186
lərində 3 dəfə azalmaqla, 22 min manat səviyyəsinə enmişdir.
Sənaye və istehsal yönümlü digər təsərrüfat subyektlərində belə
xərclərin mövcudluğu nəzərə çarpmamışdır. Yalnız müvafiq
dövrdə kimya sənayesinə aid olan təsərrüfat subyektlərində
(dövlət müəssisələri) bu yönümlü xərclər 26 dəfə artaraq, 1029
min manata çatmışdır (27).
Müasir iqtisadi inkişafda, Azərbaycanın ÜTT-yə daxil olma
ərəfəsində innovasiya yönümlü xərclərin belə aşağı səviyyədə
qalması, təbii ki, təkmil elm tutumlu və rəqabət qabiliyyətli yeni
məhsulların istehsal imkanlarını azaltmaqla, təsərrüfat subyekt-
lərinin maliyyə böhranı və ondan sonrakı dövrdə yerli və xarici
bazarlardakı mövqelərinin daha da itirilməsinə təsir göstərə-
cəkdir. Məhz bu amillərin nəticəsində kimya, metallurgiya və
hazır metal məmulatların istehsalı sənayesində son dörd ildə
innovasiya yönümlü yeni məhsulların istehsalı olmamış, emal
sənayesində müvafiq məhsulların həcmi azalmağa doğru get-
məklə, son dövrdə bu sahədə də istehsal müşahidə edilməmiş,
elektrik avadanlığı, optik və elektron avadanlıqların istehsalında
isə innovasiya yönümlü məhsulların həcmi 12 dəfə azalmaqla,
cəmi 70 min manat səviyyəsində özünü göstərmişdir (27, 42).
Sənaye və istehsal sahələrində innovasiya yönümlü təd-
birlərin həyata keçirilməsinə mane olan amilləri aşağıdakı kimi
qiymətləndirmək məqsədəuyğundur:
İqtisadi amillər
- təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin qeyri-qə-
naətbəxşliyi;
- bu sahədə dövlət tərəfindən zəruri maliyyə yardımının ki-
fayət qədər olmaması;
- yeni məhsullara ödəniş qabiliyyətli tələbatın zəifliyi;
- ölkədə yeniliklərin dəyərinin yüksək olması
və onlara diq-
qətin artırılmaması;
- yüksək iqtisadi risklərin qalması;
-yeni məhsulların istehsalına çəkilən xərclərin əvəzinin
ödənilməsinin uzunmüddətliliyi.
187
İstehsal amilləri
- təsərrüfat subyektlərinin innovasiya potensialının aşağı
olması;
- yüksək ixtisaslı və peşəkar mütəxəssislərin, işçi heyətinin
çatışmaması;
- idarəetmə sisteminin
qeyri-mütəşəkilliyi;
- yeni texnologiyalar haqqında informasiyalarla təminatın
zəifliyi;
-təsərrüfat subyektləri tərəfindən yeniliklərin qəbul
edilməməsi;
-satış bazarları haqqında informasiyanın çatışmaması;
-təsərrüfat subyektləri və elmi təşkilatlar arasında
kooperasiya üçün imkanların olmaması.
Digər səbəblər
-əvvəlki innovasiyalar nəticəsində yeni məhsullara ehtiya-
cın qiymətləndirilməməsi;
- innovasiya fəaliyyətini tənzimləyən və stimullaşdıran hü-
quqi-normativ bazanın qaneedici səviyyədə olmaması;
- innovasiya prosesi
müddətinin qeyri-müəyyənliyi;
-innovasiya infrastrukturunun (vasitəçilik, informasiya, hü-
quq, bank və s. xidmətlərinin) zəif və sistemsiz inkişafı;
-ölkədə texnologiyalar bazarının inkişaf etməməsi.
Sənaye və istehsal yönümlü təsərrüfat subyektləri tərəfindən
əsas kapitala kifayət qədər investisiya qoyulmaması, ətraf mü-
hitin mühafizə obyektlərinin inşası və yenidən qurulmasının
miqyasının azalması, bu sahə üzrə müasir texnoloji avadan-
lıqlardan istifadə səviyyəsinin aşağı olması ölkənin ekoloji
mühitinə öz mənfi təsirini göstərməkdədir. Tədqiqatlar göstərir
ki, 2009 -ci ildə ətraf mühitin mühafizəsinə yönəldilən kapital
qoyuluşları qismində investisiyaların xüsusi çəkisi 97,6 milyon
manat təşkil etmişdir ki, bu da ölkə üzrə ümumi investisiya
qoyuluşlarının xüsusi çəkisində cəmi 1%-ə bərabərdir (27, 36).