Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə50/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

Sədrəddin Hüseyn 
154
 
Səhni-xaneyi-Peyəmbər oldu rəşki-vadıyı-Tur,  
Çün Kəlim ol nuru görcək ğəşş edüb o zari-rəncur,  
Huşə gəldi misli-Musa, təkyə eylədi əsayə.
368
  
Füzulinin “Hədiqətüs-süəda”sında da deyildiyi kimi, hər kəs 
bir-bir Hüseyndən vuruş üçün izn istəyir, gedir, vuruşur, saysız 
düşmən öldürür, nəhayət, Haqq uğrunda şəhid olur. Ən sonda 
savaşa Hüseyn özü gedir. Racidə də ümuni şəkildə bu xətt göz- 
lənılır. Yükün bütün ağırlığını, dərdin, müsibətin bütün yaşantı-
sını Hüseyn öz çiyinlərində çəkir. Düşərgədəkilərin hər biri onun 
qohumu, yaxını, əzizi idi, hər biri üçün o cavabdeh idi. Hər birinin 
şəhadətini mərdliklə, əsil müsəlman imamına, peyğəmbər nəvə-
sinə xas bir şəkildə qarşılayır. Bununla belə bir insan olaraq şəf-
qətlidir. Faciəyə çox vaxt gizli-gizli ağlasa da, bəzən bunu büru-
zə verir. Oğlu Əli Əkbər şəhid olanda bacısı Zeynəblə bir-birinə 
sarılıb ağlayır. Şair bu incə və həssas məqamdan düşmənin kim-
liyini daha qabarıq vermək üçün məharətlə istifadə edir. Şümrlə 
İbn Səd sinəsinə bala dağı çəkdirdiyi qardaş-bacını qamçılayıb 
bir-birindən ayırmaq istəyir. Başqa vaxt Hüseynlə üz-üzə gəlmə-
yə  cəsarətləri  olmadığından bu anı fürsət bilirlir.  Və  bilirlər  ki, 
bu məqamda öldürsələr belə Hüseyn onlara cavab verməyəcək. 
O, balasının dərdini bölüşən bacısını ovundurur.  
Etdi xitab Şümrə İbn Səd məl’un,  
Çəkməz Səkinədən əl, vurma Hüseyni, ey dun,  
Vur bu Səkinəni əl çəksin ol cigərxun,  
Rəhm etməyüb vurardi giryani-Kərbəlani.
369
  
Bütün yaxınları şəhid olanda, vuruşa gedəcək bir adam qal-
mayanda Hüseyn özü vuruş meydanına çıxır və həm düşmənə, 
həm də bəşər tarixinə dərs verəcək, örnək olacaq bır qəhrəman-
lıq  göstərir.  Düşmən  tərəfdən  saysız  adam  öldürür.  Öldürülən 
                                                           
368
  Yenə orada.səh. 151 
369
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu) ”Fəxri-
Azəri”. Təbriz,1389, səh. 78 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
155 
düşmənin sayı mənbələrdə mübaliğəli şəkildə müxtəlif cür gös-
tərilir. Əlbəttə burada mübaliğə ola bilər, amma saysız düşmən 
ordusuna qarşı təkbaşına çıxıb 58 yaşında belə bir döyüşə atılmaq 
bir həqiqətdir. Füzuli göstərir ki, İmama yaxın düşməyə cəsarət 
etmədiklərindən onu dəfələrlə ox yağmuruna tuturlar. Ən son-
da “Həzrəti-İmam namaza məşğul olub səcdədə ikən Şümri-bəd-
bəxt baş qaldırmağa möhlət verməyib şərbəti-şəhadət içirdi.”
370
 
Racidə kədər yükü ağır olduğundan hadisənin müsibət rəngini 
daha qabarıq verir. Onun aldığı yaraları, susuz, pəjmürdə halını 
oxşayıb ağlayır. Yaranın sayını qərıibə bir rəqəmlə 1950 olaraq 
göstərir. Onu namaz üstdə qətlə yetirən “Şümri-ləin” də görür: 
Gördi min doqquz yüz əlli yarə suzan sinəsi,  
On iki zərbətlə kəsdi başini Şümri-ləın.
371
  
Şair bir növhəsində İmam Hüseynin öz dilindən danışır.  
“Ey cəmaət, vurmuyun çox nızəvi xəncər mənə,  
Bəsdü bu sinəmdəki daği-Əli-Əkbər mənə”  
deyərək hər tərəfdən “ləşkəri-ənduhun, fövci-əşki-dideyi-pürr-
nəmin, sipahi-qəmin” hücum etdiyini bildirir. “Əbbası qanını su 
kimi tökdünüz, Övn ilə Cəfəri zülm ilə öldürdünüz, məhşər günü 
Əkbərin qanını almaram, Kərbəlanı mənə ərseyi-məhşər etməyin. 
Vurmuyun, öldürmüyün, rəhm edin, insaf edin, xeymələrdə qırx 
qara məcər mənə göz tikib. Yol verin, gedərəm Ruma, Firəngə, 
yol verin” deməklə bu diyardan uzaqlaşacağını bidirir və “qəbti-
Peyğəmbərin” ona nişiman olmağa qoymadıqlarını dərdli-dərdli 
ifadə edir: 
…Eşq ilə təxmir olubdur əsli-bünyadim mənim,  
Eşqdür bu abü xakü atəşü badim mənim.  
Məktəbi-qəmdə şəhadət dərsin ustadim mənim,  
Hərf-hərfü nöqtə-nöqtə eyləyüb əzbər mənə.
372
  
                                                           
370
  Məhəmməd Füzuli. Hədiqətüs-süəda.  Bakı, 1993, səh. 181 
371
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 119, 143, 134
 
372
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 116 


Sədrəddin Hüseyn 
156
 
Hədislərdə və başqa qaynaqlarda Peyğəmbərimizin (s.ə.s.) 
İmam Hüseynin (ra) şəhid olacağına dair işarələr var. Və vaxtı ca-
tanda bu gerçəkləşir. Hətta iş o yerə çatır ki, siyasət düşkünü in-
sanlar əhli-beytə əl qaldırmaq bir yana, onları vəhşicəsinə qətlə 
yetirir və öldürdüklərinin başını heç bir insani dəyərə sığmayan 
şəkildə xalqa göstərib qorxu yaradır. Haq sevgisi qorxu üzərində 
qurulan hakimiyyətlə əvəz olunur. Şam əhli əsirləri görəndə bilir 
ki, Kərbəlada “toy olub”.  
Şümr zülmünü başa çatdırıb əsirləri Şama gətirir. Görənlər-
dən kədərlənən də var, sevinən də. Bu zaman Hüseynin ağ saq-
qalını pürxun görən Zeynəbin əhvalı digərgun olur. Şair burada 
dözə bilməyib qarğışa keçir. “Lal olsun o dillər ki, Ruyi-üsəradan 
aparıb feyzi-tamaşa”, -deyərək fikrini belə tamamlayır. 
Olseydi gər ol taifədə çeşmi-bəsirət,  
Etməzdilə ol Seyyidi-səccadə şəmatət.  
Qoymazdilə Zeynəb çəkə viranədə möhnət,  
Verməzdilə bifərş yer ol ərşməqamə.
373
  
Novhələrdə İmam Hüseynin ətrafında olanların da dolğun 
obrazı yaradılıb. Ayrı-ayrı obrazlardan bəzən bir bənddə, hətta 
bir misrada danışılsa belə, dolğun və yadda qalan şəkildə təsvir 
edilir. Bir də bunların ümumi obrazı canlandırılır. 72 nəfərlik bir 
dəstə neçə min nəfərlə ölüm-qalım savaşına çıxır. Bir tərəfdə Allah 
eşqi və bu eşqin yolunda şəhidlik mərtəbəsi, digər tərəfdə əmrə 
tabe olan, qarşısındakının kimliyinə varmadan ona düşmən kimi 
baxan, bu cəhətdən də ağlagəlməz qəddarlıq göstərən dünya-
pərəstlər, mal və rəyasət düşkinləri. Bu 72 nəfər İmam Hüseynin 
xanımı, qardaş-bacıları, övladları, ən yaxın qohumları və əhli-beyt 
aşiqləridir. Burada hətta Müslümi-Azərbaycani
374
 kimilər də var. 
Səfərdə  yalnız  xəstə  olduğu  üçün  İmam  Hüseynin  qızı  Fatimə 
                                                           
373
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)               
”Fəxri-Azəri”. Təbriz,1389, səh. 49 
374
 Məhəmməd Füzuli. Hədiqətüs-süəda.  Bakı, 1993, 365 səh. 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə