Sədrəddin Hüseyn
106
M. İbrahimov da bu məsələdə F. Köçərli ilə təqribən eyni fi-
kirdədir:“...şairin çox zaman dərin düşüncələrə daldığını, həyat-
da rast gəldiyi dönüklük və vəfasızlıqdan kədərləndiyini, həyatın
təzadları barədə dərin fikirlərə cumduğunu, bu təzadlardan bə-
zən baş aça bilmədiyini göstərən şeirləri də var:
İmtahan eylədim, ey dil, hamı xubanı dürüst,
Tapmadım bircə nəfər ədldə peymanı dürüst.
Nakam eşqin iztirablarından, əhdi-peymanını pozan gözəl-
lərdən, amansız hökm edən şahlardan və onların qan axıtmağa
hazır olan qoşunlarından, iti qılıncdan və baş kəsən cəlladların-
dan, ürəklə ruhun təzadlarından yorulmuş, onların nə səfasından,
nə də cəfa və əzablarından baş aça bilməyən şair məşhur “Nə
eşq olaydı” ... şerini yazır.”
241
Raci konkret olmasa da, ümumi şəkildə gizli eyhamlar iş-
lədir. “Nə şah, nə mülk, nə bu fövc-fövc ləşkər olaydı”, “Nə tiğ
olaydı. nə cəllad, nə bu xəncər olaydı”, “Nə tifl olaydı, nə məktəb,
nə dərs olaydı, nə elm.” “Ustad sənətkar dövrün cəza aparatından
yaxa qurtarmaq üçün gözəl ədəbi vasitəyə əl atır. Elə məcazlar
işlədir ki, heç kim onu şaha, cəlladlarına, qoşun ləşkərinə nifrət-
də təqsirləndirməyi bacarmır.”
Şairin ictimai-fəlsəfi motivlərlə zəngin olan “Nə eşq olay-
dı…” şeiri “…mütəfəkkir novator bir sənətkarın qələmindən çıx-
mış qiymətli poeziya incisidir. Təqrubən yüz iyirmi ildən bəri dil-
lərdə əzbər deyilən, Natəvan, M.Ə.Sabir, H.Cavid, “…Ş.M.Xiyaba-
ninin yaxın dostu və silahdaşı…” M.Səfvət kimi şeir sənət sahiblə-
rinə ilham verən bu əsər bənzərzisliyi və ecazkarlığı, təzadlar, kon-
fliktlər silsiləsi, üsyan ruhu ilə lirikamızda xüsusi iz qoymuşdur.”
242
241
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c.,
Bakı: Nurlar nəşriyyatı, 2009, 480 səh.29
242
Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın
xəbərləri. Ədəbiyyat. Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 40
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
107
Nə yari-kuyi qoyub xəlq edəydi meyli-behişt,
Nə şeyx olaydı, nə məscid, nə vəzi- minbər olaydı.
243
Raci başqa şeirlərində dövlətə, orduya işarələr edir, özü də
çox qəribə, özünəməxsus təşbehlərlə:
Dolanda sinəmə fikri-müjan ürək döyünür,
Sipihi-fəth kimi təbl şadyanə vurar.
Qaçammaz həlqeyi-zülfündən, ey dilbər, mənim könlüm,
Qoyubsan üstünə xali-siyahdən qəravil sən.
Ol gün ki, fövci-hüsnüvə tərtib verdilər,
Qaşun sipahi-kiprigə sərtib verdilər.
244
Yeri gəlmişkən, qaşın sərkərdəyə, kipriklərin əsgərə bənzə-
dilməsi, qaşın üstündəki qara xalın qəravil adlandırılması ədəbiy-
yatımızda Raciyəxas orijinal bədii ifadələrdir.
Qeyd edildiyi kimi, bədbinləşən, bu dünyadan nəsibini ala
bilməyən Raci şikayətlənməyə başlayır:
Nə döndü bu fələki-kəcmədar kamimcə.
Nə mümkün oldu mənə vəsli yar kamimcə.
Nə künci-qəmdə tükəndi fəğanü naləvü ah,
Nə qoydu xəlq eləyim ahu- zar kamimcə.
Nə bu zəmanəyə bağladım bel, ey Raci,
Nə saziş eylədi bu ruzigar kamimcə.
245
Bu cür düşüncələrə qapılan şair həyatdan küsür, özündən
imtina həddinə çatır hər şeydən əl çəkir:
Kəsilməz didədən gördüm, sirişki-tərdən əl çəkdim,
Nisar olsun səri-hanundə, bu gövhərdən əl çəkdim.
... Sərü can verdüm, əmma yetmədim həm sirri-cənanə,
Əbəs həm canidən keçdim, qayət həm sərdən əl çəkdim.
243
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.37
244
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 29, 78, 41
245
Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 64
Sədrəddin Hüseyn
108
Hər yerdən ümidi kəsiləndə, hər şeydən əli üzüləndə, öz dər-
dini belə kamincə ahu-zar eləməyə imkan verilmədiyi bir mühit-
də yeganə yolun Haq dərgahı olduğunu, nəhayət, qəbul edir və
bu etirafı belə dilə gətirir:
Yapışdım həlqeyi-babi-niyazə, Raci icz ilə,
Onu hər dərdə gordüm çarə mən, hər dərdən əl çəkdim.
246
Raci lirikasından söhbət açılanda onda duzlu yumorun ol-
ması, satirik ruhu ilə seçildiyi də qeyd edilir.
247
Başqa mənbələr-
də onda yumor və satira ruhunun olduğuna dair bir qeydə rast
gəlmədik. Qəzəllərini, digər şerlərini də incələyərkən bu element-
lər (xüsusən satirik) görünmədi. Əgər bunların varlığını qəbul et-
sək də, sosial mənada deyil, bunun ancaq yalançı din adamlarına,
xüsusən zahidlərə, bir də rəqibə qarşı yönəldiyini deyə bilərik.
Əslində qəzəllərinin əsas mövzusu məhəbbətdir, eşqin tərənnü-
müdür.
Bu dünya onun nəzərində sevgilisinin hicranı və vüsalına
bürünərək hicran-vüsal şərbətini dada-dada onun ağrı-acısını
yaşaya-yaşaya gileyli bir ömür yolu olmuşdur.
Bir tərəfdən ilahi
eşqə bağlı olan, hələ ondan qopa bilməyən, bir tərəfdən də za-
hidliyin mənasız olduğunu qəbul edən rindanəliyə meyillənən,
dünya gözəlinə qarşı biganə qalmayan, amma ondan da M.P.Va-
qif kimi nəsibini ala bilməyən, bu hisslərdən uzaq, təbiri caizsə,
abırlı bir şairdir.
Raciyə görə bu sənət-yaradılış bir sənətkarın əsəridir. Qeyb
aləmindən zühur edib, xalq əbəs yerə yaranmayıb və bunun sirri
“zühuri-sirri-vəhdətdir”.
İstədi səna edə məsnuə sünin aşikar,
Eylədi qeyb aləmindən bu şühudi ixtiyar.
Bir belə xəlqi əbəs xəlq etmayib pərvərdigar,
Kim bu kəsrətdən zühuri-sirri-vəhdətdür qərəz.
248
246
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 77
247
Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın
xəbərləri. Ədəbiyyat. Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 42-43
248
Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).Bakı: Sabah,1992, səh. 180
Dostları ilə paylaş: |