Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə42/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   38   39   40   41   42   43   44   45   ...   62

Sədrəddin Hüseyn 
130
 
Vaxtilə M. F. Axundov mərsiyəçiliyi İranın zərərli bir təsiri 
kimi pisləyərdi. Ona görə “Mərsiyəçilik məhərrəmlik təziyədarlığı 
ilə əlaqədar idi. Təziyədarlıq ilk dəfə şiə padşahlarının əli ilə süni 
surətdə Azərbaycan xalqına bağlanmış, ruhanilərin əlində gəlir 
mənbəyinə çevrilmiş, bu sahədə yazılan əsərlər isə uydurulmuş 
yalanlardan ibarətdir.”
298
  
Ədəbiyyatşünas Feyzulla Qasımzadəyə ğörə isə “Mərsiyə 
ədəbiyyatı 19-cu əsr boyunca qizğın inkişaf yolu keçərək geniş 
yayılmış və onun Raci, Qumri, Şüai, Süpehri, Ahi, Mirzə Həbib Qüdsi 
kimi tanınmış nümayəndələri yetişmiş və yüzlərcə mərsiyə kitab-
ları  yazılmışdır.  Bunun  əsas  səbəbi  odur  ki,  cəmiyyətin  hakim 
feodal-mülkədar sinifləri və ruhanilər öz hakimiyyətlərini qoru-
maq, xalq kütlələrini məhkum vəziyyətdə saxlamaq üçün mərsi-
yə ədəbiyyatından, məhərrəmlik təziyədarlığından geniş istifadə 
edir və bunları inkişaf etməkdə olan yeniliyə… qarşı bir irtica kimi 
alovlandırmağa çalışırdılar. Məhərrəmlik təziyədarlığı və onunla 
əlaqədər yaranan mərsiyə ədbiyyatı Azərbaycan xalqının həyatın-
dan, onun milli zərurətindən doğmamışdır. Bu ədəbiyyat onun 
ruhuna zidd və yabançıdır.”
299
  
İnsanlar  yaranışından  itkiləri  sarsıntıyla,  çaşqınlıqla  qəbul 
etmiş, hisslərini göz yaşı ilə, bacara bildiyi qədər sözlə (oxşama 
ilə) ifadə etmişdir. Sonralar bu sözlər bədii forma almış, bizim 
şifahi xalq ədəbiyyatında ağılar formasında özünü göstərmişdir. 
“Azərbaycan  xalqının  keçmiş  tarixi  və  onun  milli  qəhrəmanlıq 
həyatı ilə əlaqədər olan matəm şeriləri “yuğ” adlanan lirik par-
çalardır ki, bunlar bizə şifahi xalq ədəbiyyatından məlumdur”,-
deyən F. Qasımzadə “yuğ”ların həyat tərzimiz, tariximiz, milli xü-
susiyyətlərimizlə bir- başa bağlı olduğunu,” göstərirdi: “Lakin 19-
cu əsr ədəbiyyatımızda özünü göstərən mərsiyə şeiri “yuğ”lardan 
tamamilə fərqli olaraq dini bir xarakter daşıyır və islam cəhalət-
pərəstliyini yayırdı.”
300
 F. Qa- sımzadə daha sonra “yuğ”larin yas 
                                                           
298
  Axundov M.F. Əsərləri. II c., Bakı: Azərnəşr, 1958,  səh. 238 
299
  Qasımzadə F.Azərbaycan ədəbiyyatı tarixi. Bakı, 1974, səh. 16 
300
  Yenə orada, səh. 17 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
131 
mərasəmlərində bu gün də qadınlarımızın oxuduğunu, ağıların 
isə həmin yuğların qalıqları olduğunu qeyd edir. Türk ədəbiyya-
tında ayinlərə yuğ, ağıt, saqu, mərsiyə, məhərrəmiyyə, yas yemə-
yinə yuğbasan deyilir. Şivən, sızlama və s. kmi əlliyə qədər istilah 
işlənir.
301
 Ağıların  yazılı  nümunəsinə  M.  Kaşğarinin  “Divani-
lüğət-it türk” əsərində rast gəlirik. Bunlar dördlük şəklindədir.  
Alp-ər Tonqa öldümü,  
İsuz ajun kaldımı,  
Ödlək öcün aldımı 
İmdi yürək yırtılur.
302
 
“Kitabi Dədə Qorqud” dastanında qadınlar “Oğul, oğul, ay 
oğul” naləsilə, nişanlı qızlar “vay göz açıb gürdüyüm! Könül verib 
sevdiyim! Vay al duvağımın ayası!”
303
 və s. şəklində ağı deyir.  
Yazılı  ədəbiyyatda  Davdağın  mərsiyəsi  məlumdur.  Sonra 
Xaqanidən, Nizamidən başlayıb günümüzə qədər gələn mərsi-
yələrdə ya öz qohumları, ya da ölən hökmdar, sərkərdə anılmış, 
onun müsbət keyfiyyətləri sadalanaraq, kədərli bir dillə oxşanıl-
mışdır. Bu mövzuya dünya ədəbiyyatı da biganə deyil və elegiya 
janrında müxtəlif əsərlər yazılmaqdadır. Kərbəla mövzusu isə bu 
çərçivələrdən çıxıb, tarixi, bəşəri, dini səciyyə daşıyaraq ölməzlik 
qazanmışdır. Bu mövzuya Nəsimidə, sonra Ş.İ.Xətayidə rast gəli-
rik.  Gəraylı  formasında  olan  Xətayinin  bu  şeiri  İmam  Hüseynə 
həsr olunub. 
Bu gün matəm günü gəldi, Kərbəlanın yaziləri, 
Ah Hüseynü va Hüseyn. Şəhid düşdü qaziləri, 
Sənin dərdin bağrım dəldi, Fatma ana quzuları, 
Ah Hüseynü va Hüseyn. Ah Hüseynü va Hüseyn.
304
  
                                                           
301
  Ahmet Lütfi Kazançı. Peyğemberler lahikası. İstanbul, 1997. səh 56 
302
  Özdək Rafik. Türkün qızıl kitabı.(tərcümə edənlər L.Şüküroğlu, N.Yaqublu)     
2 cilddə. I c., Bakı: Yazıçı,1992, səh. 44 
303
  Kitabi Dədə Qorqud. Bakı: Gənclik, 1987, səh. 39 
304
  Samin Abdullayev Gün Az.http://www.gun.az/religion/89269 səh1    


Sədrəddin Hüseyn 
132
 
M.Füzuli  isə  “Hədiqətüs-süəda”əsəri  ilə  ilk  dəfə  geniş  və 
əhatəli şəkildə o hadisələrin salnaməsini yaratmışdır. Ona qədər 
ərəb, fars və türk ədəbiyyatında bu mövzuda xeyli əsər yazılmış-
dır. Füzuli öz əsərində bunlara toxunsa da, daha çox İran şairi 
Hüseyn  Vaiz  Kaşifinin  “Rövzətüş-şühəda”  əsərinə  istinad  edir. 
“Bu, əcəmdə məşhur olan “Rövzətüş-şühəda” kitabıdır ki, Mövla-
na Vaiz tərəfindən tarixdən faydalanmaqla onu şərh və təfsir edib 
diqqətlə yazmış, rəvayətləri yenidən canlandırmışdır. Mən bıça-
rənin niyyəti odur ki, gerçək təlifdə “Rövzətüş-şühəda”ya təqlid 
edib  başqa  kitablarda  olan  qəribə  mənaları  mümkün  olduqca 
ona əlavə qılam və “Hədiqətüs-süəda” adlandırıb on fəsil və bir 
nəticədə tərtib edib tamamlayam”
305
 deyən şair əsərin bir qis-
mində peyğəmbərlərin həyatından qissələr vermiş, qalan hissə-
sini Ali beytin şəhadətinə və Kərbəla faciəsinə həsr etmişdir. Əsər 
mötəbər bir tarixi mənbə olmaqla yüksək sənət əsəri kimi şöhrət-
lənmiş, başqa dillərə də tərcümə olunmuşdur. Ancaq bu mövzu-
da mərsiyə ənənəsi xeyli sonra yarandı. Belə ki, şiəlik XVI əsrdə 
bir ideoloji siyasi silaha çevrilsə də, Kərbəla hadisəsi ilə bağlı mər-
siyə ədəbiyyatı XIX əsrdə rəvac tapdı və dini-fəlsəfi poeziya kimi 
müəyyən mənada ədəbi hadisəyə çevrildi. “Dini-fəlsəfi poeziya-
nın əsas qolunu mərsiyələr təşkil edir. Azərbaycan türkcəsində 
mərsiyələr əsasən Səfəvi hakimiyyəti zamanından (XVI əsr) şiəli-
yin təbliği ilə bağlı inkişaf tapmağa başlamış, Qacarlar hakimiy-
yəti (XVIII əsrin sonu, XIX əsr) dövründə ən yüksək mərhələyə 
çatmışdır. Məzmunca bəzi məqamlarda ağıya yaxın olub qəm, 
kədər, yas, ölümlə bağlı motivləri özündə yaşadan mərsiyə for-
ma baxımdan ağıdan tamamilə fərqlənir. Konkret ədəbi forması 
olmayan mərsiyə Azərbaycan şeirinin müxtəlif şəkillərində yazıl-
mışdır. Hər il keçirilən məhərrəmlik mərasimlərindən istifadə edən 
şairlər hiss və həyəcanlarını, bəşər və onun haqqında düşüncələ-
rini xalqa çatdırmaq üçün bu ədəbi növə üstünlük vermiş, Kər-
bəla faciəsi kimi tarixi hadisələrə müasir rəng verməklə dinləyi-
                                                           
305
  Məhəmməd Füzuli. Hədiqətüs-süəda. Bakı, 1993, səh. 8 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə