Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə31/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
97 
Saqiyi-qeyb əlindən meyi-vəhdətdən içüb,  
Süturi-məst kimi bari-şəriət çəkirəm.
225
  
Həmişə tənqid etdiyi “əfsürdəmaq” zahidlərin şairi belə gö-
rəndə rişxənd edib güləcəklərini bildiyindən onları qabaqlayır.  
Vurma tənə mənə ey zahidi-əfsürdəmaq,  
Mən’i-nəfs eyləmişəm, rənci-təriqət çəkirəm.  
 –Nəfsi mə’n etmək onu cilovlayıb aşa və susdura bilmək-
dir. Başqa bir yerdə onları saya salmır. “Zahidin pəndü mənə ey-
ləməz əsla təsir. Qulağım gündə mənim yüz belə dastan eşidir. 
“, – deyir. Və nəhayət güşənişinlik və riyazət anları: 
Sufiyi-eşqəmü xəlvətgahi-qəm içrə müqim,  
Yar adı virdi-zəbənimdə, riyazət çəkirəm. 
Əlbəttə, vəziyyət bu həddə çatanda “yar” rəmzi artıq dün-
yəvi  deyil,  ilahi  mahiyyət  daşıyır.  Füzulinin  “bir  günah  edəndə 
min bir gün ah edib” günahlardan münəzzəh olduğu kimi, Raci 
də bu möhnətin nəticəsiz qalmayacağını düşünür.  
Raci, şikva eləyib dəxi demə çoxdu qəmim,  
Tari şahiddi ki, mən yüz belə möhnət çəkirəm. 
Özünü bu səviyyədə təqdim edən şair başqa şerlərində adi 
şərabı meyi-vəhdətdən, meyxanəni xəlvətdən üstün tutur, hətta 
o həddə çatır ki, şərab ilə dəstəmaz alır. Müsəlman olmazdan əv-
vəl öz qız uşaqlarını diri-diri basdıranlar imana gələndən sonra 
qarışqanı belə tapdamaqdan qorxardılar. Raciyə görə belə zahid-
dən qorxmağa dəyməz. ”Bircə cami-mey”lə salik yol üstündəki 
muru görməz olar.  
Başqa bir yerdə: Min zəhmət ilə Kəbəyə bir hacı yetməsün,  
Gəlsin təvaf etsin o zair bu məclisi. və ya bu bəzmə, saqiya, 
meyxanədən mey nəhr ilən gəlsin
226
 deməklə yenə məclisi Kəbə-
dən üstün tutur, çünki saqiyə bəzən “piri-muğan” deyir və o qa-
nını mey tək halal edən bir fitva verir.  
                                                           
225
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 16, 31  
226
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 31, 74, 49 


Sədrəddin Hüseyn 
98
 
Güldü, danışdı yar, dur, ey eşq müflisi.  
Doldurdu ləli-dürrü cəvahir bu məclisi - və axır ki,  
Hicran çölündə Raci əgərçi dolandi çox,  
Tapdı, həzar şükr, o müsafir bu məclisi. 
Zahid deyər haramdu dəgsə dilə şərab
Qoymaz dəgə dilə, odu Raci şərab atar! 
deməkdə iki fikir anlaşılır. 
1. Zahid şərabı haram bilir, odur ki, Raci də şərabı atır. 2. Bu 
şərabın haramlığı elə bir yanğıdır ki, o odu ançaq şərabla atmaq-
söndürmək olar. 
Meyxanədə şərab ilə al, Raci, dastəmaz,  
Bir öylə səcdəgahdə böylə vüzu gərək. 
Nümunələrdən göründüyü kimi, şair şərabla dəstəmaz al-
maqla həm də ləli-ləbini şərabdan üstün tutur, bir yerdə hətta 
İsa möcüzəsi kimi ölüləri diriltməyə qadir olduğunu göstərərək 
Qurandakı Yasin surəsinin 78-ci ayəsindəki “Öz yaradılışını unu-
dur: “Çürümüş sümükləri kim dirildə bilər? -deyə bizə bir misal 
da çəkir.” fikrinə işarə edir. Yarın ləbinin İsa möcüzəsinə-dirilt-
məyə qadir olduğunu bildirir.  
Təkəmmül qıl, əyan olsun dəmündən möcüzi-İsa,  
Ləbün icazı çün dəviyi “mən-yühyilizam” eylər.
227
  
“Yar sinəsində olan şairin qəlbi imanla dolur.”, “Zahid eşqin 
dərd-qüssəsilə aşiqi qorxutmasın, eşqin dərdi dərman, qüssəsi 
şadlıq, rənci rahatlıq gətirir.”, “Eşq əhli halını bir hal ilə keçirir.”, 
“Nisyə yerə qiyamətə göz dikməsinlər. O, hurisini bu cahanda 
tapıb.”, “Raci kimi hamı sənə dil versə, pirü cəvandan bir nəfər 
xudapərəst qalmaz”, – deyə sevgilisinin yolunda lirik qəhrəman 
dinini belə dəyişməyə hazırdır. O bu dərsini piri-muğandan al-
mışdır. Raciyə görə, Zahid özü də, Sənan da belə edərdi: 
                                                           
227
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 
75, 76, 69, 27 
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
99 
Təsbehi zahid əlindən atar, görsə xaluvi,  
Sənan da zülfüvə zünnardan keçər.  
Təsbeh möminlər üçün Yaradanı zikr etmə vasitəsi, zünnar 
isə xristiyanların və ya zahidlərin belinə bağladıqları simvolik bel 
bağıdır“Xalı görəndə şair təsadüfən təsbehi atmayıb. Min dəfə 
istixarə eləyib”. 
Nəticədə  “Rəbbim”,  “qibləm”deməkdən,  “yüzünə  and  iç-
məkdən” özünü mə’n edə bilmir.  
Mənim imanü, dinü məzhəbü qibləm bu gün sənsən,  
Yüzün aç, and içüm, kafər, əgər Quranə qailsən?  
Deməli, sadəcə “bu gün”. Yəni başqa gün başqa birisinə 
təvəccöh edə bilər. Üstəlik, qəribə məntiqsizklik. Əgər bu kafər-
dirsə, o, Qurana necə qail ola bilər, əgər Quranə qaildirsə, o necə 
kafərdir? “Əzmi-rəmimi-aşiqin ehya olur əgər
Ey İsanəfəs, eyliyəsən bir dəm iltifat”. Yəni bir dəmcə iltifat 
göstərsə aşiqin ölmüş sümükləri dirilir. Bütün bunlarla bərabər 
xərabətdə kəramət görür, “İxlas” surəsini dilə gətirir.  
Ey müdərris, bu mədarisdə, məgər küfrü zəlal,  
Gəl xərabata ki, yüz kəşfü kəramət görsənir.  
Dur, eylə sureyi-ixlasi həzərxan, Raci,  
Müdərris ol ruxi-ümmülkitabə baxmaqdan
228
  
Şair ziddiyyətlərin gətirdiyi mənəvi boşluqdan, iki yol ayrı-
cında qalaraq fikir döyüşlərindən xilas olub çıxış yolu tapa bilmir. 
Bu dünyadan yetərincə kam ala bilməyən şair “Nə eşq olaydı, nə 
aşiq” mətləli məşhur qəzəli ilə səsləşən başqa bir qəzəlində belə 
deyir: 
Nə döndü bu fələki kəcmədar kamimcə,  
Nə mümkün oldu mənə vəsli-yar kamimcə.  
                                                           
228
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 
55,60,78, 66. 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə