Sədrəddin Hüseyn
100
…Nə təngə gəldi gözüm intizar çəkməkdən,
Nəticə verdi nə bu intizar kamimcə.
Nə bü zəmanəyə mən bağladım bel, ey Raci,
Nə saziş eylədi bu rüzigar kamimcə.
Allah yaratdığı qullarını bağışlayır. Onun arınması üçün çe-
şidli yollar açır. Tövbə qapısı həmişə açıq olduğundan Raci də töv-
bə edir. Ayrıca “Tövbə” rədifli qəzəl də yazır. Ancaq qəribədir ki,
bu qəzəlin özü də ziddiyyətlə doludur. Çıxılmaz vəziyyətdə qala-
nın yol aramasından çox, tövbə ilə bağlı fikir mübadiləsinə bən-
zəyir:
…Demişəm içmərəm mey, ey saqi, əmma keç günahimdən,
Səni mən görməmişəm, eyləmişəm bixəbər tövbə.
Nə mən bu eşqdə iczü-niyaz etməkdən əl çəkdim,
Nə sən naz eyləməkdən əl çəkdin, ey zibapəsər, tövbə
Həqiqi dost rahində başun ver, Raci,”uf” demə,
Məcazi aşinadan tövbə, tövbə, müxtəsər tövbə
229
Göründüyü kimi, Raci Allah qarşısında tövbəyə meyllidir
və günahı da “məcazi aşinaya” meyl etməklə və ya
“badəgunluqla” bağlıdır.
Əgər gətirilən nümunələrə dərindən diqqət etsək, bu, sa-
dəcə sevgilinin qaşını mehraba təşbeh, ona “Rəbbim”, demək
“yüzünü görəndə yüz təsbeh lailahə illəllah” çevirməsi və s. deyil.
Nümunələr Allaha şərik qoşmağı göstərir ki, bu da günahların
ən böyüyüdür. Ömrü boyu bir müsəlman həyatı yaşayan, həccə
gedən bir şair, görəsən, bu sözləri necə işlədir, necə bu qənaətə
gəlir? Şeirlərin çoxunda müşahidə olunan ziddiyyətlərin kökü
nədədir? Necə oldu, bu antiklerikal görüşlər Nizamidə, Nəsimi
və Füzulidə görünmədi və ya görünməz dərəcədə az oldu, Füzu-
lidən sonrakı ədəbiyyatımızda məsələlərə bu qədər fərqli qütb-
229
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 66, 49
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
101
dən yanaşıldı, bir insanın daxili dünyasında bir-birinə zidd bir
neçə dünya yaşandı? Baxmayaraq ki, Nizaminin özünün belə
“tövbə evini” hərdən “eşq xərab etmədə, aşiq iftarına sevda me-
yi-nab etmədədir.”
Əslində ümumilikdə götürsək, bu bəşər övladına xas xüsu-
siyyətdir. Hər kəsin həyat boyu yaşantıları dolanbac olur, fəlsəfi
düşüncələri, dünyadərki də həmçinin. Şairləri də insan qəlbinin
tərcümanı kimi qəbul etsək, əvvəla bu fikri götürməliyik ki, bütün
bunlar insanoğlunun qəlb aləminin şair qələmində bədii əksidir.
Onda şairlərin həm də daha həssas, daha dərin və duyarlı yaşa-
dıqlarını, mənən daha zəngin və ilhamlı olduqlarını, yaza bilmək
qabiliyyətlərinin də olduğunu qəbul etməliyik və deməliyik ki,
bunlar insanların yaşantılarının, duyğu və düşüncələrinin bədii
əksi olmaqla bərabər, həm də şairin iç dünyasının bədii inikası-
dır. Deməli, “niyələrdən” nə insanlar, nə də şairlər yaxa qurtara
bilir. Əsas sirr isə yenə insanın yaradılışının hikmətində, sirrində-
dir. İnsanın iç dünyasında imanla nəfs baş-başadır. Şeytanın vəs-
vəsəsi daim insana haramları gözəl göstərir və insan dünyaya
meyilli olur, imanın ittihamlarından qurtarmaq üçün inkar yolunu
belə tutur.
Əgər Məhəmməd peyğəmbər (s.ə.s.) bir hədisində “Alla-
hım, məni göz açıb yumuncaya qədər nəfsimlə baş-başa qoy-
ma”, –deyirsə, onda başqaları hər an nəfsinin əsiri ola bilər. Dün-
yada hər şey bir-birinə qarışıb, zəmanədən baş açmaq olmur.
Rindü, şeyxü, salikü, zahid qarışmış bir yerə,
Çeşmi həqbin yox seçə namərd ilə mərdanəni.
230
Qeyd olunan ziddiyyətlər də bundan sonra baş verir, onun
bədii ifadəsi də. Nə qədər ki, nəfs var, şeytana uymaq var, günah
da var, suç da, ziddiyyətlər də. Belə ziddiyyətləri Racinin də bütün
yaradıcılığı boyu müşahidə edəcəyik. Onların digər mühüm sə-
bəbləri də vardır.
230
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 71
Sədrəddin Hüseyn
102
Danılmaz həqiqətdir ki, “şairin vəzifəsi həqiqətən olub
keçənlərdən deyil, …ehtimala və ya zərurətə görə mümkün
ola bilən hadisələrdən bəhs etməkdir.”
231
Dögrudan da heç
kəs deyə bilməz ki, şairlərin (o cümlədən Racinin) yazdıqları bü-
tünlüklə yaşantılarının bədii ifadəsidir. Bunlar sadəcə həm bəşər
övladının, həm də özlərinin duyğu və düşüncələrinin məhsulu,
xəyallarından keçənlərin bədii ifadəsidir. Həmişə gələcək zama-
na aid olur. Felin arzu, əmr, ya da şərt şəklindədir. Həqiqət deyil,
xəyalidir. ”Aldanmayın, şair sözü, əlbəttə, yalandır” (M.Füzuli). An-
caq hər nə qədər bədii yalan olsa da, qəribə görünən və bizi hey-
rətdə qoyan Racinin yaradıcılığı boyu müşahidə olunan elə zid-
diyyətli fikirləridir ki, bunu elə bir imanlı adamın, Əhli-beyt aşiqi-
nin, ”məcazi eşqindən” tövbə edən, həqiqi dostunu tapıb yolun-
da “uf” demədən başını verməyə hazır olan şairin dilindən deyil-
məsi təəssüf doğurur. ”İymanında xələllər görünməyinə” (S.Ə.Şir-
vani) acıyırsan. Şairin bu halbahalının içərisində məskunlaşan ne-
qativ cəhətlər oxucuya da sirayət edir, onu da nəfsin çəkdiyi gir-
daba “şirin-şirin” (Raci) sürükləyir. Bu hisslər, duyğu və düşəncə-
lər Raci yaradıcılığında da nəşət edir. Ziddiyyətlərin kökünü ax-
tarmaq üçün çox uzağa getmək lazım deyil. Quranın Nəcm surə-
sində deyilir: ” Müşriklər Allahı qoyub yalnız qadın bütlərə (La-
ta, Mənafa, Uzzəya, Nailəyə) tapınır və yalnız asi şeytana iba-
dət edirlər”
232
, “ Şeytan müşrik- lərə vədlər verir, ürəklərdə
arzular oyadır. Lakin …yalnız yalan vədlər verir.”
233
Bu ayələr-
dən çıxan nəticə belədir ki, müşriklərin könül verib yalvardıqları
və ya adına dəvət etdikləri məbutları dişilər olur. Bunların nəzə-
rində ilahi məfhum və mabut təsəvvürü hər şeydən əvvəl bir qa-
dın xəyalıdır. Və bunun üçündür ki, bütlərin əksəriyyəti qadın su-
rətində və qadın ismindədir. O bütün zövqünü və bütün ilhamını
qadından almaq istəyir. Ona görə də xəyallarında canlandırdıq-
231
Aristotel. Poetika. Bakı, 1974, səh.63
232
Quran. Səudiyyə Ərəbistanı. Əl-Mədinə Əl-Münəvvərə. 1305, Nisə surəsi, ayə 20
233
Yenə orada. Nisə surəsi, ayə 4/117-120).
Dostları ilə paylaş: |