiyamətdə. 
mətləli qəsidəsində “məlamət oxlarına” bürünən, “məhəbbətin 
təsirindən vücudu yarpağa dönən”, “eşq kəhrəbasının vücudunu 
yerdən götürülməsini istəyən”, “eşqin ləzzətini dərk edib möh-
nətdən inciməyən” şair qan-yaşla Qurandansa vəsfi-xali-xəti-ruyi-
yari zikr etməyi üstün  tutur.  Zahidi xərabətə  çağırır.  Hər  şeyin 
orada olduğunu bildirir və Həzrət Əlinin vəsfinə, şəhadətinə, əhli-
beytə dair fikirlərə kəçərək, deyir:  
Bu əsrari-şəhadət nüktəsin, Raci, sual etmə,  
Bu bir şövqi-vüsali-həqqdür əhli-məhəbbətdə.  
Həmin fikri: 
Eşq əhli bu afaqdə rüsva gərək olsun,  
Məcnun kimi sərkəşteyi-səhra gərək olsun mətləli qəsidə-
sində inkişaf etdirərək: 
Öz canını qurban eləsün dust yolunda,  
Lazımdı təbərrada təvəlla gərək olsun.  


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
113 
Başdan ayağa yarsala tiğ ilə ğər aşiq,  
Məşuq ilə məmlüvv sərəpa gərək olsun
256
 qənaətinə gəlir.  
Məcnunun, Vamiqin, Leylanın, Üveysi-Qərəninin, Yəqubun, 
İsanın, Xızrın adlarını çəkir. “Mövt” -ölüm deyəndə hər şeyi fani 
edən, “Qum”-qalx deyəndə hər şəyi dirildən uca Allahı vəsf edir 
və ona qovuşmağın, onun üzünü görməyin yeganə çarəsini can 
verməkdə görür və sonda yenə Hz. Əlinin (əs) mədhini yazmağı 
qərarlaşdırır.  
Cinaslı şeir əsasən heca vəznində çox yayılmışdır. Əruz vəz-
nində  ayrıca  təcnis  yazılmamış,  klassik  şerimizdə  yalnız  cinaslı 
qafiyələrə rast gəlmək mümkündür. Raci isə əruz vəznində ayrıca 
təcnislər yazmışdır. ”Şairin ”Divan”ındakı üç yüz altmış misralıq 
təcnisi isə öz ölçüsünə görə özündən əvvəlki, çağdaş və sonrakı 
təcnislərin hamısından böyükdür”
257
, “Racinin fünuni-şeirdə ma-
hir olmağına onun təcnisləri dəxi şəhadət verir”
258
. Şair təcnislə-
rində də müxtəlif məsələlərə toxunur. Ən çox da məhəbbətin tə-
rənnümünə yer verir: 
Gəl ey aşiqin atəşə yanduran,  
Məni yanə-yanə qoyub yan duran.  
Yarın bu sözü səngi-mərmərdə siz, 
Qoyun fərq mərd ilə namərdə siz. 
Sən ilə böylə doldu cəm ey sənəm,  
Həqiqətlə baxsan əgər mən sənəm.
259
  
“Mən”in “sən”ləşməsi, “SƏN”ə  qovuşması, “SƏN”də bütöv-
ləşməsi vəhdəti-vücuda, Haqqa qovuşmağa gedən yolun baş-
lanğıcıdır.  
                                                           
256
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 22, 243, 
245, 247, 248 
257
  Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın 
xəbərləri. Ədəbiyyat.  Dil və incəsənət seriyası. Bakı, 1990, N-2,  səh. 42 
258
  Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 354 
259
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,  səh. 249, 250  


Sədrəddin Hüseyn 
114
 
“Hekayəti-İbrahim Ədhəmi” mənzuməsində İbrahim Ədhəm 
başda mərifət tacını gördükdən sonra bütün imkanlarından, sər-
vət və sultanlığından əl çəkir, Həccə gedir. Raci də “biri qəlbən 
olsa azim ona” fikriylə İ.Ədhəmlə birgə xəyalən ziyarət edir və 
güman edir ki, özünün də həcci qəbul olub.  
Mütəfərriqə və rübailərinin də əksəriyyəti məhəbbət möv-
zusundadır. Ancaq bir-ikisində sosial məsələlərə toxunur: 
Külahın satgilən, xərc et, tüfeyli olma namərdə,  
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə.
260
  
Mürəbbelərində isə daha çox sosial məsələlərə toxunur. Ya-
lançı din adamlarının bidətçiliklərindən, bir çox məsələləri öz xe-
yirləri üçün din adından dində varmış kimi təqdim etmələrindən 
şikayətlənir. Hətta iş o yerə çatır ki, müxtəlif təriqətçilər “namaz 
qılma, oruc tutma, sahibi əmr ol” hökmlərini təriqət şeyxlərinin 
adına bağlayır. “Hər biri bir Bayazid Bistami olub”. “Bu sözü ha-
çan deyib Bayazid Bistami?”
261
,-deyərək orta çağ təriqət başçıla-
rından birinin adından danışmağı pisləyir. Öz mürşidinin isə 14 
məsum olduğunu bəyan edir.  
Raci “Divan”ının farsca bölümündə 168 qəzəl, 32 beytlik bir 
qəsidə, 3 rübai, 1 fərd verilmişdi.
262
 Burada da türkcədə olduğu ki-
mi qəzəllərin çoxu məhəbbət mövzusundadır. Bu qəzəllərdə aşiq, 
məşuq, rəqib, mey, meyxana, xərabat, saqi, zahid, behişt, kövsər 
və s. kimi detallar obrazlaşdırılır, bu rəmzlərdən fikrin ifadəsi üçün 
istifadə olunur. Nümunə üçün: 
Ta tora ləle-ləb ey dust, ze mey rəngin əst 
Həmeye–omr-məra mouseme-fərvərdin əst.  
Və ya 
                                                           
260
  Raci. Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 257 
 
261
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah, 1992,  səh. 255, 256 
262
  Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).                                              
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377,516 səh. 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə