Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə64/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   60   61   62   63   64   65   66   67   ...   86

204 
 
 
Əmək  məhsuldarlığının  müəyyən  edilməsinin  metodları 
dedikdə  ilk  növbədə  bu  sistemin  qiymətləndirilməsi  ilə  bağlı 
şərtlənən  keyfiyyət  kateqoriyaları  əsas  götürülməlidir.  Bu  ba-
xımdan,  vektorial  metodlara  ayrıca  diqqət  yetirilməlidir,  bu  isə 
xüsusi göstəricilər məcmusunun vasitəsilə əmək məhsuldarlığını 
daha  geniş  xarakterizə  etməyə  şərait  yaradar.  Çoxfaktorlu  me-
todlar  əsas  etibarı  ilə  vahid  məhsul  istehsalının  və  buraxılışının 
xərclərə  nisbəti  əsasında  konkret  zəruri  göstəricinin  hesablan-
masını  təmin  edir.  Çoxfaktorlu  göstəricilər  digər  tərəfdən  məc-
mu  və  cəlb  olunmuş  resurslardan  istifadənin  səmərəliliyini  qiy-
mətləndirməyə əsas verir. Çoxmeyarlı metodlarda əmək məhsul-
darlığı ilə bağlı ümumiləşdirilmiş göstəricidən istifadə edilməsi 
məqsədəuyğun hesab edilə bilər.  
Müasir  təsərrüfat  subyektində  əmək  prosesinin  qiymətlən-
dirilməsi  zamanı  xərclərin  müəyyənləşdirilməsi  və  sərf  olunan 
işçi  qüvvəsinin  intensivliyi  xüsusilə  mühüm  əhəmiyyət  kəsb 
edir.  İşçi  qüvvəsinin  intensivliyinə  əmək  fəaliyyətinin  səmə-
rəliliyi, həm də istehsalın həcmi və insan orqanizminin fizioloji 
funksiyaları əsaslı şəkildə təsir göstərir. Əməyin intensivliyi ilk 
növbədə  istehsal  prosesində  əməyin  gərginlik  dərəcəsini  təcəs-
süm etdirir və bir qayda olaraq, vahid zaman kəsiyində sərf olu-
nan fiziki və əqli əmək enerjisini əks etdirir. Əməyin intensivliyi 
kompleks  göstəricilər  əsasında  müəyyənləşdirilir  ki,  bu  da  ilk 
növbədə əmək şəraitinə daxili amillərin təsiri ilə müəyyən edilir. 
Bu  zaman  əmək  prosesində  işçi  qüvvəsinə  çəkilən  məhsuldar 
xərclərin  səviyyəsi  önəmli  rol  oynayır  və  müvafiq  göstərici  iş 
vaxtı  vahidinə  görə  məhsul  istehsalına  və  xidmətlər  göstəril-
məsinə sərf edilən əmək məsrəflərinin həcmi əsasında müəyyən 
edilir. Əməyin  intensivliyi  əmək məhsuldarlığı  ilə sıx qarşılıqlı 
əlaqəyə malikdir. Bu amil onunla əlaqədardır ki, əmək məhsul-
darlığının  yüksəldilməsi  əslində  məhsul  vahidinə  çəkilən  əmək 
məsrəflərinin  aşağı  salınmasına  birbaşa  təsir  göstərir.  Əməyin 
intensivliyinin  yüksəldilməsi,  həmçinin, zaman  vahidində  məh-


205 
 
sul  istehsalının artırılmasını nəzərdə tutur. Şübhəsiz ki,  əməyin 
intensivliyi  və  əmək  məhsuldarlığı  müxtəlif  prosesləri  özündə 
əks etdirsə də əslində bu proseslər bir-biri ilə sıx qarşılıqlı əlaqə-
yə malikdirlər (49, s.  276).  
İstehsal  prosesində  normal  səviyyəyədək  əməyin  intensiv-
liyinin yüksəldilməsi eyni zamanda məhsuldarlığın səviyyəsinin 
artmasına müsbət təsir göstərməkdədir. Məhsulun intensivliyi ilə 
əməyin məhsuldarlığı arasındakı fərqli cəhətlər daha çox onunla 
bağlıdır ki, əmək məhsuldarlığı istər canlı, istərsə də əşyalaşmış 
əməyin  səmərəliliyini  xarakterizə  etdiyi  halda  -  əməyin  inten-
sivliyi bütövlükdə yalnız canlı əməyin mürəkkəblilik dərəcəsini 
və istifadəsinin sürətli, səmərəli xarakterini özündə əks etdirir.  
İqtisadi  nöqteyi  -  nəzərdən  əməyin  intensivliyinin  nor-
mal  meyarlarına  əmək  məhsuldarlığının  maksimum  mümkün 
hədləri aid  edilir (50, s.  110).  Təbii ki,  bu ilk növbədə  mövcud 
istehsal şərtləri və məhdudiyyətlər şəraitində əmək məhsuldarlı-
ğının yüksəldilməsi ilə xarakterizə edilir. Ümumiyyətlə, əməyin 
intensivlik dərəcəsinin yüksəlməsi eyni zamanda işçi qüvvəsinin 
geniş təkrar istehsal prosesinə təkan verməklə, uzunmüddətli iş-
fəaliyyət  tsiklində,    prosesində  hər  bir  işçi  qüvvəsinin  yüksək 
əmək  qabiliyyətinin  saxlanılmasının  təmin  edilməsini  şərt-
ləndirir. 
Əməyin  intensivliyi  digər  tərəfdən  əmək  resurslarına  çəki-
lən  xərclərin  həcminin  iş  vaxtının  davamlılığına  olan  nisbəti 
kimi də müəyyən edilir və bu zaman iş vaxtının davamlılığı həm 
də iş vaxtının müddəti kimi xarakterizə olunmalıdır. Qeyd etmək 
lazımdır ki, beynəlxalq təcrübədə sərf edilən əməyin intensivlik 
həddinin  müəyyən  edilməsi  üçün  kifayət  qədər  müxtəlif 
xarakterli göstəricilərdən istifadə edilir. Müvafiq göstəricilər ilk 
növbədə  iqtisadi-təşkilati  və  fizioloji  parametrlərlə  xarakterizə 
edilir. Əməyin intensivliyini səciyyələndirən göstəricilərə əsasən 
iş vaxtı məsrəflərini, vahid vaxt müddəti ərzində istehsal olunan 
məhsulun həcmini, təsərrüfat subyektində mövcud avadanlıqlara 
xidmətlə bağlı istifadə edilən vaxt müddətini və işçi qüvvəsinin 


206 
 
gərginliyini aid etmək olar. Bütövlükdə, qeyd edilən göstəricilər 
müəyyən  qədər  fərqli  cəhətlərə  malik  olsalar  da,  son  nəticədə 
onlar  əmək  məsrəflərini  xarakterizə  edən  əsas  obyektiv  göstə-
ricinin  müəyyənləşdirilməsini  təmin  edirlər.  Zənimizcə,  müasir 
şəraitdə  əməyin  intensivliyini  mahiyyət  etibarı  ilə  aşağıdakı  is-
tiqamətlər üzrə səciyyələndirmək daha məqsədəuyğundur: 
- əməyin intensivliyi vahid zaman kəsiyində sərf olunan işçi 
qüvvəsinin həcmi əsasında müəyyən edilir; 
-  əməyin  intensivliyi  işçi  qüvvəsinin,  o  cümlədən,  insan 
enerjisinin istifadə olunma dərəcəsi kimi xarakterizə edilməlidir. 
Bu  zaman  iş  qüvvəsinin  statik  və  dinamik  fəaliyyəti,  eləcə  də 
əsəb sistemi və əqli fəaliyyəti qeyri-əlverişli əmək şəraitinin ara-
dan  qaldırılması  amilləri  ön  plana  çəkilir.  Əməyin  intensivliyi 
vahid zaman kəsiyində əməyin məhsuldarlığı ilə sıx əlaqədardır 
və belə yanaşma daha çox fizioloji kateqoriya hesab edilir; 
- əməyin intensivlik səviyyəsi bu və ya digər şəkildə əməyin 
məhsuldarlıq dərəcəsi ilə sıx şəkildə bağlıdır. Təbii ki, bu zaman 
əsas  amil  əmək  prosesində  işçi  qüvvəsindən  istifadə  olunma 
tempindən  və  xüsusiyyətlərindən  asılı  olur.  Əməyin  intensiv-
liyinə bu cür yanaşma, əslində əməyin intensivliyinin iqtisadi və 
fizioloji  kateqoriyalarının  bir-biri  ilə  sıx  və  qarşılıqlı  əlaqəyə 
malik olmasından irəli gəlir. 
Aparılan tədqiqatlar göstərir ki, müasir şəraitdə əməyin in-
tensivliyi  digər  kateqoriyalarla  da  sıx  əlaqədardır.  Müvafiq  ka-
teqoriyalara  ilk  növbədə  fərdi  və  ictimai  zəruri  iş  vaxtını,  əm-
təənin  dəyərini,  işçinin  iş  qabiliyyətini,  əmək  prosesinin  ağır-
lığını, iş müddətinin həcmini və gərginliyini, əmək-istehsal fəa-
liyyətinin  tempini  aid  etmək  olar.  Tədqiqatlar  göstərir  ki,  əmə-
yin  intensivliyi  problemi  mahiyyət  etibarı  ilə  istehsalın  yüksək 
səmərəliliyinin  təmin  edilməsi  və  iş  qüvvəsinin  geniş  təkrar 
istehsal səviyyəsinin yüksəldilməsi ilə bağlı məsələlərin həllində 
əsas  rola  malikdir  (50,  s.  306).  Əməyin  intensivliyi  problemi 
eyni  zamanda  təsərrüfat  subyektində əməyin  normalaşdırılması, 
əmək  şərtlərinin  yaxşılaşdırılması  və  əmək  haqqının  artırılması 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə