Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə35/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   31   32   33   34   35   36   37   38   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
109 
Dünyaya gəldiyi gündən dünyaya talib olan, ondan nəsibsiz 
qalan haqsızlığı haq, haqqı haqsızlıq kimi görən; yəni haqsız ki-
mi görünənin pərdə arxasındakı sirri aça bilməyən insan bu dün-
yanın faniliyini “dərk edir” və acı-acı şikayətlənir: 
Ver saqiya, şərab ki, ömrün baharə yox,  
Heç etibar bu fələki kəcmədarə yox,  
Bir sağər ilə dəfi-ğəmi qüssə eylədün.  
Ver cami-mey dübarə ki, ömrüm dübarə yox. 
Bu cür düşüncəli insanlarin qəlbindəkilər Racinin yaradıcı-
lığı boyu izlənir.  
Gözəlliyinlə çox qürurlanma, badi-xəzan əsə bilər. Heç bir 
gül çəməndə əbədi qalmir. Onun faniliyini dərk edəndə “övraqi-
cəmal”inin dağıldığını görəndə, onu saxlamaq üçün süni yollara 
əl atır. Saqiyə yalvarır, cami-mey istəyir.  
Dünyanın, növü-bəşərin etibarsızlğını görəndə güşeyi-vira-
nəni məskən etməyi məsləhət bilir: 
Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,  
Məskən et bayqusifət bir guşeyi viranəni. 
Ona görə də yaşanan anın qədrini bilib, onu dəyərləndir-
məyi məsləhət görür:  
Çəməndə aç gözün ey bağiban, qənimət bil,  
Xəzan yeliylə solar rəngi lalə bir saət. 
Lakin yaşanan an da, dünyadan alınan ləzzət də keçicidir: 
O ləbləri ki edir kami-aləmi şirin 
Mənim kimi olu bir vaxt təlxkəm qalur,  
Gedər şu zəhməti-mey, zəhməti xumar gəlir,  
Həmişə başda haçan nəşeyi-müdam qalur?!
249
  
– deməklə təkcə maddi aləmin deyil, yaşantıların, ruh alə-
minin acılı-şirinli anlarının da keçici olduğunu qəbul edir. Sevin-
                                                           
249
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.  56,71, 81, 28
  


Sədrəddin Hüseyn 
110
 
cin, nəşənin, məstliyin belə yerini bir boşluq, qəlb rahatsızlığı dol-
durur. Gözəlin “çeşmi-məstinin naz-nazı” da gedir və “cümlə bəd-
nəzər üz çevirir”.  
Əsər xəzan yeli gülzari-hüsnünə bir gün,  
Nə yüzdə rəng, nə zülfündə bir nizam qalur,  
Nə çeşmi-məstün edər böylə naz-naz, nigar,  
Səhi qədim nə bu no ilə xoş xürram qalur.  
O vəqtə yüz çevirir cümlə bədnəzər səndən 
Məgər bu Raciyi-biçarə sübhü şam qalur. 
“Bütün bunları dərk eləyən, ürəklə ruhun təzadlarından yo-
rulmuş, onların …səfa… və cafasından baş aça bilməyən” şair 
Nə hüsn olaydı, nə könlüm, nə dəstə-dəstə bu zülf,  
Nə şah, nə mülk, nə fövc-fövc bu ləşkər olaydı.  
Nə əbruyi-xəm olaydı, nə çeşm, nə müjgan, 
Nə tiğ olaydı, nə cəllad, nə bu xəncər olaydı.  
beytləri ilə səsləşən “Əl çəkdüm” rədifli qəzəlində “Gözünün ca-
mini  şərabi-əşki-gülgün”  ilə  doldurur,  meyxanədən  və  sagərdən 
keçir və 
Kəsilməz didədən gördüm, şirişki tərdən 
Nisar olsun səri-rahində, bu gövhərdən əl cəkdim.
250
  
– deyir. 
Raci çox ustalıqla lirik şeirin içində “şah”, “mülk”, “fövc-fövc 
ləşkər”, “əhli-bazar”, “mədaxil” və s. kimi ifadələrdən öz ictimai 
fikirlərini sətiraltı məna biçimi ilə verə bilir. Sevgilisinin güldürüb 
ağlatmağını “dirhəm”ə təşbeh etməklə məişət üslubuna aid söz-
ləri məharətlə şeirə gətirir.  
İki dünyanı qəbul edən Raci “kilidi-cənnəti həqi Heydəri-
kərrarə” tapşırdığını güman etdiyindən özünü əhli-beytin xidmə-
tinə vermiş, yazdığı mərsiyələrdə onların dastanını yaratmışdır. 
Ancaq yenə də rahat ola bilmir, zəmanəsinin dilindən: 
                                                           
250
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 28, 37, 77 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
111 
Hərçənd günah ilə səzavari-bəlayux,  
Lütf eylə, xuda, bizlərə möhnətü-ətayux.
251
  
Əta qəzanın dəf edilməsidir. Bu da Allahın əlindədir. Qəza-
nı yalnız Allah əta edə bilər. Bu barədə ayə və hədislərdə
252
 (17, 
s.214, ayələr: 13,39, s. 65, ayə 80, s.76, 216, 217) açıq deyilir. Janrca 
mərsiyə olsa da çox ciddi sosial tutuma malik olan bu şeirdə Raci 
“başdan ayağa büxli-riyavü həsəd, hər nə qədr desən ondan da 
bəd” olduğumuzu bildiyindən “ətaya sığınmaqdan”, duadan, yal-
varışdan başqa bir yol bilmir.  
İmdad elə, ya rəb, sən özün, bimədəduğ biz,  
Başdan əyağə büxlü riyavü həsədüğ biz.  
...Hər qədr təsəvvür edək, ondan da bədüx biz.
253
  
Göründüyü kimi, şair sırf ictimai məzmunlu şeirlər yazmasa 
da, sadəcə bu şeirində həm dövrün reallığını, həm də mənsub 
olduğu  millətin real-tarixi  xarakterini  görə  bilirik.  O,  şeilərində 
yeri gəldikcə sosial məsələlərə toxunur və mütəfəkkür şair kimi, 
öz münasibətini, mövqeyini ifadə edir. Qəbul edək ki, “Raci qə-
zəllərindəki lirik “Mən”in incə ruhu, mərsiyələrindəki yanar ürək, 
rübailərindəki müdriklik, mütəfərriqələrindəki sağlam, nikbin əh-
val, müxtəlif şeirlərindəki vətənpərvərlik, dosta sədaqət duyğu-
ları şairin mənəviyyatının bədii əksidir.”
254
  
Qəzəllərdən əlavə Racinin ”Seçilmiş əsərlərin”də
255
 “Heka-
yəti-İbrahim Ədhəm” mənzuməsi, mürəbbe (16 bənd), mütəfər-
riqə  və  rübailəri,  Cənub nəşrində  iki qəsidə,  ”Hekayəti-İbrafim 
Ədhəm”, iki “Kərbəla səfəri” mənzuməsi, ”Dər mədhi samovar” 
                                                           
251
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 88 
252
  Bünyadov Z., Məmmədəliyev V. Qur’an (tərcüməsi).                                             
Bakı, 1992. səh. s.214, ayə: 13,39, s. 65, ayə 80, s.76, 216, 217 
253
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 88 
254
  Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı:                                                 
Nurlar nəşriyyatı, 2009, 480 səh. 250 
255
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,278 səh 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə