Azärbaycan mìLLÌ elmlär akademìyasí


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə51/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
157 
iştirak edə bilmir. Bu “72 qurban”dan biri Hz. Əlinin qızı Zeynəb-
dir. O, “yetimlərin anası”, “Banuyi-müəddəb”dir.
375
 Yeddi qarda-
şını qurban verən, təkcə Bimarla qalan Zeynəbdir. O, dözüm ira-
də, mərdlik simvoludur. İmam Hüseyn Kərbəlaya gedərkən məhz 
Zeynəblə  dərdləşir.  Zeynəb  “…Cümlə  ümmətə  şəfaət  edərəm 
mən mən ilən” deyərək qiyamətdə Şümrün yaxasından tutaca-
ğını bildirir.
376
 Hər işin Allahın iradəsi ilə olduğunu bildiyindən 
“Əl-hökmi-iləllah” deyərək təslim olur.
377
Zeynəb döyüş vaxtı aram 
ola bilmir. Şəriətdə qadın üçün vuruşmaq caiz olsaydı, savaşma-
ğa hazır olduğunu bildirir; şühəda qızlarına təsəlli verir
378
 (96, 98). 
Ali-əba Kərbalaya qədəm qoyanda Zeynəbin rəvani-təxtini endi-
rirlər. Qadınlar onun başına toplaşır: 
Gördilə Zeynəbi o dəm zarü şikəstə əgləşüb,  
Dövri-bərində əhli-beyt dəstəbədəstə əgləşüb,  
Bircə Səkinə adlı qız həm dizi üstə əgləşüb,  
Hərdəm əlin çəkər onun türreyi-tabidarinə.
379
  
Zeynəb Yasribdən yeddi qardaş ilə çıxır. Ancaq “Bircə Bi-
mari  qalub  yeddi  bəradər  yerinə”.  Başqa  bir  yerdə  bu  rəqəm 
Səkinənin dilindən deyilir. “Qalmiyə bircə qardaşım-yeddi cəvan 
ilən  gəlüm?  Əmmə,  (bibisi  Zeynəb  S.H.)  rəvadu bu  çölə  təxti-
rəvan ilən gəlüm…” Şair onun Kərbəla şəhidlərinin bütün müsi-
bətlərinə  şahid  olduğunu,  sağ  qalanları  və  kəsik  başları  Şama 
qədər apardıqlarını, Şümrün Hüseynin kəsik başına qamçı vurdu-
ğunu, onları daşa tutanların tənələrinə dozdüyünü, yanındakılara 
həmişə təsəlli verib ovundurduğunu yanıqlı bir dillə qələmə alır, 
üstəlik ona ayrıca iki növhə də həsr edır.
380
 Zeynəb əsirlərlə birgə 
                                                           
375
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 152-153 
376
  Yenə orada, səh. 104 
377
  Yenə orada, səh. 202 
378
  Yenə orada, səh. 89 
379
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                        
” Fəxri-Azəri”. Təbriz,1389, 315 səh.109 
380
  Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 169, 185 


Sədrəddin Hüseyn 
158
 
Şamda altı ay qalır. Orada hər saatı bir il olur. Yasribə gələndən 
sonra da “Hüseyndən sonra” Zeynəbin üzü gülmür. Çünki: 
…Gəlmibdü bu dünyayə o növi bacı-qardaş,  
Zeynəb ona maildi , o da maili-Zeynəb.
381
  
Racinin təsvirində Zeynəbin məqamı çox yüksəkdir. Bu bü-
tün növhələr boyu nəzərə çarpır. Bu məqam məhşərdə Tur da-
ğının onun cəmalına həsəd aparacağı qədər yüksəkdir. 
Kərbəladakı qadınlardan biri də Leyladır. O, İmam Hüseynin 
xanımıdır. İmam Hüseyn kimi ərini, Əli Əkbər, Əli Əsğər kimi oğul-
larını Haqq yolunda qurban verən bir qadın. Şair “Ana gər oğlun 
o gündə görə, nə halə düşər, O da Əkbər tək oğul, Leyla kimi 
madər ola” deməklə diqqəti toplayır, sanki kimdən söhbət get-
diyinə  oxucunu səfərbər  edir.  Əlbəttə  bir  ana  kimi,  o  da  dərd 
çəkir, fəryad edir. Oğlunun əlindən getdiyini görüb səbr edə bil-
mir. Ona “zinəti-Peyğəmbər” vuracağını bildirir, zülfünə öz əlilə 
şanə çəkir, sonra da əli qoynunda arxasınca baxır.
382
Novhələrdə 
canlandırılan Leyla obrazı qarşısında adamın dili topuq çalır. Fü-
zulinin “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni” sözün-
də daşa dönür, daşlaşırsan. Bu necə fədakarlıq, necə metafizik 
gərilmədi? İslamın gücünü onda dərk edir, islamiyyətin bu vaxta 
qədər, yaşamağının və özünütəsdiqinin sirrini onda anlayırsan. 
Peyğəmbərimizin (s.ə.s.) “Mənim ümmətimin alimləri Bəni İsrai-
lin peyğəmbərləri kimidir” hədisinin sirri onda aşkar olur. Raci 
Hacərin İsmayılin (əs) qurbanlığı ilə bağlı məlum əhvalatını dəfə-
lərlə müqayisə edir.  
Hacər İsmaili göndərdi Minayə qurban,  
Zində gördi oni, eylərdi yenə ahü fəğan,  
Eylədüm mən səni baş verməyə meydanə rəvan,  
Vardu yerdən göyətək fərqim, oğul, Hacər ilən.
383
  
                                                           
381
  Yenə orada, səh. 185 
382
  Yenə orada, səh. 234 
383
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 102, 234, 235
 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
159 
Hacər İbrahim (əs) peyğəmbərin xanımı, İsmayıl (əs) pey-
ğəmbərin də anası idi. Leylanın qurbanlıq oğlanlarına və bu qə-
zavü qədərə münasibətinə nəzər salaq.  
Ey oğul, batmıyasan qanuva, razi degüləm,  
Verməsən can, qəsəm ol canuva, razi degüləm.  
İndiki vermiş icazə sənə şahi-şühəda,  
Olmusan bəzmgəhə getməgüvə sən də riza,  
Yekdilü yekcəhət olmuş həm oğul, həm də ata,  
Deyə bilməz ana: – Hicranuva razi degüləm.
384
  
Və ya “Bilüsən, bəsləmişəm mən səni bu gindən ötür”, “Ol-
salar mane əgər getməgüvə etmə qəbul”, “İstərəm can verəsən 
mən səni bu növ susuz, Dəgə gər ləbi-ətşanuva, razi degüləm”. 
Sanki bunlar azmış kimi Leyla ikinci oğlunu da qurban verməyə 
hazırlaşır. “Qətlgəhdə şühəda hər biri bir yanə düşər, Əsğəri al-
masan öz yanuva razi degüləm”, -deyə Leyla bundan sonra ikin-
ci oğlunu da uğurlayır, düşmənə qan uddurmağını istəyərək onu 
Allaha tapşırıraraq “Raziyəm mən də kəfən bu sərvi-qəddə biç-
məgə”, deyir.
385
 O, bir ana kimi, haldan-hala düşür, vədə sadiq 
qalsa da, analıq hisslərinin təsiri ilə oğlunu oxşayır, Azərbaycan 
qadınlarının ənənəvi “Anan ölsün” nidasilə “canan yolunu get-
məgi gözləyən”, “ayineyi-surəti-Peyğəmbərinə” mərsiyə deyir: 
Başuvü qoy sinəmə bu dəmdə bir,  
Olgilən asudə bu sinəmdə bir,  
Bəlkə mənim də oğul aləmdə bir,  
Sakit ola bu dili-qəmpərvərim,  
Əkbərim. 
Novhələrdə İmam Hüseynin qızları Gülsümlə Səkinə, Ruqiy-
yə və Fatimə də var. Onlar da bu faciənin bütün ağrı-acılarını çi-
                                                           
384
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                 
”Fəxri-Azəri”. Təbriz,1389,  səh. 26 
385
  Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 126  


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə