Azärbaycan mìLLÌ elmlär akademìyasí



Yüklə 7,2 Mb.
Pdf görüntüsü
səhifə48/62
tarix08.07.2018
ölçüsü7,2 Mb.
#54394
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

Sədrəddin Hüseyn 
148
 
Dini kitablarda imamlıq maqamında Hz. Əlidən sonra İmam 
Həsənin adı gəlir. O, hicrətin üçüncü ilində anadan olur və adını 
da babası Peyğəmbər (s.ə.s.) qoyur. Babası onu cox sevər, oyna-
dar, oxşar, öpərmiş. Bir dəfə bu nəvəsinin islam aləmində böyük 
bir ixtilafı yatıracağına dair xəbər də vermişdi. Tarix bunu təsdiq 
etdi. Atasından sonra 6 ay xəlifəlik edən İmam Həsən Şamda ha-
kimiyyəti ələ alan Müaviyənin qoşunu ilə üz-üzə gələndə birliyi 
qorumaq xatirinə hakimiyətdən könüllü əl çəkdi və çox keçmədi 
ki, zəhərləndirilib öldürüldü.  
Raci İmam Həsənin adını müxtəlif hadisələrlə bağlı xatırla-
yır. Hz.Əlidən sonra ona zəhər verilməsini, Həsənlə Hüseynin ye-
tim qalmasını, şəhadət gecəsi oğlu Qasımın toyunu, şiələrin “bür 
tərəf Həsən, bir tərəf Hüseyn” olub ağlamalarını təsvir edərkən 
İmam Həsənin adını ancaq bir şeirdə bir dəfə çəkir. Butun mər-
siyələrdə İmam Həsənin adını cəmi beş-altı dəfə çəksə də bunu 
hadisələrlə elə məharətlə bağlayır, əlaqələndirir ki, Hz. Həsənin 
dolğun və yadda qalan obrazı canlandırılar.  
Şeirlərdə Həsənlə Hüseynin qardaş olması, İmam Həsənin 
zəhərlənməsi, Kərbəla faciəsində  oğlu  Qasimin  qardaşı qızı  ilə 
evlənməsi kimi faktlar yığcam şəkildə qələmə alınıır.  
Kərbəla hadisələrinin və bu mövzuda yazılan əsərlərin baş 
qəhrəmanı İmam Hüseyn hicrətin dördüncü ilində şəban ayının 
beşinci günü anadan olur. Onun da adını babası qoyur. İmam 
Həsən kimi onun da şəhid olacağını qabaqcadan xəbər verir.
355
 
Və hər kəsin ona hörmətlə yanaşmalı olduğunu bəyan edir. Ter-
mizidən gətirilən hədisdə deyilir: ”Mən Hüseyndənəm və Hüseyn 
məndən. İzzədi-təala sevsin anı ki, Hüseyni sevər.”
356
 “O, 58 illik 
bir  parıltı  idi.”
357
 Göstərilən  hədisdən  çıxış  edən  şair  “Hərçənd 
günah ilə səzavari-bəlayux. Lütf eylə, Xuda, bizlərə möhtaci-əta-
                                                           
355
  Məhəmməd Füzuli. Hədiqətüs-süəda.  Bakı, 1993, 365 səh. 162-163 
356
  Kandehlevi M.Y. Həyatüs-Sahabe. (4 c.də) II c., İstanbul,1994. səh. 165 
357
  “Dirilik”  jurnalı. Bakı, 16 noyabr, 1916, N 5, səh. 179 


Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası 
149 
yux” mətləli novhəsində öz günahları ilə “ətaya möhtac” olduğu-
nu,  “rahi-müsibətin  özümüzdən”  olduğunu,  özünün  acizliyini, 
bimarlığını bəyan edərək 
İmdad elə, yarəb, sən özün, bimədədüğ biz,  
Başdan əyağə büxlü riyavü həsədüğ biz,  
Hər qədər təsəvvür edax, ondan da bəduğ biz,  
Əmma ki, əzadari-şəhi-Kərbübəlayux. 
– deyə Allahın Hüseynə “meyilinin çox olduğunu” bilir və bu sə-
bəbdən də “Hər sali sərasər odu kim novhəsərayux” deyir. Allah-
dan qanad istəyir ki, Kərbəlaya getsin, göz yaşı ilə o səhranı su-
lasın, “ol mərqədi-şeşgüşəni ağuşə” bassın. Bununçün yenə də 
Xaliqinə üz tutur: 
Tövfiqüvi, yarəb, bizə həmvarə rəfiq et,  
Daviyi-təvəllayi-Hüseynidə sədiq et,  
Lütfün bu rəhi-eşqdə həmrahi-təriq et,  
Dil vadiyi-heyrətdədü, bir rəhbər istər.
358
  
Raciyə görə Hüseyn matəmində hər bəla dəf olur. Ona görə 
də “Ağla, hər gün ruzi-aşuradu, hər yer Kərbəla”. “Bəzli-can ca-
nan yolunda bu cür olur”. Çünki: 
Ya Hüseyn, heç kim cəhanda sən kimi məst olmuyub.  
Mey bəla, məclis bəla, saqi bəla, sağər bəla. 
“Belə əhd eyləmişəm ey bacı cananım ilə 
“Ərseyi-Kərbübəladə boyanım qanım ilən.”
359
 
– deyə hardasa manifestini elan edən İmam Hüseyn öz qanını 
oğlu Əkbərin qanına qatmağa, təşnə halda can verməyə, isti qum 
üstə yatmağa, bu meydanda öz qanı ilə dəstəmaz alıb namaz qıl-
mağa hazır olan, İbrahim (əs) Minayi-eşqə bir qurban ilə gəldiyi 
                                                           
358
  Raci. Seçilmiş əsərləri. (t.çi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 88, 90 
359
  Raci Təbrizinin novhələri və mərsiyələri.(tərtibçi Əbulfəzl Əhmədlu)                
”Fəxri-Azəri”. Təbriz,1389, 315 səh. 17, 37 


Sədrəddin Hüseyn 
150
 
halda, 72 qurbanla gələn və bu qurbanların içində başda öz öv-
ladları olan bır qəhrəmandır, bir cəfakeşdir, qiyamətə qədər nə-
sillərə nümunə olacaq bir imamdır. Şair onun öz dilindən bacısı 
Zeynəbə belə deyir: 
Həq yolunda susuz ölmək demə zəhmətdi mənə,  
Gözümə ox dəgə gər eyni-məhəbbətdi mənə,  
Aləmi-eşqdə hər zəhməti rahətdi mənə,  
Dözərəm yüz belə zəhmətlərə bir canım ilən.  
“Olsun” rədifli növhədə “qəm atəşini nəzmində şöləvar” is-
təyən şair Kərbəla səfərinin yığcam və dəqiq mənzərəsini verir. 
İmam Hüseyn Yasribdən İraqa səfər əmrini verəndə əhli-beytdən 
hər kəs buna bir cür yanaşır. Qızı Fatimə xəstə imiş. Ona xəbər 
verirlər ki, “öz qapısın baglar atan öz-öz əlilə”. Hər kəsin səfərə 
hazır olduüunu görüb kədərlənir. Zeynəb “əl hökmü illəllah, Qar-
daşlarımın canını sag eyləsin Allah”, deyib təslim olur. Əli Əkbər 
atasının daim “Kərbübəla adını zikr etdiyini” deyərək bibisi Zey-
nəbi  Gülsümün Şam içrə  xuncigərü  didətər”  olacağını  billdirir. 
Hz. Abbas qardaşı İmam Hüseynin “hüznü məlalü”nü görüb bu 
səfərdə fəthi-zəfərin müşküllüyünü başa düşür. O, şövq ilə atları 
hazırlayır. Yola düşmə əsnasında bu agır anda belə bəzi islami 
dəyərləri qoruyur, ona hörmətlə yanaşırlar. Zeynəbi Kübra çad-
raya bürünüb çıxarkən Hz. Abbas və Əli Əkbər qabaga çıxır və  
Zeynəb gəlür, övladi Əli baxəbər olsın.  
Əl verdi cəvanani-bəni-Haşimə qeyrət,  
Söylirdilə: – Durmun, çəkilün yanə, cəmaət,  
Salmışdı vəhalonki, başa çadiri-ismət,  
Qoymazdilə qəddi genə məddi-nəzər olsun.
360
 deyir. 
Qeyd edildiyi kimi, İmam Hüseyn əhdə vafalıqda hər kəsə 
nümunədir. Yola düşərkən bunu bacısına bir daha xatırladır, “şövq 
ilə can verməyə” getdiyini bildirərək belə deyir: 
                                                           
360
  
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 104, 202-203
 


Yüklə 7,2 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə