192
tehsalın səmərəli təşkili, son nəticədə sosial və iqtisadi vəzifə-
lərin yerinə yetirilməsi ilə bağlı dövlətin və cəmiyyətin daha çox
resurs və imkanlara malik olmasını təmin edir.
Səmərəlilik amili ümumi (mütləq) və müqayisəli (nisbi) şə-
kildə olmaqla fərqləndirilir (45, с. 62). Ümumi səmərəliliyin he-
sablanması təsərrüfat subyektləri və regionlar çərçivəsində sə-
mərəlilik səviyyəsinin müqayisə edilməsi üçün konkret zaman
kəsiyində iqtisadiyyatın müxtəlif səviyyələrində səmərəliliyin və
ümumi iqtisadi nəticələrin təhlili və qiymətləndirilməsi baxı-
mından zəruridir.
Müqayisəli səmərəlilik istehsal, təsərrüfat, texniki və təş-
kilati qərarların qəbul edilməsinin əsaslandırılması, eyni zaman-
da bu sahədə ən optimal və alternativ variantların seçilməsi
məqsədilə müəyyən edilir. Belə seçim səmərəliliyin keyfiyyəti,
əlavə kapital qoyuluşunun səmərəlilik əmsalı və ya ödəmə müd-
dətinin hesablanması, eləcə də texniki-iqtisadi göstəricilər siste-
minin müxtəlif variantları üzrə müqayisə əsasında aparılır. Sə-
mərəliliyin mahiyyəti onun meyarları ilə yanaşı iqtisadi səmərə-
liliyin, həmçinin, xərclərin və resursların təsnifləşdirilməsi əsa-
sında da konkretləşdirilir.
Səmərəliliyin səviyyəsi haqqında real informasiyalar onun
ifadə forması və təsnifləşdirilməsi ilə sıx əlaqədardır. İqtisadi sə-
mərəliliyin qiymətləndirilməsində bir qayda olaraq üç qrup gös-
təricilər istifadə olunur; həcm göstəriciləri, yekun göstəricilər və
sosial nəticələr üzrə göstəricilər.
İqtisadi səmərəliliyin həcm göstəricilərinə istehsal edilən və
göstərilən xidmətlərin natural və ya dəyər göstəricilərini özündə
ifadə edən bazis göstəriciləri şamil edilir. Həcm göstəricilərinin
natural formasına istehsal edilən məhsulun, ümumi əmtəəlik
məhsulun, tikinti-montaj işlərinin həcmi və emal olunan məh-
sulun natural normativ dəyəri və s. aiddir.
Səmərəliliyin yekun-nəticə göstəriciləri bir qayda olaraq
istehsalın keyfiyyət strukturunun vəziyyətini, bazar tələbatının
ödənilməsini, idəretmənin müxtəlif səviyyələrində təsərrüfat
193
fəaliyyətinin son nəticələrini özündə əks etdirir. Müvafiq gös-
təricilər, həmçinin, milli və xalis gəliri, ümummilli məhsulun sə-
viyyəsini, iqtisadi mənfəəti, maya dəyərinin aşağı salınması ilə
bağlı qənaətin həcmini, mövcud qiymətlərlə məhsul satışının
həcmini, istehsal güclərindən istifadə vəziyyətini, məhsul və
xidmətlərin keyfiyyətini də təcəssüm etdirir. Həcm göstəricilə-
rini bir çox hallarda istehsal fəaliyyətinin kəmiyyət göstəriciləri
kimi də səciyyələndirirlər. Bu amil adətən müvafiq göstəricilər-
dən diferensiallaşmış səmərəlilik göstəricilərinin hesablanması
zamanı istifadə edilir.
İstehsalın səmərəliliyinin qiymətləndirilməsində sosial nəti-
cələr xüsusi əhəmiyyətə malikdir. Belə ki, səmərəliliyin sosial
göstəricilərində iqtisadi inkişafda insan amilinin prioritetliyi,
cəmiyyətin və əmək kollektivinin sosial məqsədlərinə uyğun
olaraq istehsal-təsərrüfat fəaliyyətinin nəticələrinin ifadəsi öz
əksini tapır. Təsərrüfat subyektinin maraqları sosial nəticələrlə
sıx qarşılıqlı əlaqədə olur, belə ki, istehsalın nəticələri yüksəl-
dikcə o, sosial nəticələrə müsbət təsir göstərir, əksinə, istehsalın
nəticələri aşağı endikcə bu amil sosial nəticələrə mənfi təsir edir.
Sosial nəticələr aşağıdakı göstəriciləri özündə təcəssüm etdirir:
- əhalinin yaşayış səviyyəsinin yüksəlməsi (əmək haqqının,
real gəlirlərin, yaşayış minimumunun, əhalinin sosial-kommunal
təminatının və həyat səviyyəsinin yüksəlməsi);
- asudə vaxtdan və əmək-iş şəraitindən istifadənin səmərəli-
liyi (istehsal qəzalarının azalması, mütəxəssis-kadr axınının
qarşısının alınması, əhalinin məşğulluq səviyyəsinin artması və
s.);
- ekoloji mühitin yaxşılaşdırılması, istehsal prosesinin ətraf
mühitə təsiri.
Sosial nəticələrin yekun nəticələrə təsiri heç də həmişə
konkret kəmiyyət ifadəsində öz əksini tapmır. Bu baxımdan tə-
sərrüfat fəaliyyətində qarşıya qoyulan məqsədlərin təsnifləş-
dirilməsi və onların dolayı formada qiymətləndirilməsi təcrübəsi
kifayət qədər geniş yayılmışdır (46, с. 143). Beynəlxalq təcrübə-
194
də xərclərin və resursların təsnifləşdirilməsi universal xarakter
daşıyır və burada resurslardan istifadənin və istehsal xərclərinin
aşağıdakı göstəriciləri xüsusilə fərqləndirilir:
- canlı əmək məsrəfləri (iş vaxtının həcmi, əmək haqqı
fondu);
- maddi məsrəflər (xammal, material, yanacaq, enerji
xərcləri);
- istehsal fondları (əsas istehsal fondları, dövriyyə fondları,
tədavül fondları);
- kapital qoyuluşları və investisiyalar (əsas istehsal fond-
larının geniş təkrar istehsal və dövriyyə fondlarının artırılması
ilə bağlı xərcləri);
- təbii resurslardan istifadə səviyyəsi (torpaq, meşə, su
ehtiyatları);
- informasiya resursları və onların təminat imkanları (elmi-
tədqiqat işlərinin nəticələri, ixtiralar, innovasiya tədbirləri və di-
gər elmi yeniliklər);
- iqtisadi kateqoriya olaraq iş vaxtının qiymətləndirilməsi
(iş davamiyyət müddəti, istehsal müddəti, investisiyaların real-
laşdırılması müddəti, innovasiyaların reallaşdırılması müddəti,
yeni texnikanın tətbiqi).
Müasir praktikada təsərrüfat fəaliyyətinin səmərəliliyi nis-
bətən azsaylı göstəricilərlə xarakterizə edilir. Lakin, bütün bun-
lara baxmayaraq təsərrüfat fəaliyyətini xarakterizə edən belə sə-
mərəlilik göstəricilərinin hər birinə çoxsaylı amillər öz təsirini
göstərir. Təbii ki, bu amillər son nəticədə həmin göstəricilərin
dəyişikliyə uğramasında da mühüm rol oynayır. Müvafiq amillər
əsasən xüsusiyyətlərinə və ardıcıllığına görə qruplaşdırılır və
iqtisadi təhlil prosesində onlar həm də müxtəlif əlamətlər üzrə
təsnifləşdirilir. Təhlilin vəzifələrindən asılı olaraq təsərrüfat
fəaliyyətinin səmərəlilik göstəricilərinə təsir edən amilləri daxili
və xarici təsir xüsusiyyətlərinə görə fərqləndirmək mümkündür.
Təsərrüfat fəaliyyətinin səmərəliliyinə təsir edən əsas daxili
amillər bir qayda olaraq təsərrüfat subyektinin fəaliyyətinin nəti-
Dostları ilə paylaş: |