191
tövlükdə hər bir təsərrüfat subyektinin, işçinin və cəmiyyətin
qarşısında duran ən mühüm məqsədlərdən biri hesab edilməlidir.
Təbii ki, qeyd edilən məqsəd, ona nail olunma metodları, səmə-
rəliliyin yüksəldilməsinin potensial imkanları, ehtiyatları iqtisad
elmində və praktikada öz vacibliyi ilə çıxış edən məsələlərdən
biridir.
İstehsalın səmərəliliyinin qiymətləndirilməsinin bazis prin-
siplərində uyğunluq halları özünü göstərir. Təbii ki, konkret qiy-
mətləndirmə metodlarının taktiki təyinatı, bu prosesə sərf edilən
vaxt, belə qiymətləndirmələrin müxtəlif istiqamətli və xüsusiy-
yətli olması bütövlükdə iqtisadi münasibətlərin
xarakteri, o cüm-
lədən, iqtisadiyyatın idarə olunmasının təşkili ilə sıx bağlıdır.
Bazar iqtisadiyyatı şəraitində istehsalın səmərəliliyinin ma-
hiyyəti, xüsusiyyətləri, onun meyarlarının səviyyə və tələbləri
dəyişiklikləri ilə özünü büruzə verir. Belə ki, bazar iqtisadiyya-
tının və sahibkarlığın əsasını mənfəətlilik təşkil etdiyi üçün, bu
baxımdan iqtisadi səmərəliliyin başlıca meyarı kimi məhsulun,
xidmətin keyfiyyətinin yüksəldilməsi şərti ilə resursların və
xərclərin hər vahidinə görə əldə olunan mənfəətin yüksəldilməsi
amili ön plana çəkilir. Digər tərəfdən, bu sistemin ən mühüm
şərtlərindən biri də istehsal edilən məhsulların, göstərilən xid-
mətlərin daxili və xarici bazarda rəqabət qabiliyyətinin təmin
edilməsi xüsusi diqqət mərkəzində olur. Bazar münasibətləri şə-
raitində öz aktuallığını daim saxlayan məsələlərdən biri də sə-
mərəliliyin ümummilli meyarlarıdır ki, belə meyarlara əsasən
resursların və xərclərin hər vahidinə görə ümummilli məhsulun
və milli gəlirin maksimum səviyyədə əldə edilməsi şamil edilir.
Ölkədə iqtisadi inkişafın təmin edilməsində təsərrüfat subyekt-
lərində, istehsal sahələrində fəaliyyətin səmərəliliyinin artırıl-
ması, onların idarəetmə sisteminin çevik və səmərəli təşkili xü-
susi əhəmiyyət kəsb edir. Təbii ki, bu subyektlərdə istehsal və
idarəetmə fəaliyyəti nə qədər səmərəli təşkil olunsa, o da öz
növbəsində makroiqtisadi səviyyədə səmərəliliyin yüksəldil-
məsinə təkan verəcəkdir. Təsərrüfat subyektləri səviyyəsində is-