Sədrəddin Hüseyn
58
Racidə:
Min beyt ilən bu beyti çəməndə oxur həzar:
Aşiq olanların işi ahü fəğan keçər.
127
Füzulidə:
…Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?
128
Racidə:
Nalə ilə yuxuni xəlqə həram eyləmişəm.
129
Füzuli dəfələrlə təbibə xitabən ondan əl çəkməyini, bu dər-
din dərmansız olduğunu bildirdiyi kimi,
Raci də eyni fikirdədir.
Bu dərdi-eşqi çəkmə, təbib, əbəs
yerə rənc,
Əlac yoxdur əgər gəlsə çarə yüz yerdən.
130
Füzulinin fələkləri ahindən yandığı kimi, Raci də “canı çıxana
qədər fəqan etməyi” lazım bilir ki, bəlkə “əflakə fəqanı çıxa”.
Füzuli:_Olsaydı_məndəki_qəm_Fərhadi_mübtalədə,_Bir_ah_ilə_verərdi_min_Bisituni_badə._131__Raci'>Füzuli:
Olsaydı məndəki qəm Fərhadi mübtalədə,
Bir ah ilə verərdi min Bisituni badə.
131
Raci:
Bir ah çəksə Raci əgər, şəmi-məhrü mah,
Bəzmi-sipehri-günbədi-dəvvardən keçər.
Və ya Onun evin bir ah ilə nə tarü-mar elədim.
132
“Leli və Məcnun” əsərində Leylinin həyətinə gələn Məcnu-
nu görən Leyli
126
Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.8c., Bakı: Elm,1988, səh. 295
127
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 30
128
Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.7c., Bakı: Elm, 1988, səh. 109
129
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 31
130
Yenə orada , səh. 36
131
Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.7 c., Bakı: Elm,1988, səh. 100
132
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,278 səh. 56, 81
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
59
…Qılalım sərf
nəmiz vər isə mehmanimizə,
…Can verib dilbərə minnət qoyalım canimizə
133
deyir.
Raci də bu şəkildə hər şeyi sevgilisinə qurban etməyə hazırdır:
Xəmidə qaşlarun tapşur mən ilə rast tərpəşsün,
Ona qurban edim mən də əlimdə hər nə varim var.
134
Füzuli:
Pəmbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.
135
Raci:
Əcəl, can xirqəsin al bu vücudi-natəvanimdən,
Məlamət oxlarilə olmuşam asudə kisvətdə.
136
Bunlardan əlavə, bir çox Azərbaycan şairləri kimi Raci də
Kərbəla mövzunun ilk anadilli əsəri olan “Hədiqətüs-süəda”nın
müəllifi Füzulidən bəhrələnmişdir.
Füzulidən sonra Raci yaradıcılığında Nəsiminin təsiri də
özünü göstərir. Burada H. Mənsur, hürufi, ənəlhəq sözlərinə rast
gəlinir. Şairdə yeri gəldikcə Nəsimi kimi haqqı dərk etmə meylini
görrürük. Nəsiminin çox vaxt rəmzlərlə danışdığı və bu rəmzlərin
hər adamın başa düşə bilməyəcəyi fikirlərə Racidə də rast gəlirik.
Sevgilisində yox olan, onunla bütövləşən Raci vücudunda
ondan başqa bir şey olmadığını bildirir və Nəsiminin “Ağrımaz”
dakı “sərpa” ifadəsini belə işlədir:
Külli cismimdə tapılmaz səndən özgə bircə şey,
Həq bilür gər yarsalar tiğ ilə sər ta pa məni.
137
133
Məhəmməd Füzuli. Leyli və Məcnun. Bakı: Azərnəşr, 1940. 231 səh. 331
134
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 64
135
Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1984, 269 səh.16
136
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992,səh. 243
137
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992. səh. 32
Sədrəddin Hüseyn
60
Nəsimidə:
Aləmdə bu gün səncıləyin yar kimin var?
Gər
var desən,yox deməzəm,var, kimin var?
138
Racidə:
Saqi, bu şəkər ləb ki, sənin vardı, kimin var?
Bu cami-ləbaləb ki, sənin vardı, kimin var?
139
Bildiyimiz kimi, “Kitabi-Dədə Qorqud”da Dəli Domrulun
xanımı Əzrailin (əs) istəyi ilə ömrünü ərinə bağışlamağa razı olur.
Ömürdən başqalarına payın mümkünsüzlüyünü bilsələr də, şair-
lər zaman-zaman istəklərini “qurban olmaq”, “can vermk” şəklin-
də bildirmişlər. Raci bu məsələyə öz fikrini belə ifadə edir:
İstərəm həqdən ki,
qoysun ömrün üstə ömrümü,
Dəmbədəm məlbus olursan cameyi-əlvan ilən.
140
İ.Həsənoğlu: Tutuşmayınca dər atəş bulunmaz xisləti-ənbər,…
141
Raci:
Cananə yetişməz hər o kəs yanmasa canı,
Bu nöqtə yazılmış pəri-pərvanələr üstə.
142
Şairlər yeri gəldikcə yamsılamalardan da istifadə edir. İ. Hə-
sənoğlu “nə qülqül, qülqülü badə” (62, 25), Ş.İ.Xətayi “qum-qum
der ıdı ağacda qumri”.
143
şəklindədir. Racidə
Saqi,
mina gərdənin, şirin ləbin vəsf eylərəm,
Şişə ta qülqüldədür, peymanə şirəngizdür.
144
138
Nəsimi. Seçilmiş əsərləri. (fars divanı) Bakı, 1985, səh. 49
139
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.48
140
Yenə orada, səh. 44
141
Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.20 cilddə. III c.,
Bakı: Elm, 1984, səh. 25
142
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 74
143
Klassik Azərbaycan ədəbiyyatı kitabxanası.20 cilddə. III c.,
Bakı: Elm, 1984, səh. 415
144
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.46