Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə56/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

180 
 
lazımi məlumatların əldə olunma imkanlarının asanlaşmasını və 
təsdiqini ön planda görməyi vacib sayır. Ancaq, ölkədə bu zəruri 
mexanizmin  formalaşmasındakı  problemlər  həm  müvafiq  in-
frastruktur sahələrinin, həm də fond bazarının qeyri-təkmil inki-
şafı ilə bağlıdır. 
    Davam  etməkdə  olan  maliyyə  böhranı  ölkədə  yeni  iri  və 
orta  investisiya  layihələrini  həyata  keçirməyə  imkan  yaratmaya 
bilər. Tədqiqatlar göstərir ki, ümumi investisiya siyasətində artıq 
belə  təsirlər  hiss  edilir  və  risklər  daha  da  artır. Qlobal  tələbatın 
azalması səbəbindən dünya əmtəə bazarlarında da kəskin qiymət 
ucuzlaşması baş verib. Son dövrdə neftin qiymətinin 2-3, əlvan 
və qara metalların və digər əmtəələrin, malların qiymətinin isə 2 
- 2,5 dəfə ucuzlaşması baş vermişdir. Belə vəziyyət ölkədən ix-
rac  olunan  məhsul  və  əmtəələrin  qiymətinə  də  ciddi  təsir  gös-
tərməklə,  onsuz  da  güclü  maliyyə  dayanaqlığı  və  rəqabət  qabi-
liyyətliliyi olmayan yerli təsərrüfat subyektlərinin tədricən müf-
lisləşməsinə  və  onun  ardınca  neqativ  sosial-iqtisadi  fəsadların 
yaranmasına  təkan  verə  bilər.  Lakin,  ölkədə  qəribə  tendensiya 
baş alıb getməkdədir. Ölkəyə  gətirilən, idxal  olunan məhsul və 
əmtəələrin  dünyada  qiymətinin  aşağı  düşməsinə  baxmayaraq,  
Azərbaycanda bu qiymətlər əvvəllərdə olduğu kimi qalmaqda və 
bəzən də çox cüzi dəyişikliklərlə müşahidə edilməkdədir. Azər-
baycanda  bu  amil  qeyri-sağlam  rəqabət  mühitinin,  inhisarçılıq 
hallarının hələ də güclü olması ilə daha çox bağlıdır. Bazar mü-
nasibətlərinin  inkişafı  üçün  ciddi  problem  yaradan  belə  neqativ 
hallara  artıq  son  qoyulmalı  və  rəqabət  mühiti  sağlamlaşdırıl-
malıdır. 
    Keçən  əsrin  iqtisadi  inkişaf  tendensiyaları  və  müasir  döv-
rün mövcud inkişaf problemləri göstərir ki, belə böhranların orta 
davametmə müddəti yaxşı halda 2-3 il, əks halda isə 5-7 il çəkir. 
Ölkə  Prezidentinin  tapşırığı  ilə  həyata  keçirilmiş  qabaqlayıcı 
tədbirlər  nəticəsində  böhranın  mənfi  təsirləri  2008-ci  il  ərzində 
ölkə  iqtisadiyyatında  praktiki  olaraq  ciddi  hiss  olunmayıb. 
Bununla belə, son təhlillər göstərir ki, artıq bütün dünya ölkələ-


181 
 
rinin  üzləşdiyi  maliyyə  və  iqtisadi  böhran  ehtimal  edildiyindən 
daha  dərin,  sarsıdıcı,  uzunmüddətli  olacaqdır.  Həmçinin,  dün-
yadakı  maliyyə  böhranının  Azərbaycana  təsirləri  son  illərdə  də 
müəyyən şəkildə hiss edilmişdir. Ümumilikdə, maliyyə böhranı 
özünü  iqtisadi  fəallığın  aşağı  düşməsində  daha  çox  göstərir. 
Buna  baxmayaraq,  başqa  ölkələrlə  müqayisədə  Azərbaycan 
maliyyə  böhranının  birinci  mərhələsinə  duruş  gətirə  bilən 
ölkələr  sırasındadır.  Amma  böhran  qiymətləndimə  və  hesabla-
malara görə 3 il çəksə, onda Azərbaycana onun təsiri ötən illərlə 
müqayisədə daha çox olacaqdır. Təbii ki, belə xoşagəlməz inki-
şaf  meyli  ümumi  iqtisadi  inkişafla  birgə,  yerli  təsərrüfat  sub-
yektlərinin fəaliyyətinə də güclü mənfi təsir göstərə bilər.           
       Dünya iqtisadiyyatının üzləşdiyi maliyyə böhranından sonra 
digər  ciddi  problem  iqtisadi  artım  tempinin  qlobal  azalmasıdır 
ki,  mövcud  böhranın  daha  uzun  müddət  davam  etməsi  digər 
ölkələr  kimi,  Azərbaycana  da  öz  aşağıdakı  neqativ  təsirlərini 
göstərə bilər: 
  -      Əmtəəyə  olan  tələbatın  azalması  istehsalın  azalmasına 
səbəb ola bilər;  
  -  İstehsalın zəifləməsi, xammal təchizatı ölkələrinin bazar-
larının  zəifləməsi  nəticəsində  ixrac  həcminin  azalmasına  təsir 
göstərə bilər; 
 - Dünya iqtisadiyyatının üzləşdiyi ciddi problem - beynəl-
xalq  bazarda  neftə  olan  tələbatın  azalması  və  onun  qiymətinin 
aşağı düşməsi ilə bağlı iqtisadiyyatı xammaldan asılı olan ölkə-
lərdə, o cümlədən, Azərbaycan Respublikasında maliyyə sektoru 
ilə yanaşı iqtisadiyyatın real sektorunda və sosial sferada tənəz-
zülə gətirib çıxara bilər; 
  - İstehsal tələbləri azaldığından istehsal və bölgü prosesi 
zəifləyə bilər; 
-  Mövcud  problemlər  iqtisadi  inkişaf  tempinin  aşağı  düş-
məsinə,  təsərrüfat  subyektlərinin  fəaliyyətinin  zəifləməsinə,  iş-
sizlik  və  yoxsulluq  səviyyəsinin  yüksəlməsinə,  iqtisadiyyatın 
tədricən tənəzzülünə təsir göstərər; 


182 
 
   - Maliyyə sektorunda zəruri islahatların aparılmaması ma-
liyyə  əməliyyatları  iştirakçılarının  fəaliyyətinin  və  əməliyyat-
larının  qeyri-şəffaf  qalmasına,  bu  da  öz  növbəsində  bərpaya 
mane 
olan 
likvidliyin  azalmasına  səbəb  ola  bilər; 
           -  Enerji  istehlakında alternativ və  ucuz mənbələrin tapıl-
masına, qənaətli evlər və avtomobillər istehsalına təkan verə bi-
lər; 
   - İctimai nəqliyyat sektorunun inkişaf etdirilməsinə böyük 
investisiya cəlbini artıra bilər; 
   -  Alternativ  enerji  mənbələrinin  və  məhsullarının  ticarəti 
daha əlverişli və rəqabət qabiliyyətli ola bilər. 
          Ölkənin  sənaye  sahəsinə  daxil  olan  təsərrüfat  subyekt-
lərində  əsas  istehsal  fondlarının  sıradançıxma  səviyyəsini  son 
beş ildə eyni baxımdan qiymətləndirmək mümkün deyildir. Belə 
ki,  ümumi  sənaye  üzrə  təsərrüfat  subyektlərində  əsas  istehsal 
fondlarının  sıradan  çıxma  səviyyəsi  əsas  istehsal  fondlarının 
ümumi  dəyərinə nisbətən 2005-ci  illə müqayisədə 2010-cu ildə 
orta hesabla 0,1% artmışdır. Müvafiq dövr ərzində bu sahədə ən 
aşağı  göstərici  neft  və  mədənçıxarma  sektoruna  aid  təsərrüfat 
subyektlərində, 0,2% artımla müşahidə edilmişdir. Əksinə, səna-
yenin  bir  çox  sahələrində  bu  dövr  ərzində  istehsal  fondlarının 
sıradan çıxma səviyyəsi daha yüksək olmuşdur. Belə ki, yeyinti 
sektoruna  aid  olan  təsərrüfat  subyektlərində  müvafiq  göstərici  
1%, əczaçılıq məhsullarının istehsalında 2,3%,  metal-lurgiya və 
hazır metal məmulatlarının istehsalında 1,2%, elektrik və maşın 
avadanlıqlarının  istehsalında  2,5%    və  s.  Azərbaycanda  sənaye 
yönümlü  təsərrüfat  subyektlərinin  bir  çoxunda  əsas  istehsal 
fondlarının yeniləşməsi prosesi baş versə də, ümumilikdə 2005-
ci  illə  müqayisədə  2010-cu  ildə  bu  sahədə  əsas  istehsal  fond-
larının  yeniləşmə  səviyyəsi  (onların  əsas  istehsal  fondlarının 
ümumi  dəyərinə  nisbətən)  15,5%  -dən  10,4%  -dək  aşağı  en-
mişdir (27). 
           Sənaye  və  istehsal  yönümlü  təsərrüfat  subyektlərində 
ümumilikdə 2005-ci illə müqayisədə 2009-cu ildə bir işçiyə dü-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə