Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
103
ları qadınları az qala ilahiləşdirilir və bunların qarşısında əsil qa-
dınlar təhqir edilir, zövq vasitəsinə çevrilir. Mabudunu qadun
təsəvvür edən müşriklərin əlində həqiqi qadınlar elə alçaldılır ki,
hörmət bir yana, onlar ən bəsit insan haqlarından belə məhrum
edilirlər. Bu müşriklər nəyə baxsalar, onu qadın təsəvvür edirlər
və bu surətdə bütün ibadət zövqünü şəhvətdə toplayıb haq və
həqiqətləri xəyallara fəda edərək, qadın rəsmləri, heykəlləri qar-
şısında gerçək qadınları ayaqlar altında süründürürlər. Belə hal-
lar mifik təfəkkürdə də özünü göstərmiş, ağac, balıq, canavar
və s. arxetiplər kulta çevriləndə qadın şəklində düşünülmüş, yəni
mifik qəhrəmanlar onlardan doğulmuşdur. Ənənə sonralar da
davam etmiş, bu gün yarıçılpaq şəkillərin sərgilənməsi, reklama
alət kimi hallar qadına münasibətin yeni bir formada təzahürüdür.
Real həyatdakı bu hallar ədəbiyyat müstəvisində sənəmləri ila-
hiləşdirməyə və ilahi eşqin dünyəviləşməyinə səbəb olmuşdur.
Bunun başqa bir izahı da sevdiyində fani olmaq, onun priz-
masından əsl sevgilini görə bilməkdir. Haqqa qovuşmaq üçün
gül bülbülə, Leyli Məcnuna bir vəsilədir. Nəqşibəndilərdə Haqqa
qovuşmanın yolu fənafil şeyx, fənafil Rəsul, fənafil Allah olmaqla
mümkündür. Bu vəsilələri Seyid Əzim Şirvani belə mənalandırır:
Kimi Kəbədə, kimi deyr içrə görər,
Hərə bir növ gəzir, axtarır ol canani.
Dağə Fərhad çalıb tişəni şirin-şirin,
Gördü Şirində həq nurunu verdi cani.
Gördü Məcnun əsəri-Xaliqini Leyladə,
Düşdü vadilərə, mənzil etdi səhrani.
234
Məcnunun İbn-Səlamdan sonrakı Leyliyə münasibətinin sirri
də məncə bundadır və bu haqda bu günə qədər deyilənlərdən
daha tutarlı və daha məntiqi dəlildir.
Nizami və Füzulilərin yaradıcılığında isə özlərindən sonrakı-
larda olan belə ziddiyyətlərin görünməməsi imanlarının kamilli-
234
Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 84
Sədrəddin Hüseyn
104
yində, nəfsi yenmələrində, Allaha qulluqda qüsursuzluqlarında
idi, yüksəldikləri məqamda dura bilmələrində idi. Sonrakı düşün-
cə dünyamızda nə qədər dəyişmələr olsa da, ””Füzuli şair deyil”
deyən M.F.Axundzadə öz avropaçı modern konsepsiyası ilə sufiz-
mə zərbə vursa da…sufizmi məhv etmək olmazdı. Nə qədər ki
ALLAH var, İNSANIN ona ilahi-mistik məhəbbəti var, sufizm ola-
caq”
235
və ilahi eşq də olacaq, onun tərənnümü də.
İnsanın ictimai görüşləri onun dünyaya, cəmiyyətə qarşı
münasibətindən doğur. O nə istəyir? İstədiyini əldə etmək, arzu-
larını reallaşdırmaq üçün qarşısını kəsən nədir? -Qarşısını kəsən,
mane olan qüvvələri dəf etmək üçün yollar aranır. Bu axtarışda
meydana gələn fikirlər sosial görüşləri formalaşdırır. İnsan xarak-
terinə görə üsyankar olur, mübariz olur, şikayətçi olur, ağlayır,
sızlayır, heç nəyə əli çatmayanda hər şeydən üz döndərir, ya asi
olur, ya da Allaha təvəccöh edir, dua edir, yalvarır. Bəs Racinin
istəyi, bu dünyadan umacağı nədir? Əslində onun həyat tərzi za-
hidlərin, dərvişlərin, təsəvvüf əhlinin həyat tərzinə çox bənzəyir.
Onlar kimi Racini də bu dünyanın nazü nemətləri maraqlandırmır.
Nə zəmanəsindən, nə insanlardan, nə quruluşdan, nə hökm-
darlardan, nə onların haqsızlıqlarından açıq şəkildə heç nə deyil-
mir. “Bir sınıq qəlyan ilən hökmdarları saymayan” şair minnətsiz,
sadə yaşamağı üstün tutur. Belə çıxır ki, mövcud vəziyyəti ilə ra-
zıdır. Onu nə vətənin taleyi, gələcəyi, nə həmvətənlərinin acına-
caqlı, faciəli halları, nə şah rejimində əzilmələri, milli varlığının
təhlükə qarşısında qalması, nə də bəşərin taleyi maraqlandırır.
Tək bir mürəbbesində din adamlarının dinə pozğunluq gətirmə-
lərindən, hərə özünü bir Bayazid Bistami hesab edərək fitva və
hökmlər verməklə bidətçiliyi yaymalarından şikayətlənir, dinin
təəssübkeşi kimi çıxış edir. Qalan hallarda isə onun istədiyi niga-
rıdır. Onun zülf içində hərdən görünən yanağına, xalına, qaş-gö-
zünə doyunca tamaşa etməsidir. Çox uzağa gedəndə xalını öp-
235
Şəmsizadə Nizaməddin. Ədəbiyyat nəzəriyyəsi. Bakı, 1912, səh. 345
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
105
mək, ləblərin əmmək istəyir. Bu dünya onun nəzərində sevgilisi-
nin hicranı və vüsalına bürünərək hicran-vüsal şərbətini dada-
dada, onun ağrı-acısını yaşaya-yaşaya, rəqibdən gileyli bir ömür
yoludur. Bununla belə misralarda, sətiraltı deyimlərdə sosial gö-
rüşləri də öz əksini tapmaqdadır. ”Doğrudur, Raci nə inqilab xa-
dimi, nə də ateist idi. Lakin o, yeri gəldikcə ədalətsiz dövlət qu-
ruluşuna, soyğunçu hakim təbəqələrə, xalqı cəhalətdə saxlayıb
kor etməyə, dünyadan əl çəkdirməyə çağıran saxta mollalara qarşı
haqq sözünü deməkdən çəkinmirdi”
236
Şikayəti rəqibdəndir, əğyardandır, nigarın vəfasızlığıdır, dün-
yanın fani olmasıdır. Raci “Gah sufi kimi dünyadan və onun varın-
dan üz döndərən, gah da doqquz axçadan ötrü az qala dünyaya
və dünyadakı bütün övqaflara lənət oxuyan”
237
gah da “bivəfa
dünyada gördüklərini bivəfa görən”
238
“salamı rüşvət deyil deyə
alınmayan”, “aşiqi-sadiq” olan, tam bir zühd, takva həyatı yaşa-
yan ustadı Füzulidən fərqli olaraq bu dünya əzabının imtahan
olduğunu yəqin etsə də, ona axıra qədər səbri çatmır.
Əritdi buteyi-qəmdə bu cismi-natəvan zalım,
Cəfadur-həddən aşdı, imtəhandur bu əğər-bəsdir.
239
Onun bu halını görkəmli ədəbiyyatşünas F.Köçərli çox gö-
zəl xarakterizə edir : “Atidə yazılan qəzəlində Raci insanın başına
eşqdən gələn bəlaları bir-bir tədad edib, onların olmağını, filcüm-
lə dünyada insanın zövq-səfası və eyş-işrəti üçün xəlq olunmuş
əsbabü əlamətlərin yoxluğunu və hüsn aləmin, qəm-qüssəsinin
nəfyini arzu edib əsil mətləb və təmannasın nə olduğunu gizli
saxlayır. Rus şairi Lermontov kimi bizim Racimiz də nə ölmək is-
təyir və nə sağ qalmaq, nə şirinliyə meyl edir, nə acılığa, nə hic-
rin zəhri-həlahilini və nə vəslin şəkəri-safini tələb edir.”
240
236
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c. Bakı: Nurlar nəşriyyatı, 2009, 480 səh. 249
237
Qaraxan Ə. Füzuli mühiti, həyatı və şəxsiyyəti. Bakı, 1989, səh. 200
238
Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, səh. 213
239
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.29
240
Köçərli F. Azərbaycan ədəbiyyatı. II c., Bakı: Elm, 1981, səh. 352
Dostları ilə paylaş: |