Sədrəddin Hüseyn
52
Dini görüşlərə görə bu dünyada hər şey Allah rizası üçün edil-
məlidir. Raci bu məsələdə də çox uzağa gedir.
Mən vermişəm rizamı o dilbər rizasinə,
Aşiq olan gərək ola dildar ilən belə.
107
Allah rizasını dilbər rizasına dəyişmək. Doğrudanmı, bu be-
lədir, belə deyilsə, şairin dünyagörüşündə bu ziddiyyət nədəndir?
Ya bunlar sadəcə rəmzlərdir, işarələr, şifrələrdir və bunun arxasın-
da bizim anlaya bilmədiyimiz fikirlər, sirlər nədir? Başqa bir bey-
tində “Tutub dövri-ləbi-ləlin xəti-səbz, ey mənim qibləm,
Yetibdür sünbüli-mişkin deyirsən, abi-zəmzəmlə”, -deyə
ətirli saçını yetirən zəmzəm suyu bəxş edəcək “ləli-ləbi”nə yetdi-yi
“qibləsi”ni digər beytində üzünün səhifələrini Qurana bənzədir.
Əgər “zahid rümuzi-eşqi dərk etsə”.
Nəzər et səfheyi-ruyində xalü xəttə, ey zahid,
Rümuzi-eşqi dərk eylə, bu Qurani-mütərcimlə.
108
Ə.Raci yarın üzünü Günəşə bənzədir və onu görən kimi na-
mazı qəzaya verir. Sübh namazı Günəş çıxana qədər qılınmalıdır.
Yoxsa qəzaya gedər. Bir rəvayətdə deyilir ki, bir dərviş namaz
qılır. Önündən “Leyla-Leyla” deyən bir aşiq keçir. Dərviş namazı
qurtarandan sonra “Oğlum, namaz qılanın önündən keçməzlər,
sən niyə keçdin?” deyincə aşiq: “Baba dərviş, Leylanın eşqindən
gözümə heç nə görünmür, ona görə səni görmədim. Sən də qar-
şısında səcdə etdiyini bu qədər sevirsənsə, niyə sənin önündən
keçdiyimi gördün, fərq etdin?”- deyir. Racinin eşqi də hardasa
bu qədərdir. Məşuqəsinin üzünü görüncə hacı olur. Çünki Kəbə
mislindədir.
Üşşaqə olsa Kəbeyi-kuyin əgər nəsib,
Həccaci-eşqə Raci, o gün miri-hac olur.
109
107
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 56
108
Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 224
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
53
Bəzi şeirlərində Raci hər nə qədər ziddiyyətli görünsə də, o,
“dinini dünyaya dəyişməyən” imanlı bir dünyagörüşə sahibdir.
Q. Dərbəndi, S. Nigari, Nəbati, Sərraf kimi Raci də “divan-təriqət
ədəbiyyatının nəhəng simaları”, “təsəffüf-irfan şairi” kimi qəbul
edilir.
110
O, Kanon ədəbiyyatının sonuncu nümayəndələrindəndir.
Yaradanı Allah bilir, hər şeyin onun iradəsilə olduğunu qəbul
edir. İçində bir Allah, bir Peyğəmbər, bir Əhli-beyt sevgisi var.
Bunlar sadəcə şeirlərində deyil, yaşantılarında da özünü göstərir.
Dini bir həyat yaşayır. Həccə gedir, içindəki İmam Hüseyn sevgi-
sindəndir ki, qəzaya uğradığı gün də məhərrəm ayının 10-u-aşura
günü olur, özü də həcc səfərindən sonra. Əsərlərinin çoxu da aşu-
ra günü çap olunmuşdur.
Şeirlərindən göründüyünə görə, ziddiyyətli cəhətlər bir ne-
çə amillə bağlıdır. Başqa klassiklər kimi Raci də şifrəli yazır, rəmz-
lərlə danışır, hər fikrin, ifadənin bir neçə açımı, yozumu olur; bir
insan kimi o da zaman-zaman ziddiyətli görüşlərə sahib ola bilər;
ziddiyyətlərdən xilas ola bilməyən insanlığın hali-ruhiyyətinin tər-
cümanı ola bilər. Amma bunlar onun bir dini dünyagörüşə sahib
olan insan kimi sabitqədəm olmadığı demək deyildir. Mistik dü-
şüncələrdən uzaqdır. Şairə görə hər şeyin yaradıcısı Allahdır. İn-
san bu dünyaya Allaha qulluq etmək, imtahan üçün gəlib. Bu
dünyada “qazandıqları” onu axirətdə (baqi dünyada) ya cənnətə,
ya da cəhənnəmə göndərəcəkdir. Hansı yolu tutması isə faili-
muxtar olan insanın özündən asılıdır.
1. 2. Əbülhəsən Racin poeziyasının tədqiqi,
Ə.Racinin sələf-xələf münasibətində yeri
Ə.Raci də başqa şairlər kimi müxtəlif mənbələrdən bəhrə-
lənmiş, müxtəlif dünyagörüşün, təriqətlərin, ideologiyanın, ədəbi
mühitin, müxtəlif şairlərin təsirinə məruz qalmış, onlardan yara-
dıcı şəkildə bəhrələnnişdir. Ə. Əhmədlu şifahi xalq ədəbiyyatı,
109
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 81
110
Məmməd Tahirə. XIX əsr Azərbaycan ədəbiyyatı.(I hissə)
Bakı: 2010, səh. 68-69
Sədrəddin Hüseyn
54
Quran və musiqinin Raciyə təsirindən danışır. Biz bu təsirləri təq-
ribən aşağıdakı şəkildə sərgiləyə bilərik.
1. Qurani-Kərim,
2. Hədislər,
3. Dini və qeyri-dini əfsanələr, rəvayətlər,
4. Xalq ədəbiyyatı, xalqın dili, xalqın ruhu,
5. Klassiklər,
Qurani-Kərimin nüzulundan bu günə əsərlərində o böyük
kitaba toxunmayanı tapmaq çox çətidir. Folklorumuz belə ilha-
mını Ondan alır, aşıqlar bağlamalarında ayələrdən istifadə edir,
… İl var bir günə dəyməz, Gün var min aya dəyər
111
(”Qədr” surəsi.
Bu gecənin min aydan daha xeyirli olmasına işarədir). Qurandakı
ayələr, qissələr, hədislər, dini rəvayətlər, əfsanələrin Racinin ya-
radıcılığına nə qədər təsiri olması və ondan nə qədər bəhrələn-
məsi, bu mövzuların onda nə qədər yer tutması ilə bağlı əvvəlki
fəsillərdə kifayət qədər söhbət açılmışdır. İndi isə digər qaynaq-
lara nəzər salaq.
Raci yeri gəldikcə xalq yaradıcılığı xəzinəsindən bəhrələnir,
ondan gen-bol istifadə edir. Şair “məsəldü deyərlər” şəklində xalq
ifadələrindən istifədə edir. “Gedər məsəldü, deyir, xalq yağ-yağ
üstə”. “Məsəldü, bu, it hürər, kərvan keçər”. Bəzən atalar sözünü
olduğu kimi şeirə daxil edir:
Özgəyə quyu qazan özü düşər. Qan yumazlar qan ilən.
Şair çox vaxt atalar sözlərini şeirdə əridir. Onu şeirin məz-
munu ilə uyğunlaşdırır. “Durmaz sınıq səbudə deyillər su…”, “Səbr
ilə yaxşı-yaman keçər”, “Həqiqi dost rahində başun ver, “uf” de-
mə, Raci”, “Xəzinə tapsa bir müflis onu tez hesab eylər”, “Məni
öz başıma qoyma, gözəl, meydani-eşq içrə”, Atalar sözlərində isə
deyilir: Ölünü öz başına qoysan kəfəni yırtar. “Deyəndə yandı di-
111
Quran. Səudiyyə Ərəbistanı. Əl-Mədinə Əl-Münəvvərə. 1305,406 səh.
Dostları ilə paylaş: |