Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə63/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   59   60   61   62   63   64   65   66   ...   86

201 
 
fəaliyyətin  nəticəsi  kimi  qiymətləndirilir.  Müvafiq  şəraitdə  ilk 
növbədə  texnologiyaların  istifadəsində  baş  verən  dəyişikliklər, 
əməyin kapital  tutumluluğu səviyyəsi,  istehsal  güclərindən isti-
fadə dərəcəsi, idarəetmə qərarlarının keyfiyyəti  və işçilərin ixti-
saslaşması  önəmli  rol  oynayır.  Qeyd  etmək  lazımdır  ki,  əmək 
məhsuldarlığını  xarakterizə  edən  xüsusi  göstəricilər  bir  çox 
hallarda  məhsuldarlığın  artım  dinamikasının  qiymətləndirilmə-
sində ziddiyyətli nəticələr də göstərə bilər. İstehsal amillərindən 
istifadənin  səmərəliliyinin  ümumiləşdirilmiş  qiymətləndirilməsi 
məqsədilə  çox  vaxt  əmək  məhsuldarlığının  müəyyən  edilməsi-
nin çoxamilli metodlarından da istifadə edilir. Bu zaman məhsul 
istehsalının və buraxılışının istifadə olunmuş resurslara olan nis-
bəti əsas götürülür. Müvafiq metodun müəyyən edilməsi ilə bağ-
lı aşağıdakı şərtlərə əməl olunması xüsusi zərurətdən irəli gəlir: 
-  əgər  məhsul  buraxılışı  tam  dəyəri  ilə  qiymətləndirilirsə, 
onda xammal, material və xidmətlərin dəyəri əslində məhsul is-
tehsalına çəkilən xərclərin tərkibində nəzərdə tutulur
-  əgər  məhsul  buraxılışı  əlavə  dəyərin  ayrı-ayrı  variantları 
üzrə  hesablanmışdırsa,  onda  xərclərin  tərkibində  yalnız  əmək 
ehtiyatlarına,  işçi  qüvvəsinə  və  əsas  kapitala  çəkilən  xərclər 
nəzərdə tutulur.  
Məhsul istehsalının yüksəldilməsini şərtləndirən amillərə ilk 
növbədə  əmək  və  kapital  məsrəflərinin,  əmək  məhsuldarlığının 
artırılmasını şamil etmək məqsədəuyğundur. Belə yanaşma həm 
də  əmək  və  kapital  resurslarından  istifadənin  səmərəliliyinin 
yüksəldilməsinin  mühüm  vasitəsi  kimi  qiymətləndirilməlidir. 
Əmək məhsuldarlığını xarakterizə edən çoxamilli  göstəricilərin 
həm  məhsul  buraxılışının  artım  tempində,  həm  də  ekstensiv 
amillərin dəyişməsi şəraitində nəzərə alınması da vacibdir. Təbii 
ki,  bu  prosesdə  məhsul  istehsalına  əlavə  resursların  cəlb  edil-
məsi də nəzərdə tutulmalıdır və bu göstərici mahiyyət etibarı ilə 
məhsul buraxılışı və xərclər indeksi kimi şərtləndirilə bilər.  
Qeyd etmək lazımdır ki,  əmək və kapital resurslarına  çəki-
lən  xərclərin  dəyişməsi  bütövlükdə  məhsul  istehsalına  və  bura-


202 
 
xılışına müxtəlif aspektdə təsir göstərə bilər. Təbii ki, bu zaman 
əmək  və  kapital  amillərinə  görə  məhsul  buraxılışının  elastik-
liyinin  hesablanması  zəruridir.  Bu  məqsədlə,  ümumi  indeksin 
müəyyən  edilməsi  zamanı  müxtəlif  hesablama  metodlarından 
istifadə  edilməsi  mümkündür.  Əslində  hesablama  metodları 
nəticə etibarı ilə həm də konkret məqsədlər üzrə  xüsusi çəkinin 
qiymətləndirilməsinə yönəlməlidir.  
Əmək  məhsuldarlığının  hesablanmasını  xarakterizə  edən 
üçüncü  qrupa  çoxmeyarlı  metodlar  aid  edilir.  Çoxmeyarlı  me-
todlar  əsasında  əmək  məhsuldarlığını  xarakterizə  edən  aqreqat-
laşdırılmış  göstəricilər  də  müəyyən  etmək  mümkün  olur.  Bu 
göstərici  əslində  xüsusi  göstəriciləri,  o  cümlədən,  meyarları 
sıralanmış  bal  sistemi  ilə  qiymətləndirməyə  imkan  verir.  Həm-
çinin,  bu  prosesdə  əmək  məhsuldarlığının  dinamikası  təhlil 
olunduqda  xüsusi  göstəricilərin  bal  sistemi  ilə  qiymətinin  mü-
qayisəsinin  aparılması  da  mümkünləşir.  Eyni  zamanda,  təsər-
rüfat subyektlərinin fəaliyyətinin səmərəliliyindəki dəyişikliklər 
haqqında  adekvat  təsəvvür  yaradılması  ilk  növbədə  səmərəlilik 
göstəricilərinin  müəyyənləşdirilməsi  ilə  bağlı  ayrı-ayrı  meyar-
ların  seçilməsi  və  bu  sahədə  ekspert  qiymətləndirmələrindən 
əhəmiyyətli şəkildə istifadə edilməsi ilə sıx bağlı olur. Təbii ki, 
istər  əmək  məhsuldarlığının,  istərsə  də  təsərrüfat  fəaliyyətinin 
səmərəliliyini  xarakterizə  edən  göstəricilərin  müəyyən  edilməsi 
zamanı  ayrı-ayrı  meyarların  seçilməsi  və  istifadəsi  əhəmiyyət-
lilik amilinə əsasən müəyyənləşdirilməlidir.  
Çoxmeyarlı metodların istifadə edilməsi zamanı bir sıra xü-
susiyyət  və  meyarlar  əsas  götürülür  ki,  bu  da  nəticə  etibarı  ilə 
əmək  məhsuldarlığını  konkret  təsərrüfat  subyekti  çərçivəsində 
daha  optimal  şəkildə  qiymətləndirməyə  geniş  imkanlar  yaradır. 
Həmin  metodların  tətbiqi  məqsədli  xarakter  daşıyır  və  buna 
uyğun  olaraq,  aşağıda  verilən  sxem  əsasında  əmək  məhsuldar-
lığının qiymətləndirilmə mərhələlərini  daha konkret şəkildə əks 
etdirmək mümkündür.  
 


203 
 
Sxem 5. 
Əmək məhsuldarlığı səviyyəsinin çoxmeyarlı metod vasitəsilə  
müəyyənləşdirilməsi 
 
I
.
Mövcud  sistemin  fəaliyyətini  xarakterizə  edən  parametrlərin 
siyahısının  müəyyənləşdirilməsi  (struktur  bölmələr,  işçi  qrupları 
və s.) və hər bir parametri optimal şəkildə əks etdirən göstəricilər
 
II.
 
Hər  bir  göstəricinin  başlanğıc  (faktiki)  və  hədd  (mak-
simum  və  ya  minimum)  səviyyəsinin  müəyyən  edilməsi 
(müvafiq bal sistemi ilə qiymətləndirilməsi)  
III

Göstəricilərin  hədd  səviyyəsinin  müəyyən  edilmiş  bal 
intervalında qiymətləndirilməsi (0-10 bal intervalı sistemində 
və s.) 
V

Əmək məhsuldarlığının ümumi göstəricilərinin bal 
sistemindəki sıralanmasına əsasən kəmiyyət göstəriciləri ilə 
əlaqələndirilməsi
 
IV

Hər  bir  meyarın  əhəmiyyətlilik  dərəcəsinə  görə  sıra-
lanma  prosedurunun,  bütün  meyarların  ümumi  qiymətinin 
müəyyən qaneedici həddə uyğun götürülməsi. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə