Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
49
“Nəmazi” rədifli qəzəlində yarın səri-kuyini Kəbəyə, qaşının
tağını mehraba bənzədərək ona səcdə edir və
Hər yerdə yüzün görsə düşər səcdəyə Raci,
Kafir degü kim eyləyə inkar namazı
97
– deyir.
“Təbbət” surəsinin son ayəsinin məalına görə Əbu Ləhəbin
arvadının boynunda xurma lifindən toxunmuş kəndir var; bunun-
la cəhənnəmdə hamballıq edəcək. Çünki Peyğəmbərimizə (s.ə.s.)
əziyyət verib. Bu surənin son ayəsini Raci belə ifadə edir:
Mənə zahid deyəndə kim, nədir bu zülf üzar ilə,
Yadimə “innə fi ceydü həblin min məsəd” düşdü
98
.
Sevgilisinin hörükləri o kəndirə bənzədilir. O da şairə zülm
etdiyinə görə Əbu Ləhəbin arvadı kimi cəhənnəmdə əzab görəcək.
Şair yaradıcılığa Bismillahirəmanirəhim sözü ilə başlayır, li-
rik şeirlərində Qurandan, hədislərdən gələn deyimlərdən əlavə
sıx-sıx dini ifadələr işlədir. Belə ki 52 dəfə “zahid”, 24 dəfə “La
ilahə illəllah”, ayrıca eyni rədifli qəzəlində 11 dəfə, 7 dəfə ilahi,
Tarı-8, Peyğəmbər-2, Quran-9, Hay-huy-4, sözü işlədir.
Hədisi şərifdə “Heç ölməyəcəyini zənn edən kimi çalış, sa-
bah öləcək bir adam kimi də təvəkkül et”
99
deyilir. Raci yaradıcı-
lığında axirətlə, dinlə bərabər dünyaya bağlıdır, daha çöx dünyə-
vi mövzularda yazır. Bəzən dünyəvi rəmzləri dini rəmzlərdən önə
çıxır. Nəsibini bu dünyada almağı üstün tutur. Ya axirətə inanmır,
ya inanan zahidlərə gülür, nəqdi qoyub nisyə dalınca getmək is-
təmir.
Səri-kuyin mənə dünyadə əta eylədi həqq,
Çünki üqbadə mənim meyli-cinanım yox idi
100
.
97
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 56
98
Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).
Təbriz: Fəxri-Azər nəşriyyatı. 1377, səh. 178
99
Caniüs sağir. II/12. Mətbəə Dar-əl-fikr. Qahirə. 2004. (Hədis N 1201)
100
Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).
Təbriz: Fəxri-Azər nəşriyyatı. 1377, səh. 247
Sədrəddin Hüseyn
50
Şair bir xəlvətdə, bir mey məclisində yarın vəslinə o qədər
aludə olur ki, hər şeyi unudur:
Dil süfrəsində ləli-ləbin daği-qəsrinə,
Kəc baxsa Raci nanü nəmək mübtəlasıdur.
Bu saqiyi-şərab, bu xəlvət, bu mey, bu yar,
Bu məni-nəfs, məhz bir Allah rizasıdır.
101
Mey, saqi, meyxana, xəlvət, yar nəfsin sevdiyi nemətlərdir.
Onlardan uzaq dura bilmək “mə’ni-nəfs” etmək “Allah rizasıdır”.
Ancaq “dil süfrəsində ləli-ləbə də kəc baxmaq” olmur. “…can, ca-
nan, …meyi-meyxanə” və s. bu kimi sözlərə…xüsusən 19-cu əsr
poeziyasında rəmzi …məna vermək düz deyil. “XIX əsr Cənubi
Azərbaycan şairləri əksər hallarda bu ifadələri insan qəlbinin tə-
bii hiss və həyəcanlarını bildirmək üçün işlədirdilər. Onların sufizm
və hürufizmdən götürdüyü ifadələrin ilk mənbədəki mənaları ta-
mam dəyişir… Mey, meyxanə və s. kimi anlayışlar, qaranlıq (?S. H.),
mövhumi (? S. H, ) fikirlərə qarşı qoyulur”.
102
Raci başqa qəzəllərində də bir az əvvəlki fikrə qayıdaraq bu
dünyadakı zövq-səfanı axirətin cənnətindən üstün tutur. “Ruyi-
səfanı” Aya, Musaya görünən təcəllaya; bəla küncündə yar fikrilə
lal oturmağı qəsri-behiştdə huri söhbətinə vermir, axı zahid ni-
garın kuyini görsə behiştə meyl etməz.
Nə kuyi-yarı qoyub xəlq edəydi meyli-behişt,
Nə şeyx olaydı, nə məscid, nə vəzi-minbər olaydı.
103
Bəzən rəmzlər dəqiqləşir, meyxana müstəqim mənada, xəl-
vət isə zahidlərin guşənişin olduqları yer kimi verilir:
Huri-behişti vəsf eləmə munca, zahida,
Cənnətdə bu vəcahətdə harda hur var!
101
Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 115
102
Cənubi Azərbaycan Ədəbiyyatı tarixi I c., Bakı: Nurlar nəşriyyatı, 2009, səh. 19
103
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 38
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
51
Zahid, ovsaf eləmə Raciyə çox cənnəti-hur,
Meykədə cənnətü məvadu mana, hürdü bu.
104
“Üzü qiblə, qaşı mehrab” deyən Raci yarın üzünü qibləyə, üz
xətlərini Quran yazılarına, qaşını mehraba, kuyin Kəbəyə, təsbehi
zünnar həlqəsinə təşbih edir.
Eşq əhlini kuyində görüb eyləmə təşviş,
Şövt etməyə bu Kəbəni züvvari tutubdur.
və ya
Xəm qaşun səcdəgah eyləllə mələksimalər,
Randeyi-dərgahi-rux olsa əzazil xətün.
105
Mələksimaların yarının qaşına səcdə etməyin mədhi o yerə
çatır ki, üzünü görəndə imam belə ona səcdə eləyir. “Niqab atsan
əgər yüzdən, görünsə daği-əbruyun, Dönər mehrabi-məbəddən
sənə səcdə imam eylər”, hətta onun “bir nazı ilə qiyamından türfə
qiyamətlər qiyam eylər”, -deyə Raci, üzünü harada görsə, orada
səcdəyə gedər. Misallara nəzər salaq:
Qıldım səri-kuyində qaşun tağinə sücud,
Məqbul olu çün Kəbədə zəvvar nəmazı.
Hər yerdə yüzün görsə düşər səcdəyə Raci,
Kafər degü kim, eyləyə inkar nəmazı.
106
Az-çox dini bilgisi olan bir adam sevgilinin bu qədər göylərə
qaldırılmasına dözə bilməz, Allahdan başqa kiminsə qarşısında
səcdəyə getməyin ən azı müşriklik olduğuna görə bu fikirləri qə-
bul etməz. O da ola Raci kimi dərin dini bilgisi olan, ömrünün so-
nunda dinin ən vacib şərtlərindən biri olan Həcc ziyarətini yerinə
yetirən və bəlkə də bilə-bilə özünü bu yolda fəda edən bir adam.
104
Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 93
105
Raci.Seçilmiş əsərləri.(tərtibçi Abıyev Hafiz) Bakı: Sabah,1992,səh.21, 27
106
Divani-Raci Təbrizi. (tərtibçi Əbulfəzl Əhmədlu).
Təbriz: Fəxri-Azər nəşriyyatı.1377, səh. 240
Dostları ilə paylaş: |