Sədrəddin Hüseyn
94
Allaha aşiqliyində ifadə olunan həqiqi məhəbət İnsanın (aşiqin)
İnsana (məşuqəyə) aşiqliyində ifadə olunan məcazi məhəbbət
kodu ilə paralelləşir.”
218
Füzulidə bu səviyyəyə qalxan haqq sev-
gisi Füzulidən sonra getdikcə məcrasını dəyişir, Nəbatidə burul-
ğana düşüb kursunu itirir, Vaqifdə sırf dünya gözəli və ondan
alınan zövq-səfanın tərənnümü əsas yer tutur, S.Vurğun isə ”yal-
dan tək aşan qızın qarşısında atdan düşüb yol çaşır”
219
, ömrünün
qürubunda isə ilk eşqinin Leylasını görməyi arzulayır. Ustad Şəh-
riyar da qoca və xəstə olanda yanına ziyarətə gələn Leylasına-
Sürəyyaya “Hala çera?” (“İndi niyə?”) rədifli qəzəlini deyir. İzlərini
Racidə də gördüyümüz Y.Qarayevin fikirlərinə nəzər salaq:
“Füzuli sevgisi də ayrılıqda nə tanrı-insan, nə də qadın-kişi
rəğbəti demək deyil.
…Biz tək ölümümüzü yox, həm də ölməzliyimizi (əbədiyyəti)
dərk edirik və bunun real gerçəkliyi kimi, sevgimizi (fərqi yoxdur,
istər ilahi sevgi olsun, istər bəşəri) dərk edirik. Bu sevginin hər
ikisi birlikdə ədəbiyyatımızın şərtini və zəminini təşkil edir: ailə
yoxdursa, cismani irsiyyət və əbədiyyət yoxdur, ruh yoxdursa,
mənəvi irsiyyət və əbədiyyət yoxdur. Çünki nəşə indikidir və fa-
nidir, kədər-əbədi və sabit. Son məqsəd həqiqətə və əbədiyyitə
yetməkdir. Bu məqsədə isə, müdrikliyə isə bizi iztirab aparır,
nəşə yox…
Füzuli hər bir ölümdən bir yox, iki dünyada əmələ gələn zəl-
zələni təsvir edir və elan edir ki, ölüm aktı ilə yoxsullaşan, və…zən-
ginləşən dünyalar var”
220
(41, 194).
Deməli, bütün sevgilərin üstündə ilahi sevgi durur. Əgər o
sevgi yoxdursa, hər şeydə Yaradanın sənətini görüb buna görə
218
Seyfəddin Rzasoy. Azərbaycan dastanlarında şaman-qəhrəman arxetipi.
Bakı: Elm və təhsil, 2015, səh. 68
219
Səməd Vurğun. Seçilmiş əsərləri. 2 cilddə. I c., Bakı: Azərnəşr, 1976, səh. 273
220
Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh. 194
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
95
onu sevmir və bunları bizim üçün yaratdığını dərk edib buna gö-
rə şükr etmiriksə, sevdiklərimizi də onun üçün sevmiriksə, başqa
sevgilərin hamısı saxta və keçici olar.”Xəlqi ifadələr, detallar, təş-
behlər, obrazlar kimi, sufi motivlər və ideyalar da bu şeirə birbaşa
elmi, dini, fəlsəfi mənbədən yox, Nizamidən, Nəsimidən, C. Ru-
midən, Ş. Təbrizidən, Ş. M. Şəbüstəridən və Nəvaidən bu poezi-
yaya gəlir.”
221
“Canı hər kim cananı üçün sevsə, canın sevər” deyən Füzu-
limi doğru yoldadır, Vaqifmi, və ya ziddiyyətlər burulğanında kur-
sunu itirən, “Gah ağıllı, gah divanə olan, gah kəlisalara rəhban
olan, gah dərviş, gah meyxana süpürgəçisi”olan Nəbatinin axtar-
dığı nədir? İnsanoğlunun axtardığı doğru yolun-haqqın kökünü
yenə Qurani-Kərimdən tapmaq olar. “Nəbə”-(xəbər) surəsində
(8-ci ayə) ”Biz hər şeyi cütlər olaraq yaratdıq”
222
deyilir. Təfsirlər-
də insanların da cüt yarandığı və biri digərinin yarısı, birləşdikdə
tam olması, bütöv ləşməsi bildirilir. Ərəb dilində qadının bir mə-
nası zövcə deməkdir. “Zövc bir-birini tamamlayan və ya tamam-
lama durumu olan bir şeydir.”Əgər bir-birinə zidd kimi gördüyü-
müz şeylər bir-birinin zövcəsidirsə, acı şirinin, yoxuş enişin, izti-
rab sevincin, ölüm də həyatın zövcəsidir. Deməli, insanın başqa
cinsə olan meyli özünü tamamlamağa, bütövləşdirməyə olan cəh-
didir. “Bu evlənmədə (ölümlə həyatın zövcündə) bütün evliliklərdə
olduğu kimi nikah kəsilir və izdivac gerçəkləşdirilir… və bu nikah
Allah qarşısında olur, orada əhd edilir. Və “insanoğlu ölmək üçün
var olur, dirilmək üçün ölür və əbədiyyəti duyub yaşamaq üçün
də dirilir.”
223
Bir az əvvəl deyildiyi kimi, insanlar (Leyli və Məcnun) bir-
birinə deyil, ikisi birlikdə Hüsnü-mütləqə aşiqdir, bu aşiqliyin də
sonu Allaha qovüşmaqdır. Yoxsa Füzulinin dərdi bir başqa dərd
221
Qarayev Yaşar. Meyar şəxsiyyətdir. Bakı: Yazıçı, 1988, səh. 209
222
Bünyadov Z., Məmmədəliyev V. Qur’an (tərcüməsi).Bakı, 1992.362 səh. 611
223
”Sızıntı” dərgisi. İstanbul, 2002, mart sayı, səh. 55
Sədrəddin Hüseyn
96
deyilmiş ki “məni bimar sanmazmı?” deyib “dərdinə dəva” axtar-
sın. Bu dərdin dəvası canana qovuşmaqdır ki, o da baqi dünyaya
köç etməklə olur. “Tərki-can derlər bu dərdin mötəbər dərmanı-
na”, ona görə də “eşq dərdi ey müalic, qabili dərman degil.”
224
Bu da bu alış-veriş dünyasinda nə qazandığımızdan və bu qazan-
cın orada nə qədər karımıza gələ biləcəyindən asılıdır.
Raci Hz. Əlinin (ə.s) adını cəkdiyi bir qəzəlin sonunda
“Məşhur idi qeytermeyi xurşidi fələkdən,
Raci, onu gizlətmək olur, gün tək əyandır” deyərək Məhəm-
məd peyğəmbərin (s.ə.s) Günəşi dayandırması ilə bağlı möcüzə-
sini yada salır. Əslində bu hədislə bağlı qaynaqlarda fərqli fikirlər
var. Mövzumuz bu olmadığından bu beyti Racinin Hz. Əliyə sev-
gisinin ifadəsi kimi qəbul etməklə kifayətlənirik.
Zahidliklə yanaşı rindanəlik və onunla bağlı rəmzlər də onun
şeirlərinin əsas elementləri olaraq fəlsəfi estetik, sosial görüşlə-
rinin açımına xidmət edir. M. Füzuli “saqi, kərəm eylə, cam gəz-
dir” dediyi kimi Raci də:
Götür, saqi, meyi-külfami, doldur cami-zərrinə,
Əlimdən tut amandır, qərq oldum qüssə bəhrinə. - deyir.
Şərabı artıq içdikcə nəşə necə artırsa, vəslə meyil etdikcə də eşq
havasının artdığı qənaətinə gələn Raci hər ikisini çox vaxt birgə
götürür və məsələyə müxtəlif baxış bucaqlarından yanaşır.
Sufilikdə həqiqət mərtəbəsinə ulaşmaq üçün 40 gün riya-
zət dövrü keçirirlər. Guşənişin olur, daim ibadət edir, heyvani qi-
dalardan uzaq dururlar. Lirik şeirlərində 50-dən çox zahid sözü
işlədən və əksəriyyətində tənqidi, ironik mövqedən yanaşan Raci
bəzən birbaşa onların yolunu tutur, bu dəfə adi şərab deyil, vəh-
dət meyi içir.
224
Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 269 səh. 218
Dostları ilə paylaş: |