183
şən əmək məhsuldarlığı göstəricisi 1,5 dəfə artaraq, son ildə
97,2 min manat təşkil etmişdir. Lakin, bu artımın ən yüksək
göstəricisi və həcmi yenə də neft və mədənçıxarma sektorunda
olmaqla, 1,6 dəfə artımla müşahidə edilib, 419 min manata bəra-
bər olmuşdur. Sənaye və istehsal sahələrinə aid digər təsərrüfat
subyektlərində isə, müvafiq göstərici öz aşağı artım səviyyəsi və
həcmi ilə nəzərə çarpmışdır. Belə ki, emal sənayesində bu
göstərici 1,1 dəfə (14,2 min manat), sellüloz-kağız istehsalı və
nəşriyyat işi sahəsində 2,5 dəfə (11,7 min manat), maşın və
avadanlıqların istehsalında 1,6 dəfə (4,3 min manat) yüksəl-
mişdir. Əksinə, müvafiq göstərici yeyinti sənayesində 1,1 dəfə
(11,2 min manat), toxuculuq və tikiş sənayesində 2,3 dəfə (1,5
min manat), kimya sənayesində 4 dəfə (4,3 min manat), metal-
lurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında 1,6
dəfə (4,1 min manat) azalmışdır (27). Mövcud vəziyyət ölkədə
sənaye və istehsal yönümlü təsərrüfat subyektlərində bir işçiyə
düşən əmək məhsuldarlığı göstəricisini müsbət baxımdan qiy-
mətləndirməyə imkan vermir. Yaranmış durum isə, bu təsərrüfat
subyektlərində qalmaqda olan ciddi çətinlik və problemlərlə sıx
bağlıdır (idarəetmə sisteminin təşkilinin qeyri-səmərəliliyi,
maddi-texniki bazanın zəifliyi, innovasiya yönümlü tədbirlərin
həyata keçirilməsinin qeyri-mükəmməlliyi, maliyyə, kredit,
investisiya problemləri, mütəxəssis və işçi heyətinin peşəkar-
lığının aşağı səviyyədə olması, məhsulların rəqabət qabiliyyət-
sizliyi və s.). Maraqlı haldır ki, ölkədə fəaliyyət göstərən xarici
investisiyalı və birgə müəssisələrdə bu istiqamətdə vəziyyət
nisbətən daha qənaətbəxşdir və onlar yerli təsərrüfat subyekt-
lərinin malik olduğu problemlərin çox hissəsindən uzaqdırlar.
Müasir dünyada elmi-tədqiqatlara çəkilən xərclərin, bu
sahəyə ayrılan investisiyaların həcmi artmaqdadır. Bu baxımdan
nəinki inkişaf etmiş ölkələr (ABŞ, Qərbi Avropa ölkələri, Yapo-
niya), o cümlədən bir çox inkişaf etməkdə olan ölkələr də (ÇXR,
Hindistan, Cənub-Şərqi Asiya ölkələri) xüsusilə fərqlənirlər.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, elm tutumlu və
184
innovasiya yönümlü məhsul və xidmətlərin həcmi həmin
dövlətlərin ümumi daxili məhsulunun artımının xüsusi çəkisinin
50%-dən çoxunu təmin edir (28).
Azərbaycanda son on ildə bu sahəyə diqqət və dövlət qay-
ğısı artmaqda olsa da, müvafiq məqsədlər üçün ayrılan vəsaitlər
daha çox bu sferada çalışan insanların əmək haqqının artırılma-
sına, sahənin maddi-texniki bazasının müasir tələblərə uyğunlaş-
dırılmasına yönəlmiş, lakin iqtisadi inkişafın yüksəlişinə təsir
göstərəcək innovasiya yönümlü yeni məhsul istehsalına və digər
belə elmi-tədqiqat işlərinin həyata keçirilməsinə kifayət etmə-
mişdir. Təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin bazar təsər-
rüfatçılıq modelinə keçməsi zamanı mövcud olan ciddi prob-
lemlər, sonradan yaranan beynəlxalq maliyyə böhranı elm -
iqtisadiyyat, elm-istehsal birliyinin vəhdətinin formalaşmasına,
bu istiqamətdə məqsədyönlü elmi-tədqiqatların aparılmasının
maliyyələşdirilməsinə, ciddi innovasiya tədbirlərinin həyata ke-
çirilməsinə imkan verməmişdir. Azərbaycan dünyada elm tu-
tumlu məhsulların 0,01% -nə qədərinə iddia edə bilər ki, bu da
ümumilikdə 20 milyon ABŞ dollarından da aşağı göstəricidir
(27, 43).
Azərbaycanın elmi-tədqiqat müəssisələrində istifadə olunan
əsas vəsaitlərin dəyəri 2000-ci illə müqayisədə 2009-cu ildə 1,6
dəfə artaraq, 85 milyon manata çatsa da, müvafiq maddi texniki
bazanın yalnız 26%-i zəruri avadanlıq və texniki vasitələrdən
ibarət olmuşdur. Elmə və elmi tədqiqatlara çəkilən xərclərin
73%-i dövlət büdcəsindən maliyyələşdirilmiş, digər hissəsi isə
elmi-tədqiqat müəssisələrinin özlərinin müxtəlif mənbələrdən
cəlb etdiyi və xarici donorların məqsədli layihələri hesabına
təmin olunmuşdur (27).
Ölkənin inkişafında əsaslı innovasiya fəaliyyətinin reallaş-
dırılması üçün ilk növbədə son on beş ildə iqtisadiyyatın inki-
şafında xammal yönümlüyünün mövcud olması ilə bağlı məsə-
lələr və həm də bu sahədə olan maneələr, məhdudiyyətlər aradan
qaldırılmalıdır. Bu ilk növbədə cəmiyyətin və iqtisadiyyatın tə-
185
ləbatlarına elmi tədqiqatların kifayət qədər istiqamətlənməməsi
ilə sıx bağlıdır. Azərbaycanlı alimlərin, tədqiqatçıların ideya və
ixtiraları, demək olar ki, yerli sənaye və sahibkarlıq subyekt-
lərinə zəif istiqamətlənmişdir. Xüsusi elmi-texniki və vençur
sektorunun faktiki olaraq mövcud olmaması son nəticədə elmi
fəaliyyətdə rəqabət və səmərəliliyi aşağı salmışdır. Bu sahədə ən
mühüm tormozlayıcı amil infrastrukturun inkişaf etməməsi, in-
novasiya fəaliyyətinin və qabaqcıl texnologiyaların geniş ya-
yılması mexanizminin olmaması ilə sıx bağlıdır. Təbii ki, bütün
bu amillər əslində dövlətin aktiv sənaye və innovasiya siyasəti
həyata keçirməsinin zəruriliyini şərtləndirir.
Azərbaycan Respublikasında fəaliyyət növləri və maliyyə
mənbələri üzrə texnoloji innovasiyalara çəkilən xərclərin həcmi
öz yüksəkliyi ilə fərqlənmir. İqtisadi inkişafın stabilliyinin möh-
kəmlənməyə başladığı illər ərzində bu sahədə ciddi irəliləyiş nə-
zərə çarpmamış, əksinə, müəyyən lənglik və geriləmə halları
özünü göstərmişdir. Belə ki, ümumilikdə sənaye və istehsal yö-
nümlü sahələrdə, buraya aid olan təsərrüfat subyektlərində mü-
vafiq xərclərin həcmi 2005-ci illə (53273 min manat) müqayi-
sədə 2009-cu ildə (4618 min manat) 11,5 dəfə azalmışdır. Təsər-
rüfat subyektlərinin öz daxili maliyyə mənbələri hesabına bu
istiqamətdə çəkdiyi xərclərin həcmi müvafiq dövr ərzində 1,1
dəfə azalmaqla, son dövrdə 3589 min manat təşkil etmişdir.
Dövlət və digər büdcədən kənar fondlar hesabına çəkilmiş mü-
vafiq xərclərin həcmi 2005-ci ildə 44645 min manat olsa da (bu,
müvafiq dövrdə çəkilən xərclərin 84%-inə bərabərdir), son üç
ildə bu istiqamətdə onların səviyyəsi yoxa enmişdir. Əsasən, bu
xərclər də neft sektoruna yönəldilmişdir. Digər sahələrdə də bu
yöndə pozitiv irəliləyiş olmamış, əksinə, azalma meylləri müşa-
hidə edilmişdir. Belə ki, qeyd olunan dövrdə müvafiq xərclərin
həcmi emal sənayesinə aid olan təsərrüfat subyektlərində 2,2 də-
fə azalmaqla, 4102 min manat, yeyinti sənayesinə aid olan təsər-
rüfat subyektlərində 2,4 dəfə azalmaqla, 1646 min manat, maşın
və avadanlıqların istehsalı ilə məşğul olan təsərrüfat subyekt-
Dostları ilə paylaş: |