Az?Rbaycan



Yüklə 6,37 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix01.08.2018
ölçüsü6,37 Mb.
#60456
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

 

 

91 



görüb  işi  başa  düşürlər.  Gecənin  qaranlığında  Həsən  xan, 

oğlanlarına  haramıları  tapmağı  tapşırır.  Ancaq  hansı  tərəfə  at 

sürürlərsə,  haramlıları  gördüm  deyən  olmur.  Vəziyyəti  belə 

görən Bədəl xana üz tutub deyir: 

–  Xan  sağ  olsun,  sürünü  haramıdan  xilas  etsəm,  mənə 

nə verərsən? 

– Səni dünya malına tutaram. 

 



Yox, xan mənə dünya malı gərək deyil. 

Xan çobanın nə demək istədiyini başa düşüb deyir: 

–  Yaxşı,  sürünü  haramıdan  alıb  qapıma  gətirsən, 

istədiyini verəcəyəm. 

Çoban  itini  də  götürüb  sürünün  ardınca  gedir.  Gəlib  o 

yerə  çatır  ki,  haramılar  sürünü  bir  yerə  yığıb  bir  erkək  kəsib 

kabab  bişirirlər.  Bədəl  özünə  münasib  yer  seçib  aralıdan 

qoyunları bir – bir səsləyir: 

– Ay erkək, ay qumral, gəlin ha, gəlin, duz verəcəyəm, 

gəlin ha, gəlin. 

Çobanın  səsini  eşidən  qoyunlar  mələyib  ona  tərəf 

qaçışırlar. Bədəl özü Arazın dayaz yerindən bu taya keçir. Sürü 

də  onun  arxasınca  gəlir.  Haramılar  ha  çalışırlarsa,  sürünün 

qabağını  saxlaya  bilmirlər.  O,  sürünü  xanın  həyətinə  gətirir. 

Həsən xan çobanın qoçaqlığını görüb qızı ona verir. Yeddi gün, 

yeddi gecə ona toy çaldırır. 

 



 

 

92 



Yatdı apardı** 

 

 

 



Belə  deyirlər  ki,  bir  şah  Araz  çayının  üstündən 

Xudafərində  körpü  saldırmaq  istəyirmiş.  Özü  də  tez.  Üç  aya. 

Hər  yerə  car  çəkilir,  bacarıqlı  bənnalar  yığılır.  Deyirlər  ki, 

körpünü  kim  üç  aya  başa  gətirsə,  padşahdan  böyük  ənam 

alacaq, gətirə bilməsə zindana salınıb boynu vurulacaq. Amma 

heç  kəs  buna  əməl  edə  bilmir.  Bu  minvalla  otuz  doqquz  usta 

zindana  salınır.  Bundan  sonra  heç  kəs  cəsarət  edib  bu  işdən 

yapışmaq  istəmir.  Deyirlər  ki,  Ordubadda  dünya  yorub  yola 

salmış  usta  Mehdi  adlı  bir  bənna  var  imiş.  Bu  xəbər  ona  da 

çatır. 


Usta  Mehdi  sənətin  də,  sənətkarın  da  qədir  –  qiymətini 

bilən  idi,  çox  götür  –  qoydan  sonra  dedi  ki,  şahın 

"körpüsalmaq"  fikri  yaxşıdı.  Amma  qırxıncı  usta  da  körpünü 

tikə  bilməsə,  bu  otuz  doqquz  günahsızın  boynu  vurulacaq, 

bəlkə  bu  xeyirxah  iş  də  baş  tutmayacaq.  Durub  Şah  Abbasın 



 

 

93 



yanına  getdi.  Nə  üçün  gəldiyini  söylədi.  Əmələ  yığıb  işə 

başladı. 

Vaxt gəldi, üç ay tamam olhaolda Usta Mehdi baxdı ki, 

şah  oğlu  Şah  Abbas  qabaqda,  arxasınca  da  böyük  bir  dəstə 

qoşun  gəlir.  Körpü  başa  gəlmişdi.  Amma  bir  tərəfdə  bir  adam 

boyu yer yarımçıq qalırdı. Usta Mehdi tez köməkçilərə dedi: 

– Arazın o tayına keçib şahı qarşılayın. 

Özü  də  körpü  rəngində  olan  donunu  geyib  həmin  yerə 

uzandı.  Şah  Abbas  körpüdən  keçdi.  Arazın  o  tayında  onu 

qarşıladılar.  Usta  Mehdi  də  gəldi.  Ədəb  –  ərkanla  baş  əyib 

təzim etdi. Şah Abbas onu alqışladı, işindən razı qaldı. Onlara 

ayırdığı  xərclə  yanaşı,  yaxşı  ənam  da  verdi.  Sonra  Usta 

Mehdinin iltimasıyla otuz doqquz ustanı da azad etdi. 

O vaxtdan Ordubadda el arasında belə bir məsəl qaldı: 

"Usta Mehdi yatdı, apardı". 



 

 

94 



V. MƏRASIMLƏR, OYUNLAR 

 

Üzərliksalma mərasimi ** 



 

El  arasında  yayılan  törənlərdən  biri  bədnəzərdən 

qorunmaq üçün keçirilən üzərliksalma mərasimidir. Bədnəzərə 

rast  gələndə  ondan  qorunmaq  üçün  üzərlik  yandırmaq,  onun 

tüstüsünü iyləmək vacib sayılıb. Bu zaman aşağıdakı  mərasim 

nəğməsi oxunarmış: 

Üzərliksən, havasan, 

    Min bir dərdə davasan. 

   Çıxdım uca bir dağa 

   Çox yalvardım Allaha. 

    – Dedi, nədir, biçarə? 

     – Dedim, biçarəyə çarə. 

     – Dedi, məməli üzərlik

   Dibi kölgəli üzərlik, 

  Dər, sal, oda çatlasın, 

     Yaman gözlər pırtlasın. 

                     Bir, iki, üç, dörd, beş, altı, yeddi, 

        Qada – bəla bizdən getdi. 

   Üzərliyim çırtladı, 

    Yaman gözlər pırtladı. 

   Başı börklü üzərlik, 

     Köməçli, köklü üzərlik. 

    Səni salıram bu oda, 

      Görsət hökmün üzərlik. 

 





 

Yağış yağdırma 



 

Il quraxlıx olanda birisinin üstünə söyüt  yarpaxlarıynan 

su atardılar, qapı–qapı gəzdirip oxuyardılar: 



 

 

95 



  

Gülül,  gülül, xoş gülül, 

  

Əl–əyağı yaş gülül. 



  

Sən əl duaya yetir

  

Qoy yağsın yağış, gülül. 



  

Ay göylərin buludu, 

  

Əkinnərim qurudu. 



  

Döl xatının naxışı, 

  

Əndər gəlsin yağışı. 



 

Godu – godu ** 

 

Yağış  çox  yağanda  bir  budağı  gəlin  kimi  bəzəyip, 

boynuna  muncux  salıp  uşağa  verillər  ki,  apar  gəzdir.  Kiminən 

irasdaşsa  gərək  goduya  salam  versin.  Godunu  gəzdirənnər  də 

belə oxuyullar: 

Godu – godu görduyunuz varmı? 

Goduya salam verdiyiniz varmı? 

Godu gedənnən bəri 

Gün üzü gördüyünüz varmı? 

Godunu atdan düşürün

Goduya süddü aş bişirin, 

Godu sabah gün çıxartmasa, 

Vırın atdan düşürün. 

 

Deyəllər ki, bu nəğməni oxuyannan sonra hava 



oyalanar, gün düşər, yağış kəsər. 

 

Çömçəxatun ** 



 

 

Uşaqlar bir yerə toplanır. Bir – birindən yapışırlar, guya 



ki,  quzudurlar.  Quraqlıq  keçəndə  taxta  çömçə  götürürlər, 

üstünə  qara  salırlar,  bir  –  bir  qapıları  döyürlər.  Kim  qapıdan 

çıxırsa, ondan pay istəyib, həmin qapıda bu mahnını oxuyurlar: 

 

 



 

 

 




Yüklə 6,37 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə