Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə59/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   55   56   57   58   59   60   61   62   ...   86

189 
 
III FƏSIL . TƏSƏRRÜFAT SUBYEKTLƏRĠNĠN 
SƏMƏRƏLĠLĠYĠNĠN YÜKSƏLDĠLMƏSĠ EHTĠYATLARI 
 
3.1. Təsərrüfat subyektinin fəaliyyətinin səmərəliliyinin 
yüksəldilməsi ehtiyatları  
 
Müasir  şəraitdə  təsərrüfat  subyektlərinin  fəaliyyəti  səmə-
rəlilik  amili  ilə,  onun  təmin  edilməsi  istiqamətləri  ilə  birbaşa 
bağlıdır.  Belə  yanaşmanın  əsasında,  təbii  ki,  mövcud  resurs-
lardan və iş vaxtından səmərəli və məqsədəuyğun istifadə  edil-
məsi ilə istehsalın keyfiyyətinin və həcminin artırılması, bazarda 
təsərrüfat  subyektinin  mövqeyinin  möhkəmləndirilməsi,  onun 
maliyyə  vəziyyətinin  sağlamlaşdırılması  kimi  ciddi  məsələlər 
durur.  
Təsərrüfat  subyektlərində  səmərəlilik  amili  daha  çox  se-
çim məsələsi ilə sıx şəkildə bağlı olur. Seçim məsələsi öz növ-
bəsində  istehsal  yönümünün  və  istiqamətinin  əsaslandırılma-
sını,    hansı  növ  məhsul  istehsal  etdirilməsini,  müvafiq  istehsal 
prosesinin  təşkili  üsullarının  konkretləşdirilməsini,  istehsalın 
həcminin bazar tələblərinə uyğunlaşdırılmasını və digər bu kimi 
zəruri  amillərin  əvvəlcədən  müəyyən  edilməsini  gündəmə  gə-
tirir.    Təsərrüfat  subyektlərində  səmərəliliyin  səviyyəsinin  artı-
mına  sosial  -  iqtisadi  baxımdan  müxtəlif  amillər  təsir  göstərir. 
Belə ki, iqtisadi səmərəliliyin səviyyəsinə təsir göstərən amillərə 
sürətli  iqtisadi  artımı,  əhalinin  həyat  səviyyəsinin  yüksəl-
dilməsini,  inflyasiya  səviyyəsinin  aşağı  salınmasını,  əmək  və 
sosial şəraitin yaxşılaşdırılmasını aid etmək olar.  
Təsərrüfat  fəaliyyətində  səmərəlilik  amili  ilk  növbədə  tex-
nika və texnologiyaya münasibətlə sıx təmasda olur. Bu baxım-
dan  səmərəlilik  yanaşması  istehsal  prosesinin  faktiki  və  poten-
sial nəticələri arasındakı fərqi, sərf olunan resurs və enerji vahi-
dinə  görə  fəaliyyətin  yerinə  yetirilmə  səviyyəsini  özündə  əks 
etdirir. Eyni  zamanda, istehsal  prosesinin səmərəliliyi  mahiyyət 
baxımından  tamlıqla  texnoloji  xüsusiyyətlərə  malik  olmayıb, 


190 
 
onun  səviyyəsi  qiymətləndirmə  kateqoriyaları  ilə  əsaslı  şəkildə 
əlaqədardır.  
Qeyd etmək lazımdır ki, təsərrüfat-istehsal fəaliyyətində sə-
mərəlilik amili digər sahələrlə müqayisədə nisbətən sonra tətbiq 
edilməyə başlanmışdır. İstehsal fəaliyyətinin səmərəliliyi xarak-
terizə  edilərkən  ilk  növbədə  istehsal  üçün  zəruri  olan  proseslər 
ön plana çəkilməli və burada məhsul buraxılışı ilə bağlı sərf edi-
lən xərclərin həcminin tədqiqinə xüsusi üstünlük verilməlidir.  
İqtisadi  fəaliyyətin  səmərəliliyi  ilə  müqayisədə  qiymətlən-
dirmə  xarakteri  daşıyan  səmərəlilik  kateqoriyası  nisbətən  daha 
çox  öz  genişliyi  və  dəqiqliyi  ilə  səciyyələnməlidir.  Səmərəlilik 
amili əsasən fəaliyyətin nəticəsinin ona sərf olunan xərclərə nis-
bəti kimi götürülür və bəzi hallarda o, müxtəlif səbəblərlə bağlı 
qiymətlərin  dəyişmə  səviyyəsindən  asılı  olub  nəzərəçarpacaq 
dəyişikliklərə  uğrayır.    Həmçinin,  bazarda  qiymətin  dəyiş-məsi 
şəraitində  səmərəliliyin  təmin  olunması  sahəsində  müxtəlif 
tendensiyalar müşahidə edilə bilər (44, с. 92). Bu baxımdan sə-
mərəliliyin  təmin olunmasında qarşıya qoyulan  məqsədlərə  nail 
olmaq üçün  iqtisadi, istehsal və digər fəaliyyət növlərinin nəti-
cələrinin müəyyən edilib planlaşdırılması xüsusi zərurətdən irəli 
gəlir.  
Təsərrüfat fəaliyyəti üzrə plan və proqnozların tətbiqi isteh-
salın nəticələri ilə əlaqədar xərclərin, qiymətlərin və resurs seçi-
minin  müəyyənləşməsində  xüsusi  əhəmiyyət  kəsb  edərək,  həm 
də ölkənin sosial-iqtisadi inkişafına öz təsirini göstərir. Mövcud 
inkişaf meyli eyni  zamanda təsərrüfat  fəaliyyətinin  səmərəliliyi  
ilə sıx bağlıdır. Təsərrüfat subyektlərində səmərəliliyin kəmiyyət 
baxımından qiymətləndirilməsinin ən mühüm modeli kimi xərc-
lər, resurslar və  fəaliyyətin  nəticələri arasında nisbət  münasibə-
tinin  müəyyən  edilməsi  çıxış  edir  (45,  s.  181).  Ölkənin  müasir 
inkişaf şəraitində müəyyən xərc və resurslar vahidinə görə isteh-
sal edilən məhsulların həcminin artırılması, son nəticələrin mak-
simumlaşdırılması, həmçinin, istehsalın son nəticəsinin hər vahi-
dinə sərf edilən xərclərin, resursların minimuma endirilməsi bü-


191 
 
tövlükdə  hər  bir  təsərrüfat  subyektinin,  işçinin  və  cəmiyyətin 
qarşısında duran ən mühüm məqsədlərdən biri hesab edilməlidir. 
Təbii ki, qeyd edilən məqsəd, ona nail olunma metodları, səmə-
rəliliyin yüksəldilməsinin potensial imkanları, ehtiyatları iqtisad 
elmində  və  praktikada  öz  vacibliyi  ilə  çıxış  edən  məsələlərdən 
biridir.  
İstehsalın  səmərəliliyinin  qiymətləndirilməsinin  bazis  prin-
siplərində uyğunluq halları özünü göstərir. Təbii ki, konkret qiy-
mətləndirmə metodlarının taktiki təyinatı, bu prosesə sərf edilən 
vaxt,  belə  qiymətləndirmələrin  müxtəlif  istiqamətli  və  xüsusiy-
yətli olması bütövlükdə iqtisadi münasibətlərin xarakteri, o cüm-
lədən, iqtisadiyyatın idarə olunmasının təşkili ilə sıx bağlıdır. 
Bazar iqtisadiyyatı şəraitində istehsalın səmərəliliyinin ma-
hiyyəti,  xüsusiyyətləri,  onun  meyarlarının  səviyyə  və  tələbləri 
dəyişiklikləri ilə özünü büruzə verir. Belə ki, bazar iqtisadiyya-
tının və sahibkarlığın əsasını mənfəətlilik təşkil etdiyi üçün, bu 
baxımdan  iqtisadi  səmərəliliyin  başlıca  meyarı  kimi  məhsulun, 
xidmətin  keyfiyyətinin  yüksəldilməsi  şərti  ilə  resursların  və 
xərclərin hər vahidinə görə əldə olunan mənfəətin yüksəldilməsi 
amili  ön  plana  çəkilir.  Digər  tərəfdən,  bu  sistemin  ən  mühüm 
şərtlərindən  biri  də  istehsal  edilən  məhsulların,  göstərilən  xid-
mətlərin  daxili  və  xarici  bazarda  rəqabət  qabiliyyətinin  təmin 
edilməsi xüsusi diqqət mərkəzində olur. Bazar münasibətləri şə-
raitində  öz  aktuallığını  daim  saxlayan  məsələlərdən  biri  də  sə-
mərəliliyin  ümummilli  meyarlarıdır  ki,  belə  meyarlara  əsasən 
resursların və xərclərin hər vahidinə görə ümummilli məhsulun 
və milli gəlirin maksimum səviyyədə əldə edilməsi şamil edilir. 
Ölkədə  iqtisadi  inkişafın  təmin  edilməsində  təsərrüfat  subyekt-
lərində,  istehsal  sahələrində  fəaliyyətin  səmərəliliyinin  artırıl-
ması, onların idarəetmə sisteminin çevik və səmərəli təşkili xü-
susi  əhəmiyyət  kəsb  edir.  Təbii  ki,  bu  subyektlərdə  istehsal  və 
idarəetmə  fəaliyyəti  nə  qədər  səmərəli  təşkil  olunsa,  o  da  öz 
növbəsində  makroiqtisadi  səviyyədə  səmərəliliyin  yüksəldil-
məsinə təkan verəcəkdir. Təsərrüfat subyektləri səviyyəsində is-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə